525.Az

Neft bahalaşır


 

Neft bahalaşır<b style="color:red"></b>

Dünya birjalarında neft bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,44% artaraq 49,73 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,25% artaraq 52,55 dollar olub.

 





30.03.2017    çap et  çap et