525.Az

Maduro Rusiyaya səfər etmək niyyətindədir


 

Maduro Rusiyaya səfər etmək niyyətindədir<b style="color:red"></b> Venesuela prezidenti Nikolas Maduro yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib. 
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro bu barədə Karakasda keçirdiyi mətbuat konfransında bildirib.
 
“Mən tezliklə Rusiyaya səfər etməyi planlaşdırıram. Biz ikitərəfli münasibətləri möhkəmləndirəcəyik”, - deyə Maduro bildirib.
 
Onun sözlərinə görə, Venesuela və Rusiya arasında yaxın və etibarlı əlaqələr mövcuddur.
 
“Putin sülhün bərqərar olmasına çalışan əsas dünya liderlərindən biridir”, - deyə Maduro qeyd edib.  
 





23.08.2017    çap et  çap et