525.Az

Vergidən yayınan sahibkarlar barəsində cinayət işləri məhkəməyə göndərilib


 

Vergidən yayınan sahibkarlar barəsində cinayət işləri məhkəməyə göndərilib<b style="color:red"></b>

Vergidən yayınan sahibkarlar barəsində cinayət işləri məhkəməyə göndərilib

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən aparılmış araşdırma zamanı bir necə fakt üzrə sahibkarların vergidən yayındığı aşkara çıxarılıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən 525.az saytına verilən məlumata görə, 1953-cü il təvəllüdlü, Bakı şəhəri sakini,  Biləcəri qəsəbəsi, yeni yaşayış massivi, döngə 12 ünvanda  yaşayan, “Vüsal-R” şirkətinin rəhbəri Tağıyev Musa Həsən oğlu Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 53.1, 77.3, 78.1, 103.1, 104.1, 152.1, 177.1.3 və 180,1-ci maddələrin tələblərini pozaraq, vergi orqanına təqdim etdiyi bəyannamələrə bilərəkdən təhrif edilmiş məlumatlar daxil etməklə 37 min 496,73 manat məbləğində vergiləri dövlət büdcəsindən yayındırıb. O, şirkətin qeydiyyatda olduğu 6 saylı Ərazi Vergilər İdarəsinə təqdim etdiyi ƏDV bəyannaməsində vergi tutulan dövriyyənin olmadığını göstərmiş, mənfəət vergisinin bəyannaməsində əldə etdiyi gəlirin məbləğini az göstərməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulan (xeyli miqdar təşkil edən vergidən yayınma) cinayət əməli törədib. İş üzrə ittiham aktı Respublika Baş Prokurorluğunda təsdiq olunaraq baxılması üçün məhkəməyə göndərilib. 

Digər cinayət əməli 1970-ci il təvəllüdlü, Bakı şəhəri sakini, Nərimanov rayonu, Ağasadıq Gəraybəyli 11/15, mənzil 10  ünvanında yaşayan Nağıyev Musa Asəf oğlu tərəfindən törədilib. O, vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədi ilə “Qlobal N.M.A.” (VÖEN 2901516601), “TNT LTD” (VÖEN 2901515531), “Fox Com” (VÖEN 2901515941) və “Pronto LTD” (VÖEN 2901525661) məhdud məsuliyyətli cəmiyyətlərini təsis edərək onlara rəhbərlik edib və bu müəssisələrin mühasibat sənədlərinə gəlirlər və xərclər barədə bilərəkdən təhrif olunmuş məlumatlar daxil etməklə, 78 min 608,36 manat məbləğində vergiləri  dövlət büdcəsinə ödəməkdən yayındırıb. M.Nağıyev 2 saylı ƏVİ-də qeydiyyata alınıb, təqdim edilən vergi bəyannamələrində təsisçisi və rəhbəri olduğu “Qlobal N.M.A” MMC üzrə 4 min 98,94 manat,  “TNT LTD” MMC üzrə 5 min 225,66 manat, “Fox Com” MMC üzrə, 3 min 952,46 manat, 3 min 77,54 manat məbləğində sadələşdirilmiş verginin miqdarını azaldaraq xeyli miqdarda vergidən yayınmaya yol verib. M.Nağıyev  “TNT  LTD”, “Fox Com” və “Pronto LTD”  MMC-lər üzrə ƏDV məqsədləri üçün qeydiyyata alınmağa dair ərizə verməyə borclu olduğu halda, bunu etməmiş və müvafiq olaraq  büdcəyə ödənilməli 4 min 275,08 manat, 19 min 525,42 manat və 35 min 175,64 manat məbləğində əlavə dəyər vergisini və 3 min 277,62  manat məbləğində hüquqi şəxslərin mənfəət vergisini büdcədən yayındııb, beləliklə də, CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulan (xeyli miqdar təşkil edən vergidən yayınma) cinayət əməli törədib. 

Cinayət işi üzrə sentyabr ın 25-də ittiham aktı tərtib edilibə baxılması üçün Respublika Baş Prokurorluğuna göndərilib.

 





01.10.2012    çap et  çap et