525.Az

Bakıda "Böyük Hindistan toyu" olacaq


 

Bakıda "Böyük Hindistan toyu" olacaq<b style="color:red"></b>

Bakıda Hindistan rəqs dramı "Böyük Hindistan toyu"nun nümayişi keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, təqdimat mayın 28-də Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Tədbir 2017-ci ildə təşkil edilən və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilən Azərbaycan-Hindistan dostluq festivalı çərçivəsində keçiriləcək.

 





25.05.2017    çap et  çap et