525.Az

Oralarda kimlər var: Elçin İsgəndərzadə (davamı)


 

Oralarda kimlər var: Elçin İsgəndərzadə<b style="color:red"> (davamı)</b>

“QÜRBƏT HÜCRƏSİ”ndəki ŞAİR ELÇİN İSGƏNDƏRZADƏ
 
 
2013 – cü il  “Qızıl Kəlmə” mükafatını şeir bölməsi üzrə qazanan şair Elçin İsgəndərzadənin mükafat almış kitabı haqqında düşüncələri yazarkən maraqlı bir faktla üz-üzə qaldım :     bütün epitetləri ilə ağıl almaz dərəcədə geniş bioqrafiyaya malik olan şair Elçin İsgəndərzadə haqqında “QOOQLE” deyilən bir axtarış saytına girdim və nə görsəm yaxşıdır : bu yaradıcı və ziyalı haqqında Türkiyənin məhşur “GÖLCE” saytında 81 min işarətdən ibarət olan bir bioqrafik məlumat var.  81 min işarət!!! Bu bioqrafik məlumat 33.829 hərfdən ibarətdir. Bu isə həftə sonu çıxan qəzetin təxminən 4 səhifəsi deməkdi. Burdan belə məlum olur ki, şair və alim Elçin İsgəndərzadənin bu vaxta kimi 13 ELMİ KİTABI, müxtəlif janrlarda 81 ƏDƏBİ-BƏDİİ KİTABI, BİZİM DİLƏ və  ƏLİFBAMIZA AXTARDIĞI 118 KİTABI VAR !!!!!!!!!!!!!!
Bu məlumat və bilgilər 2011-ci ilə aiddir. Şəxsi yaradıcılıq üçün zəngin bir kitabxana!!!!!!!!
 
 
 
Ötən yazımızda böyük hörmətlə istinad etdiyim Arif Əmrahoğlu bəlkə də Elçin İsgəndərzədə haqqında ilk vicdanlı söz deyən tənqidçilərdən biridir və məncə yeganəsidir.Bu baxımdan mən hər iki yaradıcıya heyranlığımı və sayqımı ifadə etmək üçün bir daha Arif müəllimin qeydlərindəki aşağıdakı fikirlərə baxıram:
 “...Gerçək həyatdan fərqli olaraq, bədii yaradıcılıqda iki tərəfin istedadını birləşdirmək lazım gəlir: həm həyatdakı, həm də yaradıcılıq axtarışlarındakı istedadı. Həmişə nail olunmayan bu hal istər-istəməz belə bir deyimin ortaya çıxmasına səbəb olmuşdur: hərə öz qəbri boyda olduğu kimi, hərə həm də öz sözü boydadı. Deyimin müsbət və mənfi çaları var. Müxtəlif tərəflərə xas istedadın arasında fərq komiklik doğuracaq dərəcəyə çatanda deyim mənfi, fərq olmayanda, minimum həddə olanda müsbət çalar qazanır.
Bəlaya saldıq Vətəni,
Vətən-başımın bəlası.
İndi mən dərd oğluyam,
Balam dərdin balası.
Yaradıcılığını bu yöndən nəzərdən keçirsək deyə bilərik ki, Elçin İsgəndərzadənin sözü, həqiqətən, özü boydadır və öz rolunu “ya göründüyün kimi ol, ya da olduğun kimi görün” prinsipinə mümkün dərəcədə yaxın ifa etməyə çalışır. “Qürbət hücrəsində” adlı şeirlər və poemalar kitabında deyilənləri təsdiqləyəcək kifayət qədər bədii nümunə tapmaq mümkündür.
Onlardan biri ALÇA ÇİÇƏKLİ GECƏ:
 
Mənim bu gecəyə çox ümidim var,-
bu gecə ulduzlar çiçəkləyəcək.
Alçalar gül  açdı yenə bu bahar
sevənlər,aşiqlər gerçəkləyəcək.
 
Mənim bu gecəyə çox ümidim var,-
bu gecə durnalar lələk salacaq.
Bu gecə dağlara qar yağacaq,qar
bəyaz qar üstündə bir iz qalacaq.
 
Mənim bu gecəyə çox ümidim var,-
əgər bu gecədən sağ çıxa bilsəm
Dağların başında əriyəndə qar
sənin göz yaşını əyilib silsəm.
 
Mənim bu gecəyə çox ümidim var,-
bu gecə mələklər yuxuma girər
Mələklər yuxumda tutmazlar qərar
mələklər bir sevda çələngi hörər.
 
Mənim bu gecəyə çox ümidim var,-
bu qərib gecənin yolçusuyam mən
Qürbətə aparır bəlkə bu yollar,
bəlkə ay işığı,axar suyam mən.
 
Mənim Göy üzündə bir buludum var,-
mənim bu gecəyə çox ümidim var...
 
