525.Az

Putin Yol Hərəkəti Təhlükəsizliyi İnspeksiyasının rəisini işdən çıxardı


 

Putin Yol Hərəkəti Təhlükəsizliyi İnspeksiyasının rəisini işdən çıxardı<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin Dövlət Yol Hərəkəti Təhlükəsizliyi İnspeksiyasının (DYHTİ) rəisi Viktor Nilovu tutduğu vəzifədən azad edib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, V. Nilov dövlət qulluğunda olarkən ən yüksək yaş həddinə çatdığı üçün vəzifəsindən azad edildiyi bildirilir.
 
62 yaşlı general 2011-ci ildən DYHTİ rəisi vəzifəsini tutub.
 
 
Putin həmçinin İstintaq Komitəsinin Çukotksk muxtar dairəsi üzrə istintaq idarəsinin rəisi Sergey Davıdov, məhkəmə icraçıları federal xidmətinin rəis müavini Tatyana İqnatyeva, dövlət feldyeger (dövlət kuryeri) xidmətinin maddi-texniki dəstək idarəsinin rəisi Aleksandr İvanov, Novqorod vilayətinin qubernatoru Andrey Kikotya, İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə istintaq idarə rəisinin birinci müavini Pavel Mullin və Rusiyanın Avropa insan haqları məhkəməsində səlahiyyətli nümayəndəsi Georqi Matyuşkini istefaya göndəriblər.
 
Kadr dəyişikliklərin səbəbləri barədə məlumat verilmir.
 





29.03.2017    çap et  çap et