525.Az

Zamanlar şahidi şairimiz


 

“Bu gün dünəndən başlayır” silsiləsindən

Zamanlar şahidi şairimiz<b style="color:red"></b>

Madarmı deyim ona, yadigarmı, xatirəmi, hər nədirsə ulu Tanrı onu görk olaraq, “zamana yandıxlarverərək bizlərçün qoruyub  saxlamaqda, qərinələr, əsrlər  boyu biri-birinə sarı can atmış Azərbaycan ellərini tam, müstəqil, vahid halda görsün  deyə  ömrünə ömür calayıb yaşatmaqdadır. Çoxumuzunəmi”, “cənublu  qardaşımızdeyə üz tutduğumuz, buçağacan bir  kimsənin pislik görmədiyi, indilər yaş öz işini görsə , yerişində, duruşunda ləngərlik yaransa da, gəncliyində od-alov olmuş, yurdunun mərd, igid, ölümün gözünə  dik baxan oğullarıyla çiyin-çiyinə ikiyə bölünmüş Azərbaycanın  bütövlüyü  uğrunda mübarizə aparmış, bu yolda Seyid   Cəfər  Pişəvəri, yeni yaradılan   Milli Hökumətin baş prokuroru, yaxın qohumu Firudin İbrahimi, Səməd Behrəngi  kimi  onlarla əqidə,  məslək dostunu  itirmiş  istiqlal mücahidi kimi tanıdığımız Xalq şairi  Söhrab  Tahirdir o. Ədəbiyyat  aləminə, söz dünyasına göz açandan onun odlu-alovlu, bəzən sızıltılı, çox vaxtsa nikbin, inamlı, döyüş ovqatlı, xalqını böyük amallar uğrunda bir olmağa, düşmənin məkrli felinə uymamağa çağıran şeirləriylə nəfəs aldıq, yaşa dolduq. Son dərəcə sadə deyiliş tərzi ilə əbədilik ruhumuza, yaddaşımıza hopmuş bir şeirindəki ikicə misra  bu böyük şairin bəşəri missiyasından, humanist dünya görüşündən sərrast  xəbər verir, dünyaya, əslində onun ikiyə, üçə, beşə bölünmüş məmləkətlərinə  car çəkir:

İki bölünməkdən elə qorxmuşam

Çöpü    ikiyə  bölmərəm  daha

Bu gün Söhrab Tahirin şah duyğusunu sözə çevirə bilmək məharətinin rəmzi  olaraq böyük ağrı, səmimiyyət bir daha qeyd edirəm, sadəliklə qələmə aldığı bu iki misra ədəbiyyat, şeir sevənlərin, dolayısı ilə sənət qədri bilən xalqımızın dilində aforizmə çevrilib, onun mənəvi dünyasında öz işini görməkdədir. elə bu iki misranın işığında zaman-zaman elə olub ki, Söhrab müəllimi axtarıb tapmış, yaxud müxtəlif tədbirlərdə ona yanaşıb söhbətə tutmuş,  İran Azərbaycanındakı 21 Azər  hərəkatı, o hərəkatdakı əqidə yoldaşlarıyla bağlı suallarımla xatirələrini oyatmışam. “40-larbarəsində xüsusi yanğıyla danışardı. Deyərdi ki, İranda müstəqil milli dövlət yaradıldıqdan sonra Tehrandan  paytaxt Təbrizə 40  nəfər ucaboylu, gözəl, gənc  zabitlər göndərildi. Onlar gəlib yenicə qurulmuş Milli Hökumətin  ordusunda  könüllü xidmətə başladılar. Əsgərlərə  hərbi  təlim keçir, mərdlik, şücaət nümunəsi göstərirdilər. Amma bunun da ömrü az oldu. Gənc  dövlət xarici qüvvələrin təbii ki,İran istibdadının  birləşmiş qüvvələri  tərəfindən süquta uğradıqdan sonra onların  25 nəfərini  həbs edib güllələdilər, qalanları isə Arazı adlayıb  o zamankı sovetlər birliyinə  sığındılar.  Güllənənən o igidlər son nəfəslərinəcən 21 Azər  hərəkatına sadiq qaldıqlarını, ölümün gözünə dik baxdıqlarını bir daha dünyaya nümayiş etdirdilər.

