525.Az

Yumşaq səsin zənguləsi


 

Yumşaq səsin zənguləsi<b style="color:red"></b>

(“Bu gün dünəndən başlayırsilsiləsindən)

Azərbaycan radiosunun əməkdaşı olduğum illərdə efirə gətirdiyim proqramlardan biri Axtarışidi. Gənclik redaksiyasında işləyirdim deyə bu verilişə daha çox cavanları dəvət edir, onları axtarıb tapır, üstün cəhətlərindən söhbət açır, danışdırır, söz, könül mülklərinə güzər edirdim. Amma sonralarAxtarışin sərhədlərini bir az da genişləndirdim, istədim çağdaş gəncliyimizi həm vaxtilə, tutaq ki, 20-30 il əvvəl el arasında populyar olmuş, adı dillərdən düşməyən, sonralarsa zamanın, taleyin hökmüylə unudulmuş, tərki-dünya olmuş, hardasa incimiş, küsmüş insanlarla-elm, mədəniyyət xadimlərimizlə tanış edəm. Bu məqsədlə ara-sıraAxtarışın böyüdücü obyektivini belələrinə sarı tuşlayır, onları dindirir hər belə efir görüşlərindən sonra gənclərimizin xoş reaksiyasının şahidi olurdum. Çünki gənclik həm elm, mədəniyyət, sənət tariximizin yaxın keçmişiylə tanış olur, həm özlərini gələcək həyata, bəzən çətin, keşməkeşli mübarizələrə bir növ səfərbər edirdi. Bundan savayı, elə verilişin efir dəqiqələrində ürəyini boşaldan, ümdə istək arzularını dilə gətirən yaşlı insanlar da unudulmadıqlarına görə xoşhal olur, həyata, yaşamağa daha möhkəm tellərlə bağlanırdılar.

     Gün o gün oldu ki, “Axtarışxanəndə Novruz Feyzullayevi axtarıb tapdı. Ötən əsrin 60- illərindən başlayaraq bir-neçə onillər boyu Azərbaycan efirində özünün yumşaq səsi, həlim ləfzi, bizlər üçün yeni olan qəribə zəngulələri ilə cövlan eləyən bu müğənni sonradan elə bil qeybə çəkilmişdi. Uzun fasilələrlə radiomuzun musiqi proqramlarından səsi eşidilsə sənətə axınla gələn xanəndə mügənnilərin tünlüyündə Novruz Feyzullayev elə bil susmuş, bir küncə qısılmışdı. Amma onun sənətinə bələd olanların xatirində Novruz özününNazlana nazlana”, ”Ayrılıq”, ”Heydər baba”, ”Təbrizim”, ”Qaragiləmahnıları, ”Hümayun”, ”Dəşdimuğam dəsgahlarıyla yaşamağındaydı. Bir ki, təkrar edirəm, həzin səsi, yumşaq zəngulələri ...Təbrizli ləhcəsiylə. Elə bu sadaladıqlarımın işığında onu axtarıb tapdım, çoxdan yadırğadığı, amma özünə dost, həmdəm bildiyi doğma radiosuna dəvət etdim. Mikrofonu açmazdan öncə bir xeyli söhbətləşdik. O vaxt mən İran İslam Respublikasına səfərdən təzə qayıtmışdım. Orda gördüklərimdən, təbii ki, Təbriz günlərindən, Saat qabağı meydanından, Şah gölündən, Firdovsi xiyabanından, Ərdəbildə Şah İsmayıl məqbərəsi önündə şəkil çəkdirməyimdən danışdım. Bir baxdım gözləri dolub. Dedi ağa, sən neylədin, barigahımı dağıtdın ki! İllərdən bəri görməkdən yana burnumun ucu göynəyən o yerlərə, küçələri müsk-ənbər ətirli Təbrizimə aparıb gətirdin məni. elə bu yerdəcə qəriblik məfhumuna münasibətini öyrənmək istədim. Çünki qəddar zamanın vahiməli küləkləri ağuşunda Arazı adlayıb quzey Azərbaycana pənah gətirmiş cənublu soydaşlarımızınRübabə Muradovanın, Söhrab Tahirin, Əbülfəz Hüseyninin, Mədinə Gülgünün, Hökumə Billurinin, vaxtilə anadan olduğum İsmayıllı rayonuna pənah gətirmiş, atamın da, şəxsən mənim isti münasibətlərdə olduğum Ağa Sadiqinin, Əsgər Şahbazzadənin, İmran, Böyükağa dayılarının gözlərində yuva salmış qəribliyin zəif şüasını sezmişdim. Bu üzdən onu dindirmək istədim, dedim baxıram sizə, gözlərinizə ... Dalısını gətirməyə qoymadı. Qayıtdı ki, müəllim, insan olan kəs vətənində, doğmaları arasında özünü qərib saymaz. Qəriblik onda baş verər ki, səni saymayalar, qabağına bəndlər, hasarlar çəkələr. Mən burada özümü daim Təbrizimdəki kimi hiss eləmişəm. Amma olub, elə məqamlarla üzləşmişəm ki, nəinki Bakıdan, nəinki Təbrizdən, Ərdəbildən, vallahi baş götürüb bu dünyanın özündən getməyim gəlib. Bax o anlarda özümü qərib sanmışam. yaxşı ki, sənətim olub, radioda, televizionda, el məclislərində oxuyub dərdimi, məlalımı dağıtmışam, rahat olmuşam, özümü evimdə bilmişəm. Yox, mən qərib deyiləm !