Bir halda ki, Elçin İsgəndərzadənin şairliyindən söhbət gedir,onun yaradıcılığını izlədiyim illərdə mən bir şeyin şahidi olmuşam: bir şair olaraq Elçinin tematikası çoxşaxəlidir və Elçin bir mövzunun içinə qapılıb orada çabalayan şairlərdən deyil.Bunun nəticəsidir ki, şair Elçin İsgəndərzadənin şeir kitablarını yan-yana qoysaq, onların adından bəlli olur ki, kitabın içindəki can ağrıları hardandı,nədəndi ?
Yuxarıda Elçin bəyin  türk dünyasına bağlılığı məsələsinə toxunduğumuzdan mükafat almış kitabın tematikasına baxdığımızda burada başlıca olaraq qürbət və qürbət acısı üstünlük təşkil edir.
( Bizim ədəbiyyatımızda qürbət mövzusu adətən mühacir ədəbiyyat kimi tanınıb mən bilən. İrəlidə mən bu qürbət ədəbiyyatı məsələsinə toxunacam keçici olaraq,amma şair Elçin İsgəndərzadə yaradıcılığında bu məsələ böyük bir etap olduğundan, bu barədə daha geniş yazmağa ehtiyac duyuram.Bu baxımdan bu məsələni açıq saxlayaq).
Elçin İsgəndərzadə vəzifə və görəcəyi işlər acısından tez- tez Bakıdan, doğma Azərbaycandan uzaqlarda olur,daha doğrusu o öz Vətənindən daha çox başqa ellərdə yaşayır və bu yerlərdə yaşadığı günlərdə heç şübhəsiz,iş vahiməsindən qurtarıb bir təklik vadisinə çəkiləndə, Bakı yada düşür, Bakıdakı doğmalar yada düşür və Elçinin içindəki şair səsi sızlamağa başlayır. Bu sızıltı heç də tərki-dünyalıq üstündə köklənən sızıltı deyil,bu sızıltını qınamaq olmaz və xüsusiylə bunun nə olduğunu yaşayanlar Elçinin şeir dünyasına daha çox  bağlanırlar.
Qarabağlı qaçqın Məmmədə
Yaman oxşayır fələstinli Xalid,
Onun da gözlərində bir cüt Xarıbülbül
Qan içində ölümə gülümsəyir elə bil...
Bir başqa şeirində –kitabın da adını aldığı şeirdə şair yazır:
Dövrə vurur qağayılar
İçimdəki  təlatüm dənizində
Sahilə çırpılmış bir balıq kimi
dərd çabalayır
soluxmuş bənizimdə.
Son ümid can verir
Ürəyimin tənhalığında-
Kimsəsiz qürbət hücrəsində
Bu gün çəkdiyim bir ahın üstündə
Puçur-puçur qanlışeh damlaları
Qəbrimə sızan göz yaşların kimi
İşıldayır Ay işığında...
Şair Elçin İsgəndərzadənin “Qürbət hücrəsi”ndə mənim diqqətimi çəkən bir başqa cəhət bizim şeir dünyamızda çox az istifadə olunun İKİLİKLƏR üslubunda yazılan şeirlərdir.Türk ədəbiyyatında bu sayaq şeirlərin ustadı olan Necip Fazıl Kısakürəkin “İkiliklər”i son dərəcə mənalı və qoşalüləni xatırladan ikiliklər olduğu kimi, Elçin  İsgəndərzadənin də “İkiliklər”i doğrudan da  şeirimizdə yeni bir başlanğıcın ta özü olmaqla, çağdaş ədəbiyyatımızın ən az istifadə olunan yazı tərzidir. İkiliklər və buna bənzər şeirlər şair  Oqtay  Rzanın da yaradıcılığına yad deyil. Oqtayda ikiliklər çox zaman ünvanlı şeirlər olsa da, Elçində bu tip şeirlər daha fəlsəfi və mənasına görə tam gücə malik şeirlərdir.
Bir sevda var ürəkdə
Bir güllə var tüfəngdə
lll
Pəncərəm önündə üşüyən ağac
Gəl içəri ürəyini mənə aç.
lll
Allah, ölümdən betərdi –
Savaşmadan məğlub olmaq dərdi.
lll
“Bir sadiq yar yoxdu həmən
o bir Alladan vəfalı”.
İrəlidə söylədiyim fikrə ötəri olaraq qayıdıram.
“QÜRBƏT” sözünün mənim danışığıma və ədəbi dünyama nə zaman daxil olduğu haqqında qətiyyən dəqiq bir məlumatım yoxdur və güman ki,ədəbiyyatı müəyyən mənada başa düşəndən sonra “Qürbət” sözünün də leksikonumda səslənməsi heç də təəccüb doğurmamalıdır.Bir də bu var: uzaq bir kənddən Bakıya gəldikdən və ədəbiyyatın poetik anlamını başa düşdükdən sonra, Bakı ömrümüzü aradabir qürbət kimi bir havayla da ifadə etməyə başladıq vəya başladım desəm, daha doğru olar.Bu mənada bizim poeziyamızda klassiklərdən üzü bu yana qürbət ağrılı temanın şeirdə daha geniş bir anlam daşıdığını deyə bilmərəm, necə ki, türk şeirində bu çox böyük bir dövrü əhatə edir və türk şeirində böyük bir nəsil var ki, onlara QÜRBƏTÇİLƏR deyirlər.Bu şairlərin və yazarların ədəbi məhsulları həqiqətən uzaq ellərdə yaranan vəya uzaq ellərdən yaxın ellərə köçəndən sonra yaranan ədəbi nümunələr kimi çox dəyərlidir və iç ağrılarını tam mənasında ifadə edir.Mənim xatırladığım, QÜRBƏT mövzusunda ən gözəl şeir nümunəsi ilə  ilk tanışlığım
MƏN QÜRBƏTDƏ DEYİLƏM
QÜRBƏT MƏNİM İÇİMDƏ
misraları olmuşdur.Uzun bir fasilədən sonra bu iki misranın izinə düşərək onun kimə mənsub olduğunu araşdırdığımda, Almaniyada yaşayan şair və yazar dostum  Orhan  Arasa müraciət etməli oldum və ondan aldığım bilgiylə bu gözəl şeir nümunəsinin Kemalletin Kamuya  məxsus olduğu anlaşıldı.Ki, mən bu şeiri 60-larda 70-lərdə çap olunmuş bir kitabdan xatırlayırdım.Və sonradan internet dünyasının geniş vüsət aldığı indiki zamanda, istər Kemalettin Kamu,istərsə də qürbət mövzusunda yazan bir çox şair və yazarın sənət nümunələrinə rast gəldim ki, onlar həqiqi anlamda fantastik ədəbi nümunələr idi.
Bizim ədəbiyyatımızda qürbət mövzusu adətən mühacir ədəbiyyat kimi tanınıb mən bilən. İrəlidə mən bu Qürbət ədəbiyyatı məsələsinə toxunacam keçici olaraq,amma şair Elçin İsgəndərzadə yaradıcılığında bu məsələ böyük bir etap olduğundan, bu barədə daha geniş yazmağa ehtiyac duyuram.Bu baxımdan bu məsələni açıq saxlayaq.
 