Söhrab  Tahirin ən böyük əndişəsi hələ ötən  əsrin 40- illərində süquta  uğramış 21 Azər  hərəkatının  dalğasında Arazın o tayından böyük ümidlərlə quzey Azərbaycana pənah gətirəndən sonra orada qalmış ata- anasından  yanaydı. Azərbaycan radiosununBulaqproqramının redaktoru olduğumu bildiyindən hər görüşümüzdə o tayı unutmamağı, bir yolla bu tayın salamlarını cənublu qardaş-bacılarımıza  təbii ki, öz qohum-əqrabasına yetirməymi  rica edirdi  mən sovetin bərk getdiyi o dönəmlərdə söz sənətinin çeşidli fəndləriylə onun tapşırığını  yerinə yetirirdim. Sonra  Günəş hayandan doğdusa uzun illərin ayrılığından  üzülüb əldən düşmüş  ana-bala sovet Azərbaycanında bir neçə günlüyə biri-birinə qovuşa bildilər. 1971-ci il idi    bizlər bu ağlasığmaz hadisəni öz həyatımızın bayramı kimi qarşıladıq. Söhrab  müəllimin bu taydakı əqidə dostları  Bəxtiyar Vahabzadə, Məmməd Araz,  Nəriman Həsənzadə, Xəlil Rza, yurddaşları Balaş Azəroğlu, Qulamrza Cəmşidi, Mədinə Gülgün, Hökumə Bülluri,  Əli Tudə, Sabir Məmmədli bu görüşü möcüzə  adlandırır, şair qardaşlarına göz aydınlığı verir, anası Nəsibə xanımı  öz anaları kimi bağırlarına basırdılar. Təəssüf ki,  Söhrab müəllimin o xoşbəxt günləri uzun sürmədi, onun sürəkli təkidlərinə baxmayaraq ağbirçək ana bu tayda qalmağa razılıq vermədi. Hələ bir o taydakı ərinə, Söhrabın atasına işarə vuraraq zarafatla deyirmiş ki, bəs məni orda kim döyəcək. Beləcə uzun ayrılıqdan sonra oğlunun ətrini sinəsinə çəkən ana İrana-doğulduğu el-obasına qayıtdı bu gedişin sonu faciə ilə tamamlandı.  On illər boyu ayrı düşdüyü  balasından yenidən cüda düşdüyünə  ürəyi  tab gətirə bilmədi. Oğluna qovuşub kamına yetmiş ana üçün sən demə bundan sonra yaşamaq  mənasını  itiribmiş. Onçu  da o biri dünyasına köç eləmək ona bir o qədər çətin olmadı. Söhrab Tahiri sevən bizlər bu itkini şəxsi faciəmiz kimi yaşadıq, ən böyük dünyasından məhrum olduğundan o çağacan şux saxladığı qəddi bükülən şairə dərin hüznlə baş sağlığı verdik. Düzü-dünya həm Söhrab Tahirin, həm onun şair dostlarının ələmli şeirlərinə qərq olmuşdu.....

70 illik yubiley mərasimini xatırlayıram. Dostumuz,  Akademiyanın Milli  Münasibətlər İnstitutunun direktoru, professor Vaqif Arzumanlının təşəbbüsü ilə institutun akt zalında keçirilən təntənəli mərasim tarixi hadisəydi desəm yanılmaram. Şair haqqında ən müxtəlif sənət adamlarının ürək sözlərini söyləmək üçün növbəyə düzülməsi fərəh doğuran mənzərə idi. Orada söz deməyə mənə növbə yetişmədi. Amma sonra, mərasim  başa çatanda onun şərəfinə təşkil olunmuş xudmani məclisdə mən ürəyimi boşalda bildim. O qəribə gecəydi ilahi! Orada gülüş vardı, bir xəfif qüssə , gözyaşları da, musiqisiz-filansız oxumalar da. Boynuma alım ki, o yığcam məclisdə sevimli xanəndəmiz, Xalq artisti Arif Babayevin o sayaq ürəkdən, o həzinlik , o möhtəşəmlik ifasının, bir o ifanın təsiri altında 70 yaşlı şairin gözəl gözlərinin o sayaq yolçəkdiyinin şahidi olmamışdım.