Mikrofon açılanda isə ilk sualım belə oldu:

Novruz müəllim, siz özünüzü xanəndə sayırsız, yoxsa müğənni, yəni istərdim bu iki məfhuma aydınlıq gətirəsiz. Sualıma əlüstü cavab verdi, bununla da radio müsahibəmiz baş alıb getdi:

Xanəndəylə müğənni sözlərinin kökü eynidir. Yəni oxuyan. İntəhası muğam, dəsgah oxuyana xanəndə, mahnı oxuyana isə müğənni deyirlər. Çünki qədər muğam meyilli olsam da mahnılarsız ötüşmürəm. Məsələn, 30 ildən çoxdur mənimHumayunmuğamım radio efirindən düşmür. Burda mən əlbət ki, xanəndəyəm. Amma özümün bəstələdiyim mahnıları oxuyanda məni müğənni kimi təqdim edirlər düz eləyirlər. Amma bir gileyim var ki, qoşduğum mahnıların bəstəçisi olsam da öz adımla getməyə icazə vermirlər, deyirlər sən bəstəkarlığı qurtarmamısan, otur yerində (gülür).

Xanəndə qocalırmı, ümumiyyətlə oxuyanın qocalığı özünü nədə göstərə bilər, ya bəlkə əsl oxuyan üçün yaş həddi mövcud deyil.

  Özümdən danışa billəm. Vallahibillahi oxuyarkən özümdə belə halı hiss eləməmişəm. Xanəndə yaşa dolduqca sənətin zirvəsinə doğru gedir, səsinin imkanları müqabilində muğamın daha dərin qatlarındakı sirrləri görür. Əyər oxuduğu ahənglə sözü mahiranə birləşdirə bilirsə ona necə qoca demək olar? Halhazırda mən yaradıcılıqla məşğulam. Unudulmuş muğamlarımızı, onların guşələrini tapıb yerbəyer eləyirəm. MəsələnƏfşaradlı bir muğam var. Çox möhtəşəmdir. Onun bəzi hissələrini radioda, televizorda oxumuşam. Amma hələlik çiy haldadı. İnşaallah dəsgah tam hazır olandan sonra mən onu oxuyum siz qulaq asın, görün qocanın canında nələr var.

Novruz müəllim, adını çəkdiyinizƏfşarayrıca muğamdı, yoxsa bizə məlum olan muğamların tərkibində bir guşədir?

