525.Az

Milli Məclis deputatları Gürcüstanda Parlament seçkilərini müşahidə edir


 

Milli Məclis deputatları Gürcüstanda Parlament seçkilərini müşahidə edir<b style="color:red"></b>

Gürcüstanda keçirilən parlament seçkilərini 48 beynəlxalq və 120 yerli təşkilat müşahidə edir.

APA-nın yerli bürosu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən xəbər verir ki, parlament seçkilərini ATƏT/DTİHB, NATO Parlament Assambleyası (PA), AŞPA, GUAM və.s təşkilatların nümayəndələri müşahidə edirlər.

Gürcüstan MSK-nın məlumatına əsasən parlament seçkilərini Azərbaycandan MSK-nın nümayəndələri, həmçinin Milli Məclisin deputatlarından ibarət deleqasiya müşahidə edir.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbi ilə tətbiq edilən məhdudiyyətlərə görə bir sıra ölkələrdən olan nümayəndələrin Gürcüstana gəlməsinin baş tutmadığı bildirilir.

 

 





31.10.2020    çap et  çap et