525.Az

İslamiada üçün müəyyən edilmiş yollarda zolaqlanma işləri aparılacaq


 

İslamiada üçün müəyyən edilmiş yollarda zolaqlanma işləri aparılacaq<b style="color:red"></b> "Azəravtoyol" ASC tərəfindən bu ilin mayın 12-22-də Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı"nın işarələnməsi işlərinə start verilir.
 
"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, "Oyunlar zolağı"nın çəkilişinə ilk olaraq Neftçilər prospekti "Azneft meydanı"ndan başlanılır.
 
Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Neftçilər prospektinin "Azneft meydanı"ndan Əl Oyunları İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.
 
"Oyunlar zolağı"nın kənarlarına sarı xətt çəkiləcək və asfalt üzərində isə təyin edilən yerlərdə "Bakı-2017" sözləri yazılacaq.
 
"Oyunlar zolağı"nın Neftçilər prospektinə ("Azneft meydanı" - "Bayraq meydanı"), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektlərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.
 
Qeyd edək ki, "Azəravtoyol" ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.
 





29.03.2017    çap et  çap et