525.Az

Runi İngiltərə milli komandasında karyerasını başa vurdu


 

Runi İngiltərə milli komandasında karyerasını başa vurdu<b style="color:red"></b> “Everton”a qayıdan Ueyn Runi İngiltərə millisindəki karyerasını bitirib.

Apasport.az saytı xəbər verir ki, bu barədə ulduz futbolçu sosial şəbəkədə məlumat verib.
 
31 yaşlı hücumçu yığmadan ayrılmağını belə izah edib: “Millinin baş məşqçisi Qaret Sautqeyt bu həftə mənə zəng etdi və dünya çempionatının seçmə mərhələsinin növbəti oyunlarında məni yığmaya çağırmaq istədiyini bildirdi. Bunu eşitmək olduqca xoş idi. Amma qərarımı vermişdim. Qaretə dedim ki, yığmadan getməyi qətiləşdirmişəm. Bu, çox çətin qərardır. Məsələni ailəm və menecerimlə də müzakirə etdim. Millinin şərəfini qorumaq mənim üçün həmişə xüsusi hal olub. Mənə kömək edən hər kəsə minnətdaram. Amma hesab edirəm ki, artıq getmək vaxtıdır”.
 
Qeyd edək ki, 2003-cü ildə İngiltərə yığmasında debüt edən Runi 119 oyunda 53 qola imza atıb. 
 





23.08.2017    çap et  çap et