525.Az

Mançesterdə yenə partlayış təhlükəsi


 

Mançesterdə yenə partlayış təhlükəsi <b style="color:red"></b>

Böyük Britaniyanın Mançester şəhərinin Trafford rayonunda məktəbə partlayıcının yerləşdirilməsi barədə polisə verilən məlumat əsasında ərazidəki bütün yollar bağlanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Hərbçilər də məktəbə doğru hərəkət ediblər. Polis şəhərin Linbay prospektində hadisə olduğunu təsdiqləyib.

Xatırladaq ki, mayın 22-də gecə saatlarında "Mançester Arena"da amerikalı pop müğənni Ariana Qrandenin konsert proqramı zamanı partlayış baş verib. Terror nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

 





25.05.2017    çap et  çap et