Gözəl sualdır. “Əfşarmuğamdı, dəsgahdı, 12 hissədən ibarətdi. Bu hansısa muğamın tərkibində olmayıb. Müstəqil həyatını yaşayıb yaşamaqdadı. İntəhası istər İranda, istərsə digər şərq ellərində çox nadir, ustad sənətkarlar ona müraciət ediblər.

Hər halda mən inanıram ki, bizdə qəbul olunmuş, böyük Üzeyir bəyin nota saldığı 7 muğamımızdaƏfşar”- dan bəzi məqamlar olmasın.

Mən öz fikrimi bildirəcəm. Mənə elə gəlir ki, yüz illər boyu İranda, cənubi Azərbaycanda, lap elə Şimali Azərbaycanda da xanəndələrin oxuduğu bu muğamı nədənsə bu tayda unudublar. Yoxsa muğamlarımızın sayı 7 yox,  indiyə 8 olardı.

Sizə demək artıq olar ki, muğamlarımızı özünün təlqin elədiyi ovqata görə bəzən qəm muğamı, bəzən dəm muğamı adlandırırlar. BəsƏfşarmuğamını xarakteri etibarı ilə hansı qismə aid etmək olar?

  Bunda daha çox lirika özünü göstərir. İstər bəmində, istər zilində, istərsə təsniflərində. Son dərəcə həzin, hətta kədərlidir. bilim vallah, bəlkə elə həddən artıq qəmgin ovqatlı olduğuna görə bu muğamdan vaz keçiblər. Amma unutmaq olmaz ki, sevinclə kədər qapıbir qonşudurlar. Biri bitəndə biri başlayır, biri başlayanda o biri bitir.

  Hər halda böyük intizarlaƏfşarmuğamının ifanızda səslənəcəyi günü gözləyirik. Bu yerdə bir daha səs məsələsinə qayıdıram. Bizim ifaçılıq sənətimizdə bir neçə sənətkar var ki, səsləri bənzərsizdi, onları istəsələr təkrarlaya, yamsılaya bilməzlər. Məsələn, Qulu Əsgərovun,  Qədir Rüstəmovun, Mirzə Babayevin, Oqtay Ağayevin səslərini kim çıxara bilər? Necə deyərlər, ayaqqabılarını geyə bilərlər, amma yerişlərini yeriyə bilməzlər. Mən məmnuniyyətlə sizin səsinizi bu sıraya daxil edərdim. Həzin, ahəstə səs tembri, sözlərin aydın, dəqiq tələffüzü sair. Bəs siz səsiniz barədə fikirdəsiz, ondan bir sənətkar ömrü ərzində yetərincə istifadə edə bildinizmi,  bu sarıdan ürəyinizdə nigarançılıq, nisgil qalmaylb ki ?

  Qalıb. Ona görə ki, bu səslə istər keçmişlərdə, yəni hələ İranda yaşarkən, istərsə indilərdə çox işlər görmək istəmişəm, amma görə bilməmişəm. Bax, sinnimin bu vədəsində, səsimin bu mərhələsində, biliyimin, dünyagörüşümün indiki dönəmində bir yeni sıçrayışa hazırlaşıram. Hədsizhüdudsuz layihələrim, planlarım var. Mənə güc, qüvvət, həvəs verənsə Arazın bu tayındakı Azərbaycanımın müstəqilliyi, öz sözünü özünün deməsidir. Gün o gün olsun ki ...(səsi qırılır, kövrəlir.)

Səsiniz, ifanızla ötən əsrin 60- illərindən bəri tanış ola bildik. Yəni Cənubi Azərbaycandan köçüb Quzey Azərbaycana gələndən sonra. Soruşmaq istərdim, orda, doğma yurd-yuvanızda nəyiniz qaldı. Mən təkcə qohuməqrəbanı, doğmaları nəzərdə tutmuram, ümumiyyətlə daha böyük mənada Güney Azərbaycanda nələri qoyub gəldiniz?

