525.Az

"Google" 2.7 milyard dollar cərimələndi


 

"Google" 2.7 milyard dollar cərimələndi<b style="color:red"></b> Avropa Komissiyası "Google" şirkətini 2.42 milyara avro (2.7 milyard dollar) məbləğində cərimə kəsib.
 
APA-nın “rt.com”-a istinadən verdiyi məlumata görə, şirkət rəqabət qaydalarını pozduğu üçün cərimələnib.
Bildirilir ki, "Google" axtarış sistemi onlayn alış-verişlə bağlı müraciət edən istifadəçiyə ilk sırada özünün "Shopping Box" xidmətini nümayiş edir, digər şirkətlərin təkliflərini isə arxa planda qalır.
 
Avropa Komissiyası bir neçə ildə "Google"a məxsus "Alphabet" şirkəti ilə bağlı tədqiqat aparıb.
 





27.06.2017    çap et  çap et