525.Az

Rövnəq Abdullayev bp-nin prezidenti ilə görüşdü


 

Rövnəq Abdullayev bp-nin prezidenti ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər qrupu Londonda bp-nin prezidenti Bob Dadlinın başçılığı ilə şirkətin hasilat və axtarış-kəşfiyyat bölümünün icraçı qrupu ilə görüşüblər.

bp-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə,
görüşdə Azərbaycan dövlətinin və Azəri-Çıraq-Günəşli (AÇG) tərəfdaşlarının mənafeyi üçün yatağın neft hasilatının idarə olunması məsələsində ARDNŞ və tərəfdaşlar qrupu ilə yaxından işləməyə davam edilməsi razılaşdırılıb.

Bob Dadli görüşün açıq və konstruktiv keçirildiyini deyib: “Bu, açıq və konstruktiv görüş idi və qarşıda duran tapşırıq aydındır. bp Azərbaycana və dünyanın ən böyük neft yataqlarından biri olan AÇG kompleksinin səmərəli idarə olunmasına tam sadiqdir”.
 


 

 





18.10.2012    çap et  çap et