525.Az

Magistraturaya ixtisaslaşmalar üzrə keçid balları açıqlandı


 

Magistraturaya ixtisaslaşmalar üzrə keçid balları açıqlandı<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 7-ci nömrəsini nəşr edib.
 
DİM-dən APA-ya verilən xəbərə görə,  jurnalın 7-ci nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub.

Jurnalda həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim edilir.

Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

 





16.08.2017    çap et  çap et