525.Az

Nazirlər Kabineti Aparatının strukturu təsdiqləndi - Siyahı


 

Nazirlər Kabineti Aparatının strukturu təsdiqləndi - <b style="color:red">Siyahı</b> Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
 
APA-nın məlumatına görə, müəyyən edilib ki, Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir.
 
Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Nazirlər Kabineti təsdiq edir.
 
Nazirlər Kabineti zərurət olduqda Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.
 
Nazirlər Kabinetinə tapşırılıb ki, Nazirlər Kabinetinin iş qaydasının layihəsini, Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini, bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin, Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat versin və bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
 
Struktura daxildir:
 
- Baş nazirin xidməti
- Baş nazirin birinci müavininin xidməti
- Baş nazirin müavinlərinin xidmətləri
- Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti
- Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti
 
- Hüquq şöbəsi
- Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi
- Humanitar və sosial məsələləri şöbəsi
- Beynəlxalq əlaqələr şöbəsi
- Sənaye və energetika məsələləri şöbəsi
- Neft və kimya məsələləri şöbəsi
- Kənd təsərrüfatı məsələləri şöbəsi
- Ekologiya məsələləri şöbəsi
- Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi
- Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi
- Regionların inkişafı məsələləri şöbəsi
- Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi
- Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi
- Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
- Mətbuat xidməti
 
- İşlər idarəsi
 





23.08.2017    çap et  çap et