525.Az

Cəmil Çiçək: “Dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik”


 

Cəmil Çiçək: “Dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik” <b style="color:red"></b>

"Qara Dəniz bölgəsinin mövcud potensialı və iqtisadi inkişafı getdikcə dünyanın diqqət mərkəzinə çevrilir. Bu regiondakı ölkələr müxtəlif mədəniyyətlərə malik olsalar da, Qara Dəniz bizim bir ortaq əməkdaşlıq məkanımızdır. Bu fərqliliyə baxmayaraq, əməkdaşlığımızı inkişaf etdirmək yalnız və yalnız xalqlarımızın maraqlarına xidmət edir".

525.az-ın məlumatına görə, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 40-cı iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək deyib.

O bildirib ki, QDİƏT regionda sülh layihəsidir və təşkilat yarandığı gündən bu günədək bunu uğurla həyata keçirir, regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində ciddi fəaliyyət göstərir:

“Regionda sülh və sabitliyi təmin etmək üçün biz dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik”.

Kamil Həmzəoğlu

 





27.11.2012    çap et  çap et