525.Az

"Dövlət mənəm! Dövlət sənsən! Dövlət bizik!" - Əminə Yusifqızı yazır


 

"Dövlət mənəm! Dövlət sənsən! Dövlət bizik!" - <b style="color:red">Əminə Yusifqızı yazır</b>

Ümumiyyətlə Prezidentimizin bütün müsahibələrini diqqətlə izləyir, hər dəfə də ondakı böyük zəkaya, erudisiyaya, arqumentlərdən istifadə etmək bacarığına qibtə edir, belə bir şəxsiyyətin məmləkətimizə rəhbərlik etməyindən qürur duyuram.

Ölkə başçısının ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibəsi niyəsə yadıma müdriklərin söylədiyi bu fikri saldı: Böyük çaydan keçməkdən, səndən güclü adamla düşmənçilikdən və qara camaatla mübahisədən qorx.

Qəribədir, Ermənistanın baş nazirinin bunu da başa düşməyə ağlı çatmır. Dünya ölkələrində söz demək hüququ qazananların hamısının hesablaşdığı İlham Heydər oğlu Əliyevlə düşmənçilikdən əl çəkmir, çayı keçməmişdən çırmanır, artıq onu qəbul etməyən ermənilərdən çəkinmir. Elə ona görə də uduzur, uduzduqca daha çox quduzlaşır.

Heç şübhə etmirəm ki, Prezidentimizin hər fikrini, hər cümləsini birər-birər oxuyan Paşinyan elə amerikalı jurnalistin ilk fikrindən necə dilxor olub:

"Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam".

Müxbirin nəyə görə:- Siz indi hərəkətə keçməyə qərar verdiniz?- sualına ölkə başçısının cavabı  sadə və aydın idi:

Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni qaldırmayıb. Atəşkəsi pozan Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesinə zədə vurmaq idi.

Ermənistan avqustda hərbi Azərbaycanın mövqelərinə nüfuz etmək, mülki şəxslərə və hərbi qulluqçulara hücum etmək üçün diversiya qrupu göndərdi. Sentyabrın 27-də onlar ağır silahlardan artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur.

Bu vaxta kimi mülki şəxslər arasında 80-dən çox adam öldürülmüş, 300-dən çox mülki şəxs yaralanmışdır. Hücuma başlayan Ermənistan idi. Odur ki,  Azərbaycan özünü müdafiə etməli və cavab verməli oldu. Cavab çox adekvat olmuşdur və nəticədə işğal olunmuş ərazilərin mühüm hissəsini azad edilib.
Cənab Prezident müsahibəsində Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslandığını vurğullayaraq bildirmişdir:

Azərbaycanın verdiyi reaksiya BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Azərbaycanın verdiyi cavab Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.

Amerikalı jurnalistin "lakin siz də atəşkəsi pozmusunuz" fikrinə cavab belə oldu:

“Azərbaycan atəşkəsə hazır idi. Oktyabrın 10-da Moskvada Xarici İşlər naziri, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum etdi.

Azərbaycan sadəcə atəşkəsin pozulmasına cavab verdi. Çünki atəşkəs barədə iki dəfə razılaşma əldə edilmişdi. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur”.

Müxbirin “Siz rəsmi Vaşinqtonun nə etməyini istəyərdiniz?” sualına cavab olaraq Prezidentimiz bildirmişdir ki, ABŞ Minsk qrupunun üç həmsədrindən biri olaraq tərəflərə razılığa gəlməyə yardım etmək üçün ATƏT-in mandatına sahibdir. Bu, tərəflərin nə istədiyinə deyil, beynəlxalq hüquqa əsaslanmalıdır. Dağlıq Qarabağ ABŞ və bütün başqa ölkələr tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb.

Azərbaycan Dövlət Katibi Pompeodan nə gözləyə bilər – birincisi, baş nazir Paşinyanın nümayəndəsinə desin ki, “diplomatik həll yoxdur” kimi bəyanatlar yanlış və təhlükəlidir. İkincisi, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır” kimi bəyanatları təhlükəli və yanlışdır. Onlar məntiqli olmalıdırlar. Onlar işğal olunmuş ərazilərdən çıxmaqla bağlı vaxt cədvəli verməlidirlər.

Bütün bu vaxt ərzində Ermənistan baş nazirinin bütün cəhdləri Rusiyadan Azərbaycana qarşı döyüşmək üçün qoşun göndərməyi xahiş etmək olub. Bu, çox təhlükəlidir.

Bütün müsahibələrində Azərbaycanın münaqişənin sülh yolu ilə nizamlanmasını mümkün hesab edən Ali Baş Komandanımız yenə də vurğuladı ki:

Ermənilər və azərbaycanlılar Gürcüstanda, Rusiyada, Ukraynada, bir çox digər ölkələrdə birlikdə yaşadığı kimi, Dağlıq Qarabağ regionunda da birlikdə yaşaya bilərlər. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində erməni əhalisinin hüquq və maraqlarının tam müdafiəsi təmin olunacaq. 

Ölkə başçısının ABŞ-ın “Fox News” televiziya kanalına verdiyi müsahibəni adətim üzrə bir neçə dəfə oxudum. Hamımızın  qəlbində özünə abidə ucaldan İlham Əliyev cənablarının hər fikrini əxz etməyə çalışdım. Və istər istəməz yadıma Yunus Oğuzun ölkə başçısına həsr etdiyi şerindən bu misralar düşdü:

Yad  torpaqda bir  qarış da  gözüm  yox!
Bu torpağa  düşmən  ayaq  basacaqsa,
Silahım var
sözüm  yox...
haqsız-haqsız
üzərimə yeriyənə
dözüm yox
DÖVLƏT MƏNƏM!
DÖVLƏT SƏNSƏN!
DÖVLƏT  BİZİK!


Və xalqın sevdiyi belə bir dövləti sarsıtmaq heç kimin gücü müqabilində deyil.


        

 





28.10.2020    çap et  çap et