525.Az

Çovdarova 15 illik həbs cəzası istəndi


 

Çovdarova 15 illik həbs cəzası istəndi<b style="color:red"></b> Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi iclasda prokuror çıxış edib.
 
Dövlət ittihamçısı Akif Çovdarovun rütbələrdən, fəxri adlardan, 3 il rəhbər vəzifələr tutmaq hüququndan məhrum edilməklə 15 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
 
Prokuror digər təqsirləndirilənlər - Səlim Məmmədovun 12 il, Akif Əliyev və Orxan Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilmələrini  istəyib.
 
Prokuror çıxışında qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən şəxslərə qarşı qaldırdığı mülki iddia təmin edilməlidir. O, zərərçəkmiş şəxslərin mənəvi ziyanla bağlı iddialarının rədd edilməsini istəyib, maddi ziyanla bağlı iddiaların isə məhkəmənin mülahizəsinə buraxdığını deyib.
 
Proses avqustun 21-də davam etdiriləcək.
 





16.08.2017    çap et  çap et