525.Az

Ölkədə əcnəbilərin sayı artıb


 

Ölkədə əcnəbilərin sayı artıb<b style="color:red"></b>

Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6 faiz artıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan 525.az-a verilən məlumata görə, 2012-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1051 nəfər əcnəbi vətəndaşa fərdi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 13 272 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2 faizini kişilər, 9,8 faizini isə qadınlar təşkil edir.

Ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (7733 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1551 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 687 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (435), Hindistan (294), Çin (259), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (169), Özbəkistan (161), Bosniya və Hersoqovina (128), Pakistan (116), Almaniya (114), Ukrayna (109), Filippin (108), İtaliya (93), Türkmənistan (91), Malayziya (87), Qazaxıstan (78), ABŞ (71) və s. ölkələr gəlir.

BƏXTİYAR

 





22.10.2012    çap et  çap et