Əvvələn onu deyim ki, mənim buCənub”, “Şimaldeyimlərindən xoşum gəlmir. Məndən ötrü Azərbaycan yekdir, bütövdür. Nəyi qoyub gəlməyimi soruşursunuz. 30 milyondan çox qardaş-bacılarımı, İranın  hər buçağından, hər guşəsindən qulağa dəyən Azərbaycan türkcəsini, şirinli-acılı nəğmələri, aşıq havacatlarını. Hələ mən şairləri, rəssamları demirəm. Bir sözlə hünərməndləri qoyub gəlmişəm. Bəli, siz mənim səsimlə 60- illərdə tanış oldunuz. Amma sənətə gəlişim 1942-ci ildə olub. Ərdəbildə Səfəviyyə mədrəsəsində oxuyanda böyük qardaşım əlimdən tutub dostu, gözəl xanəndə Mirzə Əliağanın yanına aparardı ki, mənə oxumağın yollarını öyrətsin. Həmin ildə ustadım mənə dörd muğam oxumağı öyrətdi. “Humayınidi, “Dəşdi”, “Bayatı-türk”, bir ki, ”Əfşarmuğamlarıydı.

  Bayatı-türkdediniz, bəlkəBayatı-kürdü nəzərdə tutursunuz ?

  Yox, yox, “Bayatı-türk”. Oradan gələndən sonra istədim sizin bu radionuzda oxuyum, qoymadılar ki, ay aman ordatürksözü var. İnşaallah onu da bu yaxınlarda dirildəcəm. Yeri gəlmişkən deyim ki, Ərdəbildə olarkən adını çəkdiyimƏfşarmuğamını o qədər yaxşı oxumuşdum ki, ərdəbillilər məni o muğamın adıylaNovruz Əfşari deyə çağırırdılar. Ta 60- illərəcən bu adla tanınmışam. Bura gələndən sonra oldum Feyzullayev.

  Bir vaxtlar İran radiolarından verilən muğam konsertlərinə həvəslə dinşək kəsilərdik. Xüsusilə Əbülhəsənxan İqbalın, Mustafa Payamın səsləri bizləri valeh edərdi. Onlarla necə, əlaqələriniz olubmu ?

  Əbülhəsən xan sıradan bir xanəndə olmayıb, böyük mənsəb sahibiydi. Təbrizin rəisişəhridarıydı, yəni şəhərin meri. Tehrana gəlişində mən şəxsən onun ziyarətində olmuş, məsləhətlərini dinləmişəm. “Ayrılıqmahnısını yazan Əli Səlimi oxuyarkən tarda məni müşayət edərdi. Bir yerdə işləmişik onunla. Yazdığı mahnıların çoxunun ilk ifaçısı mən olardım. Mustafa Payamla da Tehranda bir yerdə oxuyardıq. Orada mehmanxanası vardı. Ailəvi dost idik. Bu taya gələndə məni yola salanlar arasında o da vardı. Qardaşı Əli Zərgərə məxsusi salamlarını yetirməyi gözləri yaşlı halda məndən rica elədi. Mən bura gələn kimi onun arzusunu yerinə yetirdim.

  90- illərin ortalarıydı, mənim İran İslam Respublikasına bir səfərim oldu, turist kimi. Vaxtilə radiomuzunBulaqverilişinin redaktoru olduğumdan xəbər tutanlar Təbrizdə qaldığım oteldə məni axtarıb tapmışdılar. Həm onlarla, həm digərləriylə apardığım söhbətlərdən bir şey mənə aydın oldu ki, orda demək olar hamı şeir yazır, səninlə şeir dilində danışır. Yəni sənətin başqa sahələri yoxdurmu ki, onlar şeirə üz tuturlar?

