[email protected]
tofigabdin.com
Eldar Ryazanov bu yaşında da ( keçənlərdə onun 85 yaşı tamam oldu) əlini əlinin üstünə qoyub oturmayıb – əksinə, qəhrəmanlarından biri olan Detoçkinin ( “Avtomobildən qorunun” filminin baş qəhrəmanı) abidəsinin açılışına gedib. “Bilirsiz, indi mən Moskvadan kənara nadir hallarda çıxıram, – rejissor etiraf edir, – hər halda, artıq yaş o yaş deyil.Ancaq bu hadisə də adi bir hadisə deyildi.”-deyib.
Bu səfərdən qayıdandan sonra Eldar Aleksandroviç özünü normal göstərməyə çalışsa da çox yorğun görürdü.Səfər yorğunluğu onun üz-gözündən açıq-aydın oxunurdu.Və dərhal da Moskva ətrafındakı bağına istirahətə yollanıb. Dostları onun bu yuvarlaq olan yubileyini,dediyimiz kimi 85 yaşını qeyd eləmək istəsələr də, o : mən çoxdan təxmini tarixləri qeyd etmirəm,- deyib.Müsahibə məsələsinə gələndə isə onun necə razılaşdığı hətta həyat yoldaşı Emma Abaydulinanı da təəccübləndirib. Yeri gəlmişkən, bir qədər əvvəl Eldar Aleksandroviç “Komsomolskaya pravda” qəzetindən bir xanımla da görüşməyə nəhayət razılıq verib.
“UZUN ZAMAN KİNOPROSESDƏN KƏNARDA QALMIŞAM”
–Jurnalistlərlə son illər olduqca könülsüz danışıram, – Eldar Ryazanov yorğun halda deyir. İş burasındadı ki, heç küsüb eləməmişəm də onlardan.Sadəcə... Məsələlər artıq 20 ildi ki, eynidi. Sizin qardaşınız da məndən küsür ki, mən onu yeni kitabımda “Komediyanın qəmgin üzü” kimi təqdim etmişəm.Təbii bu onun öz işidi.Mən bunu qəsdən və acıq üçün yazmamışam. Mən bu kitabı bütün ömrüm boyu yazmışam.Orda hər şey var: özüm haqqında var, aktyorlar haqqında var, filmlərim haqqında var.Mən heç nə əlavə edə bilmərəm.
–KİTABIN SONUNCU NƏŞRİ 2010-CU İLDƏ ÇIXIB.
–Doğrudur. Bu nəşrdə ikinci bir sərlövhə də əlavə olunub : “ Nəhayət son nəticə”. Mən artıq yaşlaşmışam, bu yaşlanmanın qəribə məziyyətləri də var.Zaman qeyri-adi bir sürətlə uçur – həyatımızda böyük hadisələr baş vermir. Baxıram ki,bu son iki ildə nə baş verib?
Uzun müddət xəstə olmuşam və əməliyyatlar keçirmişəm. Aylarla xəstəxanalarda yatmışam... Elə düşünməyin ki, mən şikayət edirəm, kimdənsə gileylənirəm. Sadəcə özüm-özümə hesabat verirəm, olanı deyirəm.Artıq dincəlmək lazımdı.Mən daha heç nə çəkməyəcəm.Kitablar da yazmayacam və yaradıcılıq gecələri də keçirən deyiləm.Doğrudur, mən bütün düşündüklərimi çəkə bilməmişəm.Artıq həyata keçirə biləmədyim fikirləri tamamlamaq üçün məndə güc qalmayıb.Kino- cavanların işidi,enerji onlarda, güc onlarda və ən başlıcası onlar kinoprosesin içindədilər. Mən isə ora haçandı uzaqdan baxıram.
“KARNAVAL GECƏSİ- 2” FİLMİ ÜÇÜN UTANMIRAM
– Çox zaman sizin yeni işlərinizi 1990-2000-ci illərdə çəkdiyiniz filmlərlə müqayisə edirlər və həmişə də əski fimlərinizə daha çox üstünlük verirlər.
