525.Az

İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi keçirildi


 

İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi keçirildi<b style="color:red"></b> İyunun 27-də Azərbaycan prezidenti İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi keçirilib.
 
APA-nın xəbərinə görə, prezident İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident Andjey Duda qarşılayıb. Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Andjey Dudaya təqdim olunub.
 
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycanla Polşa arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub. Azərbaycan prezidenti İlham Əliyevin Polşaya rəsmi səfərinin münasibətlərimizin inkişafı baxımından önəmi xüsusi vurğulanıb.
 
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
 





27.06.2017    çap et  çap et