525.Az

“İllər boyu ağlatdığın bu qadın...”- YÜZ GÖZƏL SEVGİ ŞEİRİ


 

PƏRVİNin təqdimatında

“İllər boyu ağlatdığın bu qadın...”- <b style="color:red"> YÜZ GÖZƏL SEVGİ ŞEİRİ</b>

Hərdən adama elə gəlir, həyatda mənası olan yeganə hadisə ölümdü. Çünki tək bircə ölüm insanın bu dünyada yaşadığı, yaxud yaşaya biləcəyi hər şeyi mənasız edir, adiləşdirir. Yəqin elə buna görə ölümü-sonu başqalarından daha artıq xəyal edən, mütəmadi bu haqda düşünən adam fərqli olur, seçilir çoxlarından. Sevdiklərinə başqa cür baxır, yadlara da... Bəzən bədbin olur, amma çox vaxt güzəştlə, mülayim, yumşaq davranır insanlarla. Çünki əgər ölüm qaçılmazdısa, ona çarə yoxdusa...

Məncə, o qadın üçün, qara paltarlı gözəl xanım üçün bütün zülmləri, əzabları, göz yaşlarını mənasız edən, yadından çıxaran məhz ölümdü... Ərini, həyat yoldaşını itirib bu qadın. Bu kişi ona cür edib yoldaşlığı, yaxşı ya pis ər olub, qayğısını çəkib, ya zülüm edib, fərqi?!  Ölümündən sonra mənası bütün bunların? İndi başdaşını öpüb sığallamaqdan savayı hər hansıünsiyyətmümkünsüzdüsə, quru nəfəsi belə yoxdusa, ürəyirəməl olsa, döyünmürsə, bütün o acı xatirələri, stola çırpılan yumruqları, lap elə xəyanətləri, iztirabları düşünməyin mənası? Yəqin, indi heç ərinin qəbrində qurcalanıb özünü günahkarbilməyinin elə bir fərqi yoxdu bu qadından ötrü...   

Ramiz RövşəninQara paltarlı qadınşeiri çoxlarınınavtobioqrafiyasını əks etdirir. Şeirdəki səmimiyyət, orijinallıq, poetiklik, söz oyunları, təzadlar misradan-misraya heyrətləndirir insanı... Lakin bu əsərin uzun illərdi ki aktual,  populyar olmasının (hətta bəzən toylarda səslənməsinin) səbəbi təkcə sadaladığım üstünlüklər, yaxud sadəcə Ramiz Rövşən qələmindən çıxması deyil. Məncə, Ramiz Rövşən əksəriyyətin  müşahidə elədiyini, hər kəsin valideynlərinin, qonşusunun, qohumunun, bacısının, qardaşının... özünün (!) həyatında gördüyühadisəni yazıb, sadəcə özünəməxsus yazıb... Ona görə bu şeir illərdi ki qadınların ürəyindən tikan çıxardır, nənələri ağladır, kişiləri peşman edir, cavanları düşündürür... Ona görə! qədər kədərli olsa da, belədi! Şeirdə Şərq ailəsinin kiçik bir modeli, ordakı münasibətlər verilib. Kişi illər boyu dərd verir, ağladır, diqqət, qayğı, nəvaziş göstərmir, saçını oxşamır, gözünü silmir... Çünki min ildi formalaşan məntiqsiz, dayaz birqanunvar: kişi öz hisslərini biruzə verməz, emosionallıqdan uzaq olar, əzizləməz qadınını... qədər kötəkləsə, bir o qədər yaxşıdı. Təki dostları məclisdə tərifləsin, desin əsl kişisən! Ən qəribəsi isə budu ki, Ramiz Rövşən demiş, öləndə gözlərini bağlayan o dost olur, qardaş... Ən çox ağlayan isə ən çox ağlatdığı qadın olur!  

İlk baxışdan məhz bu qanunlarla yaşayan kişinin gecikmiş, ya son üzrxahlığı kimi səslənirQara paltarlı qadınşeiri... Amma burda kişinin üzrxahlığından daha çox qadının duyğuları düşündürür adamı. Şeiri tərsinə çevirəndə kişinin etiraflarından xanımın hisslərini oxumaq olur... Qadın niyə gəlir bu qəbrin üstünə? Axı ölüb gedəndən sonra kəbin kağızı məsuliyyəti, ailə öhdəçiliyi, xanım kimi borcu qalıb... Gəlirsə, deməli bütün zülümlərə baxmayaraq, sevirmiş bu sevgi bütün incikliklərdən, umu-küsüdən, göz yaşlarından üstün imiş...  Ölüm mənasızlaşdırıb bütün keçmiş əzabları! Ona görə söyür, yumruğuyla döyür o qəbri...

Bir anlıq adama elə gəlir ki, kişi başını qaldırıbniyə çəkirsən dərdimi?” soruşsa, qadın heç düşünmədən Sevirdim səni! – deyəcək, sonra da əlavə edəcək: “İNDİ SEVİRƏM!”



Ramiz
Rövşən: “...görən niyə çəkir dərdimi?”


Kişilər
bir olmur atam balası

Qorxağı var, igidi var,

Amma hər kişinin öləndən sonra

Qəbri üstdə ağlayası

Bir qara paltarlı gözəl qadına ümidi var.

Sən öləndə kim olacaq gözlərini bağlayan?

Qardaşmı olacaq, yadmı olacaq?

Bu dunyada bəlkə sənə ən çox ağlayan,

Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını

Qəbrində qurcalanıb, deyəcəksən, ilahi

İllər boyu ağlatdığım bu qadın

Görən necə saxlayıb bu qədər göz yaşını?!

Bircə kərə saçını oxşamışam,

gözünü silmişəm.

Gözlərimə batır indi saçlarının hər dəni,

İllər boyu bu qadına mən axı dərd vermişəm

İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,

Yumruğuyla döysə, döysə yaxşıdı.

Qəbrimin üstündə ağlamaqdansa,

Məni söysə yaxşıdı.

Yeri, yeri, qara paltarlı qadın,

Kiri, kiri, qara paltarlı qadın.

Bu qəbir min qəbirdən biridir.

Baş daşımı bəsdi basdın bağrına,

Bütün mənə ağlayanlar kiridi,

Sən kiri, qəbrim damır, ağlama...

 



 





23.12.2013    çap et  çap et