525.Az

Ronaldo həbs oluna bilər


 

Ronaldo həbs oluna bilər<b style="color:red"></b>

“Real”ın futbolçusu Kriştiano Ronaldo həbs oluna bilər.

Qol.az-ın "Cadena Ser"ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçu vergidən yayınmaqda ittiham edilir.

Onun 2011-2014-cü illər ərzində 8 milyon avro vergidən yayındığı bildirilir.

Ronaldonun bu addımı inzibati hüquq pozuntusu kimi dəyərləndirsə, o, 8 milyon avronu ödəməli olacaq.

Amma prokurorluq bunun vergi cinayəti olduğunu sübuta yetirərsə, futbolçu həmin məbləği ödəməklə yanaşı, 4 ay müddətinə azadlıqdan məhrum edilə bilər.

 





25.05.2017    çap et  çap et