525.Az

Messiyə verilən cəzaya etiraz ediləcək


 

Messiyə verilən cəzaya etiraz ediləcək<b style="color:red"></b>

Argentina Futbol Federasiyası millinin futbolçusu Lionel Messiyə verilən cəzaya etiraz edəcək.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə qurumun prezidenti Klaudio Tapiya məlumat verib. O, 29 yaşlı hücumçuya verilən cəzanı haqsız hesab edib:

"Yaxın vaxtlarda biz apellyasiya şikayəti verəcəyik".

Qeyd edək ki, L.Messi  DÇ-2018-in seçmə mərhələsində Çiliyə qarşı matçda yan xətt hakiminin həm özünü, həm də anasını söydüyü üçün 4 oyunluq cəzaya məruz qalıb.

 





30.03.2017    çap et  çap et