Vaxtı ilə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin bölgələrdə keçirdiyi radio günlərində Söhrab müəllimlə səfərlərdə olmuşuq. Şaqraq zarafatları, sərrast atmacaları, incə yumoru, bir sözlə misilsiz yol yoldaşlığı hamıda bir yüngüllük, işıqlı ovqat yaradıb.

Bir yolçuluğumuz  da Gəncə səfərində olmuşdu. Bu səfərin bütün təfərrüatları, orada başımıza gələnlər, gecənin bir aləmi havamızı dəyişmək üçün şairə qoşulub mehmanxananın yaxınlığından axan Gəncə çayının sahilinə getməyim s. barədə qismət olsa vaxtsa yazacam. Bircə orasını deyim ki, məhz o səfərimiz əsnasında Söhrab müəllimin zamansa qələmə aldığı şeirindəki o  misraların işığı bir daha bütün parlaqlığı ilə gözlərim önündə sayrışdı:

Azad qardaşım var, onunla xoşam

Mən gərək sahili sahilə qoşam.

İki bölünməkdən elə qorxmuşam

Çöpüdə ikiyə bölmərəm daha.

bir neçə addımlığımızda o biri tayla bizi ayıran Gəncə çayının sahilindəcə Söhrab müəllimdən bir yadigarlıq müsahibə almaq qərarına gəldim. Oradaca vədələşdik bir neçə gün sonra Azərbaycan radiosunun səsyazma studiyasında redaktoru olduğumÇərxi-Fələkverilişində onu mikrafona dəvət elədim.  İndi həmin müsahibədir ki, Söhrab Tahirə uzun ömür,  bədnəzər gözündən uzaq olmaq arzusuyla oxuculara da yetirirəm.

 “ – Əziz dinləyicilər,  bu öynə mən sizləri verilişin adına  uyğun olaraq fələyin çərxinə düşüb canı alovlarda qarsımış, zamanın acı yellərinə qoşulub eldən elə, məkandan məkana adlamaq məcburiyyətində qalmış bir insan, bir vətəndaş, bir şairlə görüşdürəcəyəm. Sevimli   Xalq şairimiz Söhrab  Tahirlə. Söhbətimizin mövzusu isə 21 Azər hərəkatıdır. 21 Azər  şəmsi tarixiylə  dekabr ayının 12- düşür. Maraqlıdır ki, hər dəfəÇərxi fələkverilişini hazırlamaq növbəsi mənə gəlib çatanda ya həmin hərəkatın ildönümü ərəfəsi olur, ya da ondan bir az sonra.    hər  dəfə  özümə həmsöhbət cənublu soydaşlarımızı seçirəm. Həkim Qulamrza Cəmşidi, filologiya elmləri  doktoru Sabir  Məmmədli, müğənni Novruz Feyzullayev, jurnalist Lətif  Hüseynzadə, ədəbiyyatşünas   Əbülfəz Hüseyni ilə belə məqamlarda görüşüb söhbətləşmiş, səslərini lentə almışam. Bu dəfəki həmsöhbətimləsə hərəkatın  ildönümü günündə  efirə çıxmaq imkanı bulduq. Bəli, bu elə bir gündür ki, ötən yüz illiyin 1945-ci ilində  ulu bir xalq-cənublu soydaşlarımız öz milli bayraqları kölgəsində qürurla dayanır, milli  himnlərinin şaqraq melodiyaları ilə  məsud yatıb oyanırdılar, elə deyilmi Söhrab müəllim?

Elədir, İntiqam müəllim. 21 Azər inqilabı  demək olar ki, keçən əsrin ortalarında bütün dünyanı lərzəyə gətirdi,ayağa qaldırdı. 2-ci cahan müharibəsindən sonra ilk dəfə azadlıq bayrağını  yüksəldib, milli haqlarını tələb elədilər  buna müvəffəq oldular. Doğrudur,  müharibədən sonrakı illərin  siyasi oyunları, məkrli dolanbacları 21 Azərin şöhrətinə müəyyən kölgə salsa da axır illər bu cahanşümul hadisə haqqında yenidən fikirlər səslənir, təriflər söylənilir. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, soydaşlarımız orada yaşamasın, 21 Azər inqilabının ildönümünü  böyük iftixar, milli qürur hissi ilə qeyd eləməsinlər.

