525.Az

Alim haqqında dost sözü


 

Alim haqqında dost sözü<b style="color:red"></b>

Azərbaycan klassik maarifçilik məktəbində xalqın özünüdərk prosesinə təkan vermək, milli-mənəvi dəyərlərimizi zənginləşdirmək, milləti gözüaçıq savadlı görmək arzusu ilə publisistikanın, ədəbiyyatın, elmi fəaliyyətin bir çox yararlı istiqamətlərindən istifadə etmiş böyük karifeylərimiz var.

Bu məktəb bir vaxtlar öz işini görmüş, milləti, xalqı qaranlıq dünyadan çıxararaq onun inkişaf xəttini müəyyən etmişdir. M.F.Axundov, H.Zərdabi, Ü.Hacıbəyli, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə s. kimi  onlarca millət fədailərinin yaratdığı maarifçilik məktəbi sonradan böyük alim şəxsiyyət Xudu Məmmədov, Yusif Məmmədəliyev kimi adamlar tərəfindən davam etdirilmiş zənginləşdirilmişdir. Müasir günlərimizdə-multimedianın indiki inkişaf çağında maarifçilik fəaliyyətinə ehtiyac varmı? Klassik maarifçilərimiz öz ideyalarını yaymaq üçün ən ağır tarixi şəraitdə qəzet, jurnal, kitab nəşrinə pənah gətirmiş, öz sözlərini deyə bilmişlər. Bəs bu gün - əlahəzrət internetin, kütləvi informasiya vasitələrinin müasir bolluğu şəraitində maarifçilik ideyalarının yayılmasına yenədəmi ehtiyac duyulur? Bu suala cavab axtaranda göz önünə bir çox müasir alimlərimiz, yazıçı publisistlərimiz, xalqın problemləri ilə yaşayan vətəndaş-ictimai xadimlərimiz gəlir. Onların müasir çağdakı maarifçilik fəaliyyətinin bəzi faktları yenə bizi heyran qoyur mütləq klassiklərimizin xalqa, millətə, vətənə bəslədikləri məhəbbət, ürək yanğısı yada düşür.

Bu sırada kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovun çox önəmli yeri var. V.Abbasov, əlbəttə, ilk növbədə alimdir. Kimya elminin təkcə Azərbaycan mühitində deyil, beynəlxalq miqyasında öz yeri olan bir elmi xadimdir. Lakin mənim milli beynəlxalq ictimai rəydə öz yeri olan bu kimya aliminin fəaliyyətində onun maarifçilik missiyasını önə çəkməyim təsadüfi deyil. onun maarifçilik fəaliyyəti barədə söz açdığım anda klassikamızı xatırlatmağım da təsadüfi deyil. Çünki Vaqif Abbasovun klassik maarifçilərə çox bənzəri var.

Həmin o klassik maarifçiləri bir az dərindən bələdçiliklə xatırlasaq aydın şəkildə görəcəyik ki, onların əksəriyyəti özlərinin fundamental elmi, yaradıcılıq sahəsindən başqa, həm cəmiyyətə söz demək istəyindən doğan digər mümkün istiqamətlərə əl atmışlar. M.F.Axundov ədəbi yaradıcılığın bütün növlərini heç havayıdan işə salmamışdı. H.Zərdabi təhsil aldığı fundamental elm sahələrindən  əlavə qəzet işi ilə  məşhur oldu.

Təkcə musiqisi ilə cəmiyyəti fəth edə biləcək Ü.Hacıbəyli öz maarifçilik ideyalarını həyata keçirmək üçün publisistikaya geniş meydan verdi. Kristolloqrafiya elmi sahəsində dünyanı heyran qoyan Xudu Məmmədov cəmiyyəti narahat edən ən ciddi milli problemlərə dair onlarca ictimai məqalənin müəllifi oldu. Beləcə, kimya elmində böyük uğurlara imza atmış, məhz bu sahədəki elmi fəaliyyəti ilə akademiyanın müxbir üzvü səviyyəsinə yüksəlmiş Vaqif Abbasov özünün fundamental yaradıcılıq sahəsi ilə paralel geniş maarifçilik fəaliyyəti ilə Azərbaycan ictimai fikrində aydın bir yer tutmuşdur. Böyük ictimai, elmi, pedaqoji fəaliyyət sahibi Vaqif Abbasov haqqında nələri bilirik? Məni bu yazını qələmə almağa vadar edən həmin sual oldu.