  Dadaş, İranda Azərbaycan türksəsində məktəb yox, universitet yox, gecə-gündüz radio-televizionlar farsca danışır. Üstəlik ta qədimlərdən bizlərdə çalıb-oxuyan, atılıb-düşən, oynayanlara pis baxıblar. Bəs bu adamlar neyləsin? Ona görə özlərini veriblər söz, şeir səmtinə. Buna pis baxmaq lazım deyil. Dərdin, məlalın, sevgi, mərhəmət, vətənpərvərlik duyğularının izharının bircə yolu vardır ki, onun da adı şeirdir. İranda belələrinə hünərmənd, yəni hünər sahibləri deyirlər.

  Bəlkə bu sualımdan inciyəcəksiz, dediklərim xətrinizə dəyəcək, amma özümü saxlaya bilmirəm. Sizin oxu üslubunuza, xüsusən muğamlarınıza İran-fars yolu xasdır. Hərçənd mən bunu qəbahət saymıram, muğam qoca Şərqin müştərək sərvətidir. Amma heç bu barədə, yəni stilinizdə dəyişiklik eləmək barədə fikirləşmisiz?

  Mənim Arazın o tayındakı stilim necə olubsa onu özümlə bu taya keçirib gətirmişəm. Məncə bunu mənə bağışlamaq olar. Çünki bir qayəm, bir arzum olub- milli musiqimizi pərvazlandırıb göylərə qaldırmaq. Ola bilsin orada  doğulub boyabaşa çatdığımdan, oranın musiqisini çox eşitdiyimdəndir ki, o ləhcə, o avaz canıma hopub, dilimdə yuva salıb. Amma bu olsa-olsa ləhcə, dialekt fərqidir. Bu fərqi hər hansı bir diyarın ayrı-ayrı bölgələrində müşahidə etmək mümkündür. Məsələn ərdəbillilər deyira yetim,  nəğareysən,  hardan gəleysən, hara gedeysən?” Amma görün təbrizli necə deyir, “dadaş, deeirsən, hardan gəliirsən, hara gediirsən?” O da azərbaycanlıdı, bu da, xırda ləhcə tafavütü var. Bax, mənim ifalarımda duyduğunuz o xallar ki var, sırf ləhcə işidir, başqa bir şey deyil, ola da bilməz. Əbdülhəsən xan İqbalda  da bu vardı, Mustafa Payam da, Ququşda da. Amma hamısı azərbaycanlıydılar.

  Artıq xeyli vaxtdır bir zamanlar radionun, televiziya ekranının bəzəyi olan Novruz Feyzullayev sənət dairələrində bir qədər seyrək görünür. Sənətkar olaraq bu sizi sındırmır ki?

  Yox, sındırmır. Ona görə ki, həvəsdən düşməmişəm. Səsimdəki öz yerindədir, sözümə baxır, hara deyirəmsə oraya gedir. Dövlət Teleradio Şirkətindən çox razıyam ki, səsim yazılmış lent yazılarını qoruyub-saxlayır, vaxtaşırı səsləndirir, məni elin yaddaşından silinməyə qoymur. Bir az yeni araya-ərsəyə gələn özəl, qeyri dövlət radio- televizionlarından gileyim var. Ucuz şoulara çox yer verirlər, əsil sənəti qapı dalında saxlayırlar. Bax, o dediyiniz qocalıq var ha, sənətkar onda qocalır. Belə yaramaz. Sənətkarı hər yaşda dindirib danışdırmaq lazımdır.Onlardan öyrəniləsi,  görüb-götürüləsi çox şeylər var. O ola ki, mən təki cavan oğlandan (gülür) ...

O güldü, mən güldüm bizim söhbətimiz üçün ayrılan vaxtın daraldığından narazı qalsam da görüşümüzə razılıq verdiyinə görə təşəkkürümü bildirib əl-ələ görüşdüm. Sonra söhbətimizin lentə alındığı studiyadan çıxıb pillələri enə-enə ona dedim çox sağ olun ki, “Axtarışverilişinin bu sayının araya-ərsəyə gəlməsi üçün çox axtarmalı olmadıq, çox arzulardım ki, uzun uzun illər beləcə axtardığımız yerdə tapaq sizi. Özü bax belə şən, gümrah, sevdiyiniz, könül bağladığınız sənətin sükanı arxasında. Oxuyun, həmişə oxuyun bu oxumaq sədaları altında daim sizi anaq, sizdən sənət inciləri umaq.