Söhrab  müəllim, gəlin açıq danışaq, kimisi bu əlamətdar günü xalaxətrin qalmasın, necə deyərlər, sıradan bir tədbir kimi qarşılayıb yola verir, kimisi təklikdə, kimisi  beş-on yar-yoldaşı ilə bahəm, kimisi gizlində. Bəs siz bu dəfəki 21 Azərin yaşını hansı hisslərlə   qarşıladınız? Axı bu hərəkatın mövludu da, süqutu da, sonrakı taleyi sizin şahidliyinizlə olub.

Bəli,  mən 21  Azər inqilabının şahidi  özü silahlı iştirakçısı olmuşam. Təbrizdə 7-ci  nahiyənin şöbəsinin alınmasında iştirak etmişəm. Həmin gün  silahdaşlarımızdan neçəsi  yanımdaca güllə  yarasından şəhid oldular. İnqilabımız zəfər çalandan sonra atam, əmim  mən Azərbaycan Demokrat Partiyasının mərkəzi komitəsində fəaliyyət göstərmişik. Mən təşkilat şöbəsində  təlimatçı  olmuşam. Partiya üzvlərinin  biletlərini möhürləyər, S.C. Pişəvərinin  imzasıyla nahiyələrə göndərilən  məktubların hamısı əlimdən keçərdi. Cavan idim deyən saysız-hesabsız firqə sənədlərini yığıb-yığışdırmağın, nizama salmağın öhdəsindən gələ bilirdim. 21 Azərin xalq arasında  olan təntənəsinin, aşıb-daşan sevincinin, qısa zaman çərçivəsində həyata keçirdiyi islahatların canlı şahidi olmuş, onun tərəqqisini,  dünya miqyasında əks-sədasını gözlərimlə görmüşəm. Bax, buna  görə mən  hər  il  olduğu kimi  bu ilki 56-  ildönümünü böyük fəxarət, qürur hissi ilə qarşılayıb qeyd edirəm. Amma bu yerdə mən bir gileyimi  bildirməyi vacib sanıram. 

Bu  gün müstəqil  Azərbaycanımızda mövcud olan çoxsaylı partiyalar  nədənsə 21 Azər hərəkatını unudublar. Mənonlara  üz tutub  deyirəm ki, 21 Azər inqilabını boş bir  hadisə saymayıb, hər il  xüsusi vurğuyla yad etsinlər. 

Hərəkata bizdəki münasibəti vurğuladınız. Bəs İranda  necə, həmin cahanşümul hadisə xatırlanırmı  hər il, hər halda sizin bu haqda məlumatınız yəqin ki,  yetərincədir.

Məndə olan məlumatlara görə İranda 21 Azər çox qüdrətli olay kimi qeyd olunmaqdadır. Əvvəla onu deyim ki, bu məmləkətdə elə bir şəhər yoxdur  ki,  onun  sakinlərinin yarısı azərbaycanlı olmasın. Məsələn, başda Tehran olmaqla İsfahandı, Məşhəddi, Şirazdı, Abadandı, bir sözlə o yerdə ki, zəhmət  tələb olunur, sənaye sahələri  var, o yerdə  daha çox  soydaşlarımız məskən   salıblar, özü başdadırlar. Üstünə  gəlsək  ki, İran əhalisinin əsas tərkibini Azərbaycan türkləri təşkil edir, deməli istər açıq, istərsə konspirativ  şəkildə  21 Azər hər il xüsusi qürur  hissiylə yad edilir.

  Siz danışdıqca  düşünürəm ki,əgər cənublu-quzeyli Azərbaycan elləri  bir yerdə olsalar 21 Azər inqilabı bütün əzəmətiylə  dünya ictimaiyyətinin diqqətinə çatdırılar. Yeri gəlmişkən, o zamankı mübarizə silahdaşlarınızdan indilər İranda yaşayanlar varmı, onlarla əlaqələriniz   yerdədir, yoxsa.....

Yox, böyük əksəriyyəti ilə  əlaqələrim çoxdandır kəsilib. Çünki qırılıblar, itgin düşüblər. Xüsusilə  şah rejimi onların axırına çıxıb. Amma burada bəzi silahdaşlarımdan yaşayanlar var. Çünki Milli Hökumətimiz quruladan sonra başçımız S.C.Pişəvəri bizlərdən bir qrupu Sovet Azərbaycanına oxumağa, hərbi  təhsil almağa göndərmişdi. Onlardan    tək-tük  qalanları var, hərdən görüşəndə bizimçün bayram olur.