Mən bu yerdə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilovun hikmət dünyasından bir fikrə diqqət çəkmək istərdim: “İnsan bir kitabdır ki, zaman keçdikcə başqaları tərəfindən səhifə-səhifə oxunur qədər diqqətlə oxunsa da, açılmayan, oxunmayan səhifələrin sayı daha çoxdur. İnsanın özü isə əksər hallarda öz kitabını oxumaq dinləmək imkanına malik olmur”. Yəni cəmiyyət üçün yaşayan insanın ömür kitabının məzmunu onun özündən çox elə həmin cəmiyyətin özünə gərəkdir. S.Xəlilov daha sonra yazır:

İnsanın əməllərimi onun xislətindən asılıdır, yoxsa onun xisləti məhz bu əməlləri sayəsində daim yeniləşərək onun simasını formalaşdırır? Quranda deyilir: “...Təkcə böyük savab yiyəsinə verilən vergidir gözəl xislət” (Quran 41/35). Deməli, xislət öncədən müəyyənləşdirilmiş sabit, dəyişməz bir şey olmayıb, insanın əməli fəaliyyəti, həyatda göstərdiyi səbr əzm, gördüyü savab ( ya günah) işlər sayəsində müntəzəm olaraq dəyişir, təşəkkül edir. Ya kamilləşir, ya naqisləşir. Bu gün gördüyümüz hər bir , atdığımız hər bir addım sabahkı taleyimizə  təsir göstərməklə yanaşı, sabahkı simamızı da təyin edir.

Bir sözlə, insanın xisləti, əməli imanı bir-birini qarşılıqlı surətdə tamamlayır biri o birisi üçün şərt təkan olur. İnsan dünyaya boş yerə gəlmir. Ona qədər müəyyən təbii ictimai  mühit mövcud olur. bu mühitin öz ruhu (nəfəsi), öz meyarları prioritet maraq dairəsi vardır. Bu mühitə düşən insanlar həmin bu maraqlara xidmət etməyə, öz həyatını həmin bu meyarlar baxımından qurmağa çalışırlar”.

Mən Səlahəddin müəllimin insanı xarakterizə edən, onun fəlsəfi təhlilini verən bu  sətirlərini çoxdan oxumuşam. Amma qəribəsi budur ki, Vaqif Abbasovun bioqrafiyası barədə düşünəndə bu fikirlər yenidən yadıma düşdü. gördüm ki, ictimai rəydə yeri formalaşmış insanların yaxşıları bir-birinə çox bənzəyir.

Tale elə gətirmişdir ki, mən bu kimya alimi ilə düz altı il bir yerdə işləmişəm. Məsələ burasındadır ki, 2005-ci ildə Azərbaycanda İctimai Televiziya Radio Şirkəti yaradılarkən bu şirkəti formalaşdırmaq onun fəaliyyətini tənzimləmək üçün cəmiyyətin çox müxtəlif sahələrindən seçilmiş doqquz nəfərdən ibarət Yayım Şurası üzvlərindən biri Vaqif müəllim oldu. Doğrusu, lap ilk görüşlərimizdə bu kimya aliminin Yayım Şurasında necə fəaliyyət göstərəcəyi şuranın sədri kimi məni xeyli düşündürürdü. Lakin azca bir vaxtda mən Vaqif Abbasovun simasında çox böyük bir alim- maarifçi şəxsiyyətinin şahidi oldum.

