525.Az

Yeni nəsil "Case" kombaynlarının sınaq yığımları başlayıb


 

Yeni nəsil "Case" kombaynlarının sınaq yığımları başlayıb <b style="color:red"></b>

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC və "Case New Holland Industrial" şirkətinin birgə təşəbbüsü ilə Azərbaycanın regionlarında yeni nəsil "Case" kombaynlarının sınaq yığımları başlayıb.

525.az xəbər verir ki, bu barədə "Aqroservis" məlumat yayb.

Məlumatda deyilir ki, "Case" kombaynları ölkəmizdə mövcud olan digər kombaynlardan fərqli olaraq 2 sıralıdır və alternativi yoxdur. Onların çəkisinin az və ölçüsünün yığcam olması səbəbi ilə sahələrarası daşınması da çox rahatdır. Eyni zamanda, ölçü və çəkisinin digər rəqibləri ilə müqayisədə azlığı yeni kombaynlara sahələrdə daha yaxşı manevr etməyə də imkan verir. Bu üstünlüklər həmçinin, "Case" kombaynlarının daha az yanacaq sərfiyyatına gətirib çıxarır ki, bu da digər kombaynlarla müqayisədə istismar xərclərinin az olması ilə nəticələnir.

"Case" kombaynlarının ehtiyat hissələrinin kompakt və asan konstruksiyası isə onlara daha rahat və tez başa gələn texniki qulluq göstərilməsinə imkan yaradır. Kombaynın Azərbaycanın fermerlərinin ehtiyaclarına uyğunlaşdırılmış olması, pambıq yığımında səmərəliliyin artırılması ilə nəticələnəcək. "Case" kombaynları pambıq əkini ilə məşğul olan yalnız iri sahibkarlar üçün deyil, eyni zamanda, kiçik sahibkarlar üçün əlçatan olacaq.

 





25.11.2020    çap et  çap et