525.Az

Harvard və Dyuk universitetlərinin məzunu UNEC tələbələrinə ustad dərsi keçdi


 

Harvard və Dyuk universitetlərinin məzunu UNEC tələbələrinə ustad dərsi keçdi<b style="color:red"></b> ABŞ-ın nüfuzli Harvard və Dyuk universitetlərinin məzunu, Amerika Universitetinin məlllimi, strateji kommunikasiya, ictimai nitq və etik davranış qaydaları üzrə peşəkar William Beaman UNEC tələbələrinə “Biznesdə etika” mövzusunda ustad dərsi keçib.

Universitetdən 525.az-a verilən məlumata görə, UNEC-in bütün fakültələrindən bakalavr və magistrlərın qatıldığı dərsdə amerikalı müəllim biznes münasibətlərində hansı etik davranış qaydalarının əsas amil olduğunu açıqlayıb. Bizneslə məşğul olarkən qeyri-etik sayılan faktorlara diqqət çəkib.

Çıxışını real keyslər üzərindən edən strateji kommunikasiya bilicisi biznes mühitində etik qaydaların hansının daha yüksək effekt verməsi və müxtəlif situasiyalarda necə davranmağın sirlərini açıqlayıb. Auditoriya qarşısında bir neçə etik moral dilemma keysləri təqdim edən W.Beaman UNEC tələbələrinin mövcud durumda necə davranacaqları barədə fikirlərini dinləyib.

İştirakçıların çoxsaylı suallarını cavablandıran amerikalı müəllim UNEC tələbələrinin bilik və müzakirə bacarıqlarını yüksək qiymətləndirib.

Tədbirdə SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev və digər müəllimlər də iştirak edib.
 





30.03.2017    çap et  çap et