Əvvəlcə Vaqif müəllimin bioqrafiyasına  diqqət elədim. Tərtər rayonun Cəmilli kəndində doğulub. Atası müəllim, anası ömrü boyu kolxoz işində çalışıb. Vaqif Abbasovun hər şeydən çox müəllimliyə məhəbbəti atası Məhərrəm kişinin peşəsindən doğub. Vaqif müəllimi tanıdığım ilk günlərdən atasına anasına müqəddəs övlad münasibətinin şahidi olmuşam. Onun ən inanclı and yeri  tapındığı bu iki şəxsin ruhlarıdır. Həyatının bütün uğurlarına dəstək olmuş ictimai xadimlərin, müəllimlərinin adının yanında mütləq atası Məhərrəm müəllimin deyimlərindən, nəsihətlərindən misal gətirir. Onun kimyaya məhəbbəti atasından gəlib. Orta məktəbi qurtaranda müəllimləri Məhərrəm kişiyə oğlunun kimyaya xüsusi marağının olduğunu bildiriblər. Vaqif müəllim o zaman APİ deyilən o məşhur institutun Kimya fakültəsinə daxil olub. Hər şey burdan başlayıb. Mən Vaqif müəllimin iki il əvvəl artıq Akademiyanın müxbir üzvü kimi bu doğma təhsil müəssisəsində müəllim tələbələrlə görüşündə iştirak etdim. Bu görüş salonunda V.Abbasovun- kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, saysız-hesabsız beynəlxalq milli ödüllərin sahibi V.Abbasovun qocaman müəllimləri vardı. O müəllimlərin Vaqifi bir tələbə kimi necə qiymətləndirdiklərindən sonra mən bu insanın indiki ucalığına qətiyyən təəccüblənmədim. Onların dilindəki, nitqindəki keçmiş tələbəyə qiymətləri Vaqifin bu günkü alim, müəllim Vaqif Abbasov olmağını şərtləndirən əsas fakt idi.

V.Abbasovun bioqrafiyasında onun saysız-hesabsız kimya cəmiyyətlərinin üzvü, çoxlu beynəlxalq diplom, neçə-neçə beynəlxalq konfransda məruzə sahibi olduğu kimi faktlar yer alır. Vaqif Abbasov dünyanın harasında olur-olsun, hansı tribunadan çıxış edir-etsin,  ilk sözünü müəllimə müəllimlərə minnətdarlığı ilə başlayır. Mən onun Binəqədi rayon məktəbliləri ilə bir görüşündə iştirak etdim. Həmin məktəblərin rəhbərləri Vaqif Abbasovu bu görüşə bir alim ictimai xadimdən daha çox şagirdlərdə müəllim peşəsinə məhəbbət yaradan bir insan kimi dəvət etmişdilər. Mən o görüşdə Vaqif Abbasovun pedaqoji ustalığının heyranı oldum etiraf edim ki, o gün mən şagird yaşında olsaydım tərəddüd etmədən orta məktəb müəllimi peşəsini seçərdim.

V.Abbasov maarifçilik fəaliyyətini bir neçə istiqamətdə aparır. Birinci fəaliyyəti, əlbəttə, kimya elmini populyarlaşdırması fonunda gedir. Bu elm sahəsini iki istiqamətdə, iki üslubda böyüdür: a) elmi monoqrafiyalar, dərslik dərs vəsaitləri, yüzlərlə məqalələri ilə; b) televiziya çıxışları, müxtəlif auditoriyalarda görüşləri ilə. Mən V.Abbasovun Sumqayıtda bir çox görüşlərinin, həmçinin kimyaçılarla salon söhbətlərinin şahidi olmuşam. Bu görüşlərdə elmi praktik kimyaçılar özlərinin yüzlərlə suallarına Vaqif müəllimin ən populyar üslubda cavablarından məmnun qalmışlar. İkincisi, Vaqif müəllim bir qayda olaraq Azərbaycan məktəblilərinin istedad gücü olanlarını daim diqqətdə saxlayır kimyaya xüsusi məhəbbəti olan belə şagirdlərin dünyanın bir çox qitəsində keçirilən olimpiadalarda iştirakını təmin edir, uğurlarına şəxsən şərait yaradır. Mən Vaqif müəllimin Yardımlının adi bir kənd məktəbi şagirdinə beləcə vətəndaşlıq qayğısının şahidi olmuşam. Olur ki, televiziya çıxışlarından sonra respublikanın çox müxtəlif kənd məktəblərindən müəllimlər, şagirdlər onun yanına gəlir, tanış olur güclü vətəndaş qayğısı olan bu alimdən kömək məsləhətlər alırlar. Vaqif müəllim televiziyadakı debatlarından birində Azərbaycan dövlətçiliyinə, Azərbaycanın bu günkü inkişaf səviyyəsinə qısqanclıqla yanaşan xarici ölkələrdən birinin bizim şagirdlərəsponsorluqistəyinin qara niyyətdən başqa bir şey olmadığını yəqin edərək o şagirdlərə öz şəxsi köməyini təklif etdi. sonradan onların axıradək təhsil almalarına, öz layihələrini gerçəkləşdirmələrinə sahib çıxdı.

