525.Az

“AB-ni Cənubi Qafqaza bağlayan Azərbaycan neftidir”


 

“AB-ni Cənubi Qafqaza bağlayan Azərbaycan neftidir”

Son dövrlərdə, xüsusilə xarici neft şirkətlərinin Azərbaycanın neft sektoruna iri həcmli investisiyalarından sonra ölkənin xarici ticarət dövriyyəsində Avropa Birliyi ölkələrinin rolu artmağa baslayıb.

Azərbaycanın Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi xarici ticarət dövriyyəsinin əsas hissəsinin məhz bu qitələrdə yerləşən ölkələrlə qurulmasına şərait yaradır.

2011-ci ildə İxrac-idxal əməliyyatlarının 67.8%-i Avropa, 22.6%-i isə Asiya qitəsi ölkələri ilə aparılmışdır. Xarici ticarət dövriyyəsində İtaliya, Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyənin xüsusi çəkisinin böyük olduğu müşahidə olunur. Belə ki, 2011-ci ildə xarici ticarət dövriyyəsinin 26,4%-i İtaliya, 12,8%-i Fransa, 7,8%-i Rusiya, 6,7%-i ABŞ 4,8 %-i Türkiyə, 4% Ukrayna, 3,8%-i isə Almaniya ilə olmuşdur.

İqtisadçı Kənan Aslanlı 525.az-a bildirib ki, “Avropa Birliyindən (AB) Cənubi Qafqaz regionuna ixrac edilən malların 56%-ni Azərbaycan, 31%-ni Gürcüstan, 13%-ni isə Ermənistan idxal edib (2011). Bütövlükdə bu regiona ixrac (5.08 milyard avro) AB-nin toplam ixracının cəmi 0.3%-ni təşkil edib”.

Onun sözlərinə görə “AB-nin Cənubi Qafqaz regionundan idxalının (15.7 milyard avro) isə 94%-ni Azərbaycan, 4%-ni Gürcüstan, 2%-ni Ermənistan təmin edib. Azərbaycanın AB ölkələrinə əsasən xam neft ixrac etdiyini (2011-ci ildə yalnız İtaliya və Fransaya 13 milyard dollarlıq xam neft satılıb) nəzərə alsaq, burdan belə bir nəticə çıxara bilərik ki, AB-ni iqtisadi baxımdan Cənubi Qafqaza bağlayan Azərbaycan neftidir”.

 





20.09.2012    çap et  çap et