525.Az

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı İtaliya mətbuatının diqqətində


 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı İtaliya mətbuatının diqqətində <b style="color:red"></b>

İtaliyanın "Eurasian Business Dispatch" analitik portalında tədqiqatçılar Domenico Letisia və Giorgia Piların birgə müəllifi olduğu "Yeni Bakı limanı və Azərbaycanın ilk Azad Ticarət Zonası" adlı məqalə dərc olunub.

525.az-ın məlumatına görə, məqalədə Azərbaycan iqtisadiyyatın şaxələndirilməsində nəqliyyat sektorunun rolu, Bakı limanının tarixi, onun beynəlxalq nəqliyyat dəhlizləri üçün əhəmiyyəti, hazırda yeni Bakı limanının genişləndirilməsi istiqamətində aparılan işlər, bu xüsusda innovativ yanaşmalar, liman ərazisində və ona yaxın yerdə qurulmaqda olan Azad Ticarət Zonası (ATZ), istər Bakı limanının, istərsə də ATZ-nın ölkənin və regionun iqtisadiyyatına potensial töhfələri kimi mövzular yer alıb.

Yazı Bakı limanının strateji əhəmiyyəti və imkanları barədə İtaliyanın işgüzar və akademik dairələrini məlumatlandırılmaq məqsədi daşıyır.

Ceyhun ABASOV

 





30.03.2017    çap et  çap et