525.Az

"Azərsu" Bakıda yaşayış binalarının nömrələnməsinə başlayıb


 

"Azərsu" Bakıda yaşayış binalarının nömrələnməsinə başlayıb<b style="color:red"></b> "Azərsu" ASC Bakı şəhərində yaşayış binaları və digər obyektlərin nömrələnməsinə başlayıb. 

Bu barədə jurnalistlərə ASC-nin İnformasiya və telekommunikasiya departamentinin rəisi Samir Qənili deyib.

Məlumat bazasında binanın mərtəbələri və bloklarının sayı, binada yaşayan vətəndaşların sayı, kommersiya strukturlarının olması, binanın fotosu və s. haqqında informasiya olacaq. Bütün məlumat real vaxt rejimində elektron xəritəyə daxil ediləcək.

Binaların nömrələnməsi ASC-yə qəza vəziyyəti barədə dəqiq məlumat almağa imkan verəcək ki, bu da vəziyyətə daha operativ reaksiya verməyə, həmçinin içməli suya çəkilən xərcləri xeyli azaltmağa şərait yaradacaq.

ASC əməkdaşları mobil qurğulardan istifadə etməklə binada nə qədər insanın yaşaması, neçə kommersiya strukturunun olması barədə dəqiq məlumat ala bilərlər. Məlumatın əldə edilməsi üçün "Android" və iOS əməliyyat sistemləri mühitində tam funksional olan əlavədən istifadə ediləcək.
Perspektivdə nömrələmə sistemi respublikanın bütün ərazisində tətbiq ediləcək.
Qənilinin sözlərinə görə, sistemin məlumat bazasından Azərbaycanın digər dövlər strukturları da istifadə edə biləcək.

"Məlumat strateji xarakter daşıyır və Azərbaycanda "Elektron hökumət" konsepsiyasının qurulmasının tərkib hissəsidir. Sistemin məlumat tərkib hissəsi digər dövlət strukturları tərəfindən istifadə edilə bilər. Məsələn, torpaq işlərinin aparılması zamanı bu və ya digər struktur əvvəlcədən elektron xəritədəki məlumatla tanış ola biləcək. Xəritədə ASC-nin infrastrukturu millimetr dəqiqliyi ilə göstəriləcək", - Qənili vurğulayıb.
 





20.11.2012    çap et  çap et