– Əlbttə “Karnaval gecəsi –2” filmini daha yaxşı çəkmək olardı.Amma nəzərə alın ki, o film fantastik bir təsadüfün nəticəsidi. Mən bir dəfə də demişəm ki, bu məsələni Konstantin Ernest mənə necə təklif edib. Bu da onda oldu ki, biz birinci filmin yaranmasının 50 illiyini qeyd edirdik.O təklif etdi ki, əvvəlcə pavilyonu quraq,bu pavilyon eynən mənim debyüt filmimdəki kimi olsun.Sonra artıq mən özüm ona təklif etdim ki, o zaman yeni aktyorlarla bu işə girişək,ancaq müasirliyi də unutmayaq.Çəkilişlə filmin birinci kanalda primyerası arasında üç ay çəkdi. Mən kimsəni günahlandırmaq fikrində deyiləm, mən özüm demişdim ki, bu qısa vaxt ərzində çəkim filmi.Son nəticədə bunu da deyim ki, bu çəkilişlər, filmin yaranması mənim ən ağır günlərimə düşdü. Mən çox xəstə idim.Fiziki özümü çox pis hiss edirdim.Bu da məlumdu ki, çoxları bu filmi çox neqativ qarşıladılar.Ancaq həm də müsbət fikir də olanlar da tapıldı.Əlbəttə mən bu filmi heç də yaxşı filmlərim sırasına daxil etmək fikrində deyiləm. Ancaq bu əsər üçün də mən utanmıram,çünki o xaltura deyil,gərgin əməyin nəticəsində alınan bir əsərdir.İndiki vaxtda bizim televiziyalarda bu cür filmlər çox azdır.Bunu da unutmayaq.
–Son iki film “Andersen. Sevgisiz həyat” və “Yaşam musiqisi” komediya janrından çox uzaqdır.Bunu necə başa düşək ki,bir vaxtların ən gözəl komediya filmlərini çəkən Siz, bu yaşınızda özünüzə xas olmayan bir sahəyə keçdiniz?
– Şotland yazıçısı olan nağıl ustası Andresendən nəsə bir şey çəkmək mənim çoxdankı arzularımdan biriydi. 2000-ci ilin əvvəllərində artıq bu istəyimdən vaz keçməli oldum.Artıq mən ciddi surətdə fikirləşdim ki, mənim son filmim “Yatağ otağının açarı” olacaq.Elə bu ərəfədə məni Putinlə görüşə çağırdılar.Və o görüşün sonunda mənim yaradıcılıq planımdan söz saldı.O vaxtlarda mənim heç bir ciddi yaradıcılıq planım- zadım yox idi, amma bunu etiraf etməyi də çətinlik çəkdim. Və mən Andersen haqqında film çəkmək istərdim,- dedim. Putin kömək edəcəyinə söz verdi.Beləcə təkər fırlandı. Həqiqətə qalsa Andersen təmiz bir təsadüfün nəticəsi idi. Təbii ki, xoşbəxt bir təsadüfdü bu.
–İNDİ SİZİN HEÇ BİR PLANINIZ YOXDUR?
– Niyə ki? Ölmək planım var. Mənim bu sözlərimi faciələşdirmək lazım deyil, mən çox sakticə deyirəm bunu və hes bir qorxum olmadan.
–BƏS O TƏSADÜFÜ GÖRÜŞÜN NƏTİCƏSİ HARDA QALDI?
PREZİDENTLƏ GÖRÜŞ BİR DƏ TƏKRAR OLUNSA VƏ ANDERSEN MƏSƏLƏSİ ORTAYA GƏLSƏ...
– Lazım deyil,mən sizi başa düşdüm, sözünüzü ona görə kəsirəm.Mən vicdanla deyərdim ki, həqiqətən heç bir planım yoxdur. İstədiyimi eləmək gücündə deyiləm.Baxın çox çətindi, çətin yox dəhşətdi, dostların bir- bir getdiyini yaşamaq çox çətindi. Çoxları artıq yoxdu: Emil Braqinsiki yoxdu.Nina Skuybina ( rejissorun ikinci həyat yolddaşı ), Mişa Matusovski yoxdu....Artıq insan özünü qorxuducu tənhalıqda hiss edir.
