525.Az

Bayram Kürdəxanılını maşın vurub öldürdü


 

Bayram Kürdəxanılını maşın vurub öldürdü<b style="color:red"></b> Tanınmış meyxana ustası Bayram Kürdəxanılı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.
 

APA-nın xəbərinə görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib. Bayram Kürdəxanılı yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadov tərəfindən idarə olunan "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb. 
 
Sürücü E.Fərhadov saxlanılıb, onun barəsində cinayət işi başlanılıb.
 
Məlumata görə, hadisə B.Kürdəxanılı qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib.
 





23.08.2017    çap et  çap et