525.Az

2013-cü ilin büdcə layihəsi Prezidentə təqdim olundu


 

2013-cü ilin büdcə layihəsi Prezidentə təqdim olundu

Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə Azərbaycan Respublikasının  2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə ediliç, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Baş nazir A.Rasi-zadə qeyd edib ki, dövlət büdcəsinin layihəsi Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqın maddi rifahının daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində əldə olunmuş nailiyyətlər, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun və dünya iqtisadiyyatında gedən proseslər nəzərə alınmaqla tərtib edilib. Layihə hazırlanarkən dövlət büdcəsinin sosial və investisiya yönümlü olmasına, ölkəmizin müdafiə qüdrətinin artırılmasına, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xüsusi önəm verilib.

Büdcə layihəsi ətrafında müzakirələrdən sonra Baş nazir A.Rasi-zadə iclasa yekun vurub.

Qeyd edək ki, iclasda Azərbaycan Respublikasının 2013-cü il üçün dövlət büdcəsinin layihəsi haqqında sənədlər toplusunun ölkə Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.

BƏXTİYAR

 





24.09.2012    çap et  çap et