Bakının Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan 1,3 kilometrlik hissəsi əsaslı təmirdən sonra istifadəyə verilib.
“Azəryolservis”dən 525.az-a verilən məlumata görə, artıq nəqliyyat vasitələri ümumi uzunluğu 3,7 kilometr olan prospekt boyu heç bir maneəsiz və fasiləsiz hərəkət edə bilər.
Qeyd edək ki, prospektdə üç laydan ibarət asfalt-beton örtük döşənib, kommunikasiya quyularının beton örtükləri və baxış qapaqları dəyişdirilib, xətlənmə işləri aparılıb.
BƏXTİYAR