– AXI İNDİ DƏ SEVİMLİ HƏYAT YOLDAŞINIZ EMMA VAR YANINIZDA.
– Doğrudu. Demək olar ki, mən indi yalnız onun hesabına yaşayıram. Emma ən çətin anlarımda belə təsəlli verici bir şeylər tapır. Mən bir az qaraqabaq və tez qüssələnən insanam.Kitabımını son fəslində Emma ilə özüm haqqında belə bir fraza var: “Biz yorulmuş atlar kimiyik,birimiz başımızı o birimizin xamutuna söykəyirik.”. Mən bu sözlərə artıq heç nə əlavə eləmək istəməzdim.O mənə tez-tez deyir: “Sən məndən bərk yapış.” Elə də eləyirəm.
BİR AZ İRƏLİ GETSƏK (İLK MƏNBƏDƏN)
GƏNCLİK İLLƏRİNDƏ ELDAR RYAZANOV EVİN BÜTÜN QAYĞILARINI ÖZ ÜZƏRİNƏ GÖTÜRÜRMÜŞ.
1950-ci ildə Eldar Ryazanov Kinematoqrafiya İnstitunu əla qiymətlərlə bitirir. İndinin özünə qədər də böyük rejissorun sənədləri İnstitutun arxivində qalmaqdadı.Bu sənədlə tanış olanda baxırsan ki, elə bir fövqəladə bir şey yoxdur :bir dəfə də olsun milisə çağırılmayıb, məsələn Vasili Şukşin kimi,iş barədə də heç bir töhməti-zadı yoxdu, aktrisa Ekatrina Vasilyeva kimi.Tər-təmiz bir bioqrafiya.
Amma yox bir iki şeylər gözə dəyir :
Birinci sənəd: Təhsil üçün verilən pulun bağışlanılması haqqında İnsititutun direktoruna yazdığı ərizə.Orda qeyd olunur: Ailə vəziyyətim ağırdı. Mən atamın hesabına oxuyurdum,o üç aydı ki xəstəxanada yatır, vərəm xəstəliyindən müalicə olunur.Anam avtomobil qəzasına düşüb qabırğalarını sındırıb. Kiçik qardaşım da skarlatin xəstəliyinə tutulub.Ona görə də bütün ailə mənə baxır.Bütün bunlara görə mən təhsil haqqını ödəyə bilmirəm.”.
Budur baxın, Eldar Ryazanov gənclik illərində çox məşəqqətli bir həyat yaşayıb. Və bu həyat onu daha da mübariz edib.
İkinci sənəd: – Usta rejissor Ryazanovun UİDKİ-nun prorektouna ərizəsidir.Ərizə 2005-ci ildə yazılıb.Ryazanov həmin müddət Moskva şəhər Meriyasında sənət üzrə işlədiyi vaxtlara təsadüf edir.Ordakı məmurlar və bürokrat-süründürməçilər ondan diplom tələb edirlər.Tələb olunan diplom onun rejissor olduğunu təsdiq etməliydi.
“Düşünün ki, 50 il ərzində, o illər ki, hər şey çox təlatümlü keçirdi, mən bir yerdə – “Mosfilm”də işləmişəm və bu müddət ərzində Allah bilir ki, mənim diplomum haralarda isti-isti mürgüləyib.İndi hardan tapaq onu.Yəqin ki, yoxa çıxıb.- yazır Eldar Ryazanov.- Belə çıxır ki, mənim bu vaxta qədər çəkdiyim filmlər heç də mənim quruluşçu-rejissor olduğumu təsdiq edən sənəd deyilmiş. Ona görə də sizdən xahiş edirəm ki, mənim diplomumun tapılmasında mənə kömək edəsiniz.Ya da diplomun əvəzedicisini mənə təmin edəsiniz.Yalnız bunu xatırlayıram ki, mən əlli il qabaq müdafiə etmişəm.Əgər yaddaşım məni aldatmırsa, fərqlənmə diplomu almışam, özü də Dövlət Komissiyanın sədri “Çapayev” filminin yaradıcısı S.D.Vasiyev idi”.
Anastasiya Pleşkovadan çeviri.
çap et