525.Az

Mil-Muğan bölgəsində uzunluğu 54,2 km olan su kanalı tikilir


 

Mil-Muğan bölgəsində uzunluğu 54,2 km olan su kanalı tikilir<b style="color:red"></b> Mil-Muğan bölgəsində yeni su kanalı tikilir.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, uzunluğu 54,2 km olan kanal başlanğıcını İmişlidə Araz çayının qolundan götürür.
 
Tikintisinə bu ilin mart  ayında start verilən magistral kanal vasitəsilə İmişli, Saatlı və Biləsuvar rayonları ərazisində 40  min hektar qış otlaq sahələri əkin dövriyyəsinə qaytarılacaq, yeni fermer təsərrüfatlarının yaranmasına stimul veriləcək. Hazırda kanalın 22 kilometrlik hissəsində işlər tam başa çatıb.
 
54,2 kilometr torpaq məcrada tikiləcək kanalın su sərfi başlanğıcda 35 kubmetr/san. olacaq.   Kanalın üzərində 100-ə yaxın hidrotexniki qurğu inşa edilib.  Kanalın 32 kilometrlik hissəsində tikinti işləri davam etdirilir. 
 
Kanalın tikintisinə 204 ədəd maşın-mexanizm və 354 nəfər işçi cəlb olunub. Hazırda kanalın üzərində  hidrotexniki qurğuların, körpülərin və şlüzlərin tikintisi davam edir. Kanalın üzərində həmçinin 36 ədəd suburaxıcı, 11 ədəd körpü və səviyyə qaldırıcı qurğular  tikilməlidir.
 
“Muğansutikinti” Səhmdar Cəmiyyətin sədri Vaqif Qurbanovun bildirdiyinə görə, kanalın tikintisi zamanı 4 milyon kubmetrə yaxın torpaq işləri görülməlidir. Artıq 2 milyon 750 kubmetr torpaq kanalın yastığına daşınaraq kipləşdirilib və 1 milyon 300 kubmetr qazma işləri aparılıb. Qrafikə əsasən magistral kanalın 32 kilometrlik hissəsinin tikintisinin bu ilin iyul ayının axırında, 44 kilometr hissəsinin isə sentyabr ayında başa çatdırılacağı nəzərdə tutulub. Ümumilikdə isə kanalın tikintisinin bu ilin oktyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.
 





28.06.2017    çap et  çap et