525.Az

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur


 

Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur<b style="color:red"></b>

Şəxsiyyət anlayışı barədə  

(Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti göstərən R.A.-ya)

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Antonin kimi mənim üçün şəhər vətən Romadır, bir insan kimi isə - dünyadır.

Mark Avreli

 

Karlik təbiətlilər belə mühitdə asanlıqla monstrlara çevrilirlər. Onlar əslində insanlıq aləmindəki xərçənglərə bənzəyirlər, irəli getmək əvəzinə, ardıcıl olaraq qaranlığa doğru geriyə hərəkət edirlər. Qazandıqları həyat təcrübəsindən öz mənəvi eybəcərliklərini gücləndirmək üçün istifadə edirlər, öz pozulmalarını nifrətdən xəbər verən əlçatmaz bir zirvəyə çatdırmaq istəyirlər. Axı iyrənclik tənəsi onların şöhrətinə xələl gətirərdi, yalnız zirvə onlar haqqında lazımi təsəvvür yarada bilər. Cəmiyyətdə haqsