Çox hörmətli və dəyərli dostumuz Rəşad Məcid!
Başda Siz olmaqla bütünlüklə “525-ci”ləri, yaradıcı kollektivinizi iyirmi illik yubileyiniz münasibətiylə səmimi qəlbdən təbrik edirik. Keçən bu 20 – illik fəaliyyətiniz ərzində sizin yaradıcı kollektiviniz zamanın sərt sınaqlarından alnı açıq, üzü ağ çıxıb. Üzləşdiyiniz cətinliklər, qarşılaşdığınız böhranlı vaxtlar sizi qorxudmayıb, tutduğunuz düzgün, şərəfli yoldan - Azərbaycana layiqincə xidmət etməkdən çəkindirməyib. Sizin yaradıcı kollertiviniz həmişə, hər şeydən qabaq azərbaycan jurnalistikasına, ədəbiyyatına, ədəbiyyatşünaslığına, mədəniyyətinə, incəsənətinə, dilçiliyinə layiqincə xidmət edib, azərbaycan jurnalistikasının milli ənənələrinə sadiq qalıb. “525-ci” qəzet müasir cəmiyyətimizdə baş verən ictimasi-siysi, mədəni hadisələrə biganə qalmayaraq, xalqımızın sosial və mədəni inkişafına, ən ağır problemlərimizin - ilk növbədə Qarabağın düşmən tapdağından azad edilməsi, dilimizin qorunub saxlanılmasının, qabarıq şəkildə gündəmə gətirilməsinə, ictimaiyətə çatdırılmasına milli mövqədən yanaşıb. Biz bunların 20- il ərzində şahidi olmuşuq. Sizin yaradıcı kollektivinizin zəhmətkeş, savadlı, səmimi bir kollektiv olduğunu bilirik, qəzetin ətrafında ləyaqətli, peşəkar qələm dostlarımızın birləşdiyini görürük.
Rusiyada, ilk növbədə Moskvada yazıb yaradan yazıçılarımızın, şairlərimizin, bütövlüklə tanınmış qələmdaşlarımızın əsərləri məhz sizin qəzət vasitəsiylə Azərbaycan ictimaiyyətinə yayılmışdır. Qəzet 525-ci adlandırılsa da bizim gözümüzdə həmişə birinci olmuşdur. Qəzetin yaradıcı, istedadlı, jurnalist peşəsinə sadiq kollektivə malik olması onun nufuzunu azərbaycandan çox-çox uzaqlarda da məşhurlaşdırıb. Qəzetin elektron versiyası yaşadığı yerdən, ölkədən asılı olmayaraq soydaşlarımız tərəfindən sevilə - sevilə oxunur və qürbəttə yaşayan azərbaycanlılar arasında sürətlə yayılır.
Əziz Rəşad müəllim! Əziz “525”-cilər!
Sizi bu əlamətdar 20-illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir və sonsuz məhəbbətimizi, rəğbətimizi bildiririk. Sizə bu çətin və şərəfli yolda yeni - yeni yaradıcılıq uğurlarİ arzu edirik.Yolunuz nurlu,qələminiz iti,qələbəniz əbədi olsun!
Dərin hörmət və rəğbətlə,
Tofiq Məlikli
“OCAQ” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin sədri,
Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsinin sədri,
Nəsib Nəbioğlu.
İlham Bədəlbəyli
Azərbaycan Yazıçılar Birliyi Moskva Bölməsinin katibləri
Moskva şəhəri, 15 noyabr 2012 – ci il.