V.Abbasov 1992-ci ildən Təhsil Nazirliyinin məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədridir, 2001-ci ildən Təhsil Nazirliyinin Elmi Metodiki ŞurasınınKimya kimya texnologiyasıbölməsinin sədridir, 2001-ci ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimyadan ekspert şurasının seminarın rəhbərləri 2003- ildən Təhsil Problemləri İnstitutu ilə birlikdə təsis etdiyiKimya məktəbdəelmi-metodiki jurnalın baş redaktorudur.

Təkcə adlarından da göründüyü kimi, bu vəzifələrin hər biri adamdan geniş erudisiya, elmi bacarıq, təşkilatçılıq qabiliyyəti, obyektiv olmaq ən əsası, bizim günlərimiz üçün problem olan vaxt tapmaq fərasəti tələb edir. Vaqif müəllimi yaxından tanıyanlar onun tükənməz enerjisinə, tapşırılan vəzifəyə dövlətçilik məsuliyyətilə yanaşmasına yaxşı bələddir. Onda olan bu keyfiyyətlər isə birmənalı olaraq onun vətəndaşlıq yanğısından qidalanır.

2001-ci il V.M.Abbasov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Akademiyanın müxbir üzvü akademikliyə gedən yolun bir addımlığıdır. Vaqif müəllim bu böyük elmi titulu şərəflə daşıyan ona layiq olduğunu hər an sübut edən bir alimdir.

V.Abbasov elm təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları iləAzərbaycanın əməkdar müəllimifəxri adına layiq görülmüş Şöhrətordeni ilə təltif olunmuşdur. O, 2009-cu ildə İslam Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) elm texnologiya üzrə baş mükafatına layiq görülüb.

Vaqif Abbasov rəsmi dövlət işləri ilə birlikdə ictimai işlərə həm böyük dəstək verir, həm özü bu sahədə ölkə ictimaiyyətinin yaxşı hiss etdiyi dərəcədə fəaliyyət göstərir. Yuxarıda qeyd etdiyim kimi, V.Abbasov 2005-ci ildə Azərbaycan dövlətinin iradəsi cəmiyyətin sosial sifarişi ilə yaranan İctimai Televiziya Radionun Yayım Şurasına üzv seçildi. Vaqif müəllim altı il bizimlə birlikdə bu Şurada çox səmərəli fəaliyyət göstərdi, işgüzar məsləhətləri ilə böyük hörmət qazandı. Doğrudur, 2011-ci ildən Neft-Kimya Prosesləri İnstitunun direktoru kimi çətin məsuliyyətli bir vəzifəyə təyin olunduğu üçün Vaqif müəllim bizim Şuradan getdi. Lakin o, yenə öz maraqlı təklifləri ilə, həm bu dəfə ictimaiyyətin fəal nümayəndəsi kimi bizə böyük dəstək verir.

Vaqif Abbasov görkəmli alim, ictimai xadim, maarifçi şəxsiyyətdir, ömrünü xalqa, insanlığa, yaxşılığa həsr edən bir insandır. Vaqif müəllim Azərbaycan dövlətçiliyinin keşiyində duran, dövlətçiliyimizin qədrini bilən onu hər yerdə- kitablarında, telemühazirələrində təbliğ edən böyük vətəndaşdır. Bu vətəndaşlıq keyfiyyəti həm alim kimi, həm bir ictimai xadim kimi həmişə, hər yerdə onun məslək yoldaşıdır. Alimin bütün uğurları bu keyfiyyətdən qidalanır.

1952-ci il oktyabr ayının 5- Tərtərin Cəmilli kəndində dünyaya göz açan Vaqif müəllim bu gün ürəyində o kənddən başlayan bir Azərbaycan məhəbbəti gəzdirir. Onu xalqa sevdirən, uğurlarına işıq tutan da məhz Azərbaycan sevgisidir.

 





07.10.2012    çap et  çap et