525.Az

Zərdabda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi


 

Zərdabda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirildi<b style="color:red"></b>

Martın 29-da Zərdabda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Zərdab rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Səfərbərlik xidmətindən verilən məlumata görə, tədbirdə Zərdab rayon İcra hakimiyyətinin başçısı Lütvəli Babayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İcra hakimiyyəti başçısı L.Babayev xarici işğalçılara qarşı mübarizədə zərdablıların göstərdikləri qəhrəmanlıqlardan danışıb.

General-mayor N.Orucov isə çıxışında ordu quruculuğu prosesində həyata keçirilmiş işlərdən danışaraq qeyd edib ki, hazırda Azərbaycan Silahlı Qüvvələrin dünyanın ən qüdrətli ordularından biridir.

M.Vəliyev 1918-ci ilin mart ayında daşnak və bolşevik quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımdan danışıb.

E.Həsənli isə bildirib ki, bugün Azərbaycan Silahlı Qüvvələri işğal edilmiş torpaqları azad etmək gücündədir və bu qüdrətini ötən ilin aprel ayında təmas xəttində baş vermiş döyüşlərdə sübut edib.

Ceyhun ABASOV

 





30.03.2017    çap et  çap et