Bu sözlərimdən onun alındığını duydum. Şükranlarını mənə əllərimi bərk-bərk sıxmağıyla bildirdi. bu təmasdan ürəklənib ona daha bir sual verdim, mikrofonsuz-filansız.

  Ərdəbilə, Təbrizə, bir sözlə ana vətənə getməyiniz gəlirmi?

  Hələ ki yox.

   Niyə?

  Niyəsini soruşma. Çün istək başqadır, şərait, səbəblər başqa. Bircə orasını deyim ki, 45-ci ildə cənubda Milli Hökumətimiz yarananda mən artıq Təbriz filarmoniyasının solisti idim. Orada ta qədimlərdən çox möhtəşəm bir orkestr fəaliyyət göstərirdi. Müstəqillik aylarında daha da qol-budaq açmışdı. Cahangir Cahangirov, Hacı Xanməmmədovla da orda tanış oldum. Həmin orkestrdə işləyir, dirijorluq edirdilər. Cibim həmişə pullu olub, el məclislərindən yaxşı qazanardım. Amma yerimdən ilk dəfə Milli Hökumətimizin pulunu alanda o 150 tümən pulun üzərinə göz yaşlarım ələndi. Çünki o mənim doğma pulum idi, müstəqil dövlətimin göstəricilərindəndi. Sonra da... sonrası sizə məlumdur... Hər şeyi zaman həll eləyir. Zaman yetişər verdiyiniz sualayoxəvəzinədeyə cavab verərəm.  

Novruz Feyzullayev (Əfşari) ilə bu söhbətimin alındığı tarix 2001-ci ilin Novruz ayına təsadüf eləmişdi. Şən, qıvraq, həyat eşqiylə ləbaləb dolu bir insanla şəxsən tanış olmuşdum. Sevinir, qürur duyurdum, sənətimə minnətdarlıq edirdim ki, sayəsində daha bir dost qazanmışam. Oxuyarkən səsində üzə çıxan həzinliyin, bir növ pıçıltıya bənzər həlimliyin tam əksi olaraq həm həyatda sərt idi, ötkəm idi, hər an amalı, əqidəsi uğrunda döyüşə atılmağa hazır idi. Arada sənət adamlarının ən incə yeri olan ad, titul məsələsinə toxunub qırımını yoxlamışdım. Adıma gəlib ki, dadaş, demişdi. Bəsimdi deyələr ki, oxuyur Novruz Feyzullayev. Təki Allah səsimə qıymasın, qalanı düzələn şeydi.

Ayrıldıq haqqında danışdığı layihələri həyata keçirəndən sonra bir daha görüşüb söhbət edəcəyimizinsini ondan aldım. Sonra günlərin bir  günü radiodanHeydər babamahnısını dinləyən təki evlərinə zəng vurdum ki, hal-əhval tutam, bir görüşək. Dedilər yerində yoxdur bir daha olmayacaq. O boyda sənətkar səsindəki həlimliyin özü kimi, haysızküysüz, pıçıltıya bənzər bir sakitliklə dünyasını dəyişibmiş sən demə. O, bu, daha ona zəng eləmirəm. Bilirəm ki, yerində deyil. Amma həm yerindədir məncə, canı, qanı qədər sevdiyi, özünü heç zaman qərib saymadığı Vətən torpağının altında. Oraya köç edib ki, cismi ilə torpağı bir az da qabartsın, artırsın, aradabir Vətən göylərində havalanan mahnıları, muğamları, yumşaq zəngulələri ilə həm ona, həm özünə layla çalsın, salam versin.

25 oktyabr 2014
İsmayıllı.

 





01.12.2014    çap et  çap et