 
 
ONLAR NƏ DEDİLƏR:
 
YAVUZ BÜLENT BAKİLƏR
   
...Bir şair, içerisinde yaşadığı cemiyetin ictimai sarsıntılarına,acılarına,ümidlerine,inanclarına...nasıl kayıtsız kala bilir.Elçin İskenderzade de Dağlık Karabağın kaybı karşısında büyük acısını 4+4 vezinli bir ağıtla güzel ortaya koyur:
Keten köynek qırçın-qırçın
Ora Şuşa,bura Laçin
Vuruldum bir savaşta men
Yaramı sarıyın açın
 
Şuşanın dağları uca
Laçının dağları koca
Deli gönlüm havalanıp
Yeni ana yurda uça
 
Ulu yurdum sen ağlama
Ağ saça qara bağlama
Ne şehidim,ne qaziyem
Ölmemişem yas saklama.
Bu şiirde Elçin İsgenderzade, bütün Azerbaycan gencliginin ve ordusunun idealini ortaya koyur ki,bizim için mükemmel bir idealdir. Bu ideal Azerbaycanın bağımsızlığı və bütünlügü anlamındadır. Mithat Cemal Kuntayın belirttigi gibi:
“Bayrakları bayrak yapan üstündeki kandır
Toprak eger uğurunda ölen varsa vatandır.”
Ven bu şiirlere  Azerbaycanın bugünü ve gelecegi açısından baktım. Çünki Fransız roman yazarı H.de Balzas çok doğru bir tespitle diyor ki, “Millet, Edebiyatı olan bir topluluqtur.” Edebiyatın temel malzemesi dildir.Eger bir edebiyatçı kendi milletinin ana meselelerini güzel,doğru,anlaşılır bir dille ortaya koymuyorsa,genc nesiilleri milli ülküler etrafında birleştirmiyorsa vebalde demektir. Elçin İskenderzade,böyle bir vebali taşımayan şair. Ayağı yerə sağlam basan bir şair. Azerbaycan türkcesini güzel kullanan və şiirin anlatılmaz sihrinden, gücünden istifade ederek azerbaycan bayrağını hep yükseklerde dalqalandırmak isteyen bir idealist.Onun şiirlerini okyunca Azerbaycan topraklarının kaybına derin bir üzüntü duyuyoruz
 
Ölsem mezarımı Şuşada kazın
Baş taşıma bir Fuzili misrası yazın
Tophanada armut ağacından
Üç renkli bayraq açın
 
Bana göre Azerbaycan toprakları kurtulana kadar Azerbaycan bütünlügü sağlanana kadar Azerbaycanda her şair,eli kalem tutan her edip, Azerbaycan halkını və gelecegini böyle şiirlerle büyük ve hür Azerbaycan ideali etrafında toplamaya çalışmalıdır.
Elçin İsgenderzade şiirine sevgi ve alkış!
 

[email protected]
tofigabdin.com

 

 





05.08.2013    çap et  çap et