525.Az

2013-cü ildə Xəzər dənizinin ekoloji auditi keçiriləcək


 

2013-cü ildə Xəzər dənizinin ekoloji auditi keçiriləcək

Xəzəryanı ölkələr gələn il Xəzər dənizinin ekoloji auditini keçirəcəklər.

525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Hesablama Palatasının sədri Sergey Stepaşin deyib.

O, Rusiya, Türkmənistan, İran, Azərbaycan və Qazaxıstanın hesablama-nəzarət orqanlarının birlikdə gələn il dənizin ekoloji auditini keçirəcəyini, yalnız bundan sonra Xəzərin istismarı nöqteyi-nəzərindən Rusiyanın maraqları barədə konkret danışmağın mümkün olacağını bildirib.

 





25.09.2012    çap et  çap et