Söhrab  müəllim, bilirəm ki, bu mövzuda danışmaq sizin  üçün yeni deyil yəqin ki, zaman-zaman jurnalistlərimiz  mövzuyla  bağlı çox  suallarıyla  sizə üz tutublar. Amma mənimçün maraqlıdır, 21 Azər hərakatıyla  bağlı elə məqamlar  varmı ki, bu vaxtacan ona toxunmaqdan vaz keçmisiz,  bu söhbətimizdə  onlardan bir parasını dilinizə  gətirə bilərsizmi?  

Belə məqamlardan çox var. 21 Azər inqilabı mənim üçün qədər baş ucalığıdırsa, onun sonrakı taleyi  qəlbimin əbədi ağrısıdır bu yara zamandır ki, ürəyimdə qövr eləyir. Hər dəfə burada, yaxud dünyanın başqa bölgələrində 21 Azəri hallandıranda mütləq İran şahlığını  ittiham  eləmiş,  bir ki, özlərini bizə yaxın hesab eləyən  adamların soyuqluğundan   narazı qalmışam, hətta bunun üstündə   müəyyən qədər kötək   yemişəm.  Mən heç vaxt gözləməzdim  ki, adam öz  yaxınlarından soyuqluq   görə. 21 Azər inqilabı bir xalqın müvəffəqiyyəti, böyük siyasi uğuru, tarixi qəhrəmanlığıdır. Buna qarşı laqeyd olmaq nəinki yaxın  adama,  hətta  yad, uzaq olana da yaraşmaz. Buna görədir ki,  mən  o ağrıları bir çox illərdi  öz yaradıcılığımda yaşadır, şeirlərimdə dönə-dönə  vurğulayıram.

Azər hərəkatının məğlubiyyətinin səbəbləri barədə quzey Azərbaycanda az, çox 50 ilə yaxındır ya susublar, ya da ki, tam həqiqəti dilə  gətirməkdə simiclik   ediblər. Bir neçə ildir ki, yaşadığımız quzey Azərbaycanı müstəqilliyə qovuşub artıq xeyli gizlin mətləblərin üzərinə  aşkarlıq işığı  düşüb, dillər açılıb. Bununla  belə sizcə dünya ictimaiyyətini bu hərəkatın süquta uğrama səbəbləriylə tam şəkildə  hali edə bilmişikmi?

Yox, hələ gizlədirik. Niyə gizlədirik, çünki bu suçun bir ucu da bizim özümüzə gəlib çıxır. 21 Azər inqilabı qalib gələndən sonra sovet qoşunları Arazı adlayıb Təbrizə varid olmuşdu. İran diplomatiyası  beynəlxalq aləmə bir vay-həşir  saldı ki, ay aman sovet qoşunları Cənubi Azərbaycandan,  bütövlükdə İrandan çıxmasa  dünyanın  işləri firığ olacaq.    Odur ki,  bizlər   bütün tarixi mərhələlərdə olduğu kimi   düşmən felinə uyub  ona inam bəslədiyimizə görə  yolumuz    uçuruma  dirəndi. Biz sovet qoşunlarının gücünə inanmış, onun məkrli təbliğatına  uymuşduq. Fikirləşirdik ki,onların əlindəki  silahlar bizləri  hər bəladan hifz edəcək, daha başqa yerdən silah-sursat almağa ehtiyac.  Elə bilirdik, əyər inqilabımız qalib  gəlibsə daha bizə  heç  lazım  deyil, bu qələbəmizin özü qüdrətli silahdır dünya  birliyi  bizi qoruyacaq, səsimizə  səs  verəcək.  Amma ağlımıza gəlməmişdi ki,  sovet qoşunu İran ərazisindən çəkilə bilər,   biz əli yalın, arxa-dayaqsız qala bilərik. Elə oldu. Şahlıq rejiminin  Amerikayla əlaqəyə girib onlardan  aldığı ən müasir silahlar-ağır artileriya, tanklar, təyyarələr  vaxt o vaxt oldu ki, böyük axınla bizə qarşı yönəldi, Milli Hökumətin məhvinə səbəb oldu  bu günə  qaldıq.  Bunun da yenə deyirəm, ən böyük səbəbkarları özümüzə  dost bildiyimiz   bəzi üzdəniraqqardaşlar     Sovetlər  birliyinin o zamankı    rəhbərləri  oldu.  Əlbəttə  ən böyük  səbəbsə ömür boyu başımızın bəlası olmuş hər yoldan ötənə sadəlöhvlüklə inanmağımız.  Doğrudur, o dövrün  dünya ölkələrinin bir çoxu kommunistlərə böyük  inam  bəsləyir, işıqlı gələcəklərini onlarsız təsəvvür eləmirdilər. Biz onlardan biriydik.  Amma başımıza gələnlər sübut elədi ki, korkoranə inam həmişə qalib gəlmir.  Tariximiz boyu  xalqımızın güvənc yeri olmuş Babəki , Cavanşiri , Məzdəkini ,  Səttar xanı da, Pişəvərinin özünü yaman günə qoyan məhz yersiz, vədəsiz inamları  olmuşdur. 

Bütün bunlardan sonra    bir kərə yüksələn bayrağın bir daha enməyəcəyinə siz inanırsınız?  İnanırsınızsa onda sizdən- o taylı bu taylı  Azərbaycanımızın  qüdrətli şairindən soruşuram, yəni o bayraq bir bu qədər ağırdımı ki, ulu bir xalq 60 ilə yaxındır onu yerindən qaldıra  bilmir?

Əlbəttə bir kərə  qalxan bayrağın bir daha enməyəcəyinə mən inanıram. Bizim Milli Hökumətin  bayrağı da müvəqqəti enib o indi əsil mübarizlərin çiynindədir, heç vaxt yerə  düşməyəcək. Düzdür, indilərdə  o  görünmür, amma məhz  o  inqilabdan  sonra qədər təşkilatlar,  milli birliklər yaranıb, 21 Azərin motivlərini, çağırışlarını həyata  keçirməyə çalışan insanların sayı-hesabı yoxdur.  Onların bir çoxu bu yolda şəhid olsalar da, zindanlarda çürüsələr dünyanın bir sıra ölkələrinə dağılsalar da o bayrağı əllərindən  yerə qymayıblar.   Neçə-neçə  gizlin təşkilatların varlığı  bayrağın çiyinlərdə olması demək deyilmi?!   Odur ki, o bayrağımızın  zamansa Vətən göylərində yellənəcəyinə məndə  həmişə böyük bir inam olub, bu gün var.

Bəlkə   bu inamımızdı  sizi cavan, qıvraqsaxlayan. Həmişə belə qalın Söhrab müəllim.Yeri gəlmişkən bilmək istərdim, şeirlərinizi, digər ədəbi məhsullarınızı  gündəmə gətirmək  yolunda   qarşınıza problemlər  çıxmır ki?

Əsla. Mən ədəbi  ictimaiyyətimizdən, xüsusilə naşirlərimizdən digər media qurumlarından  çox  razıyam. Mənə böyük  ehtiram bəsləyir, istədiyim vaxt qapılarını üzümə  açır, sözümü deməyə   tribuna verirlər. Xüsusilə   hər  il 21 Azər  inqilabının  ildönümü yaxınlaşanda məhz  məni    digər qələm əhli  olan  cənublu  həmkarlarımı söz  demək,  bu hərəkatın  əhəmiyyətini gənc nəsillərə çatdırmaq  üçün   ekran  qarşısına, mikrofon önünə  dəvət edəndə uçmağa qanad  axtarıram. Odur ki, bütün media orqanlarına  dərin təşəkkürlərimi  bildirir dönə-dönə təkrar  edirəm, 1945-ci ildə İran Azərbaycanında əsası qoyulmuş Milli Hökuməti, 21 Azər hərəkatını  yada salıb  təbliğ eləsinlər. Bu elə o  cahanşümul  inqilab vaxtı Vətən göylərinə ucalmış bayrağımızın dalğalanmasına  bərabər olardı”.

14 oktyabr 2014

(Xatırladım  ki, bu yazının müsahibə hissəsi 2001-ci ilin dekabrında, 21 Azər  hərəkatının ildönümü münasibəti  ilə Azərbaycan Dövlət Radiosunda  səsləndirilib. İ.M.)

 





27.10.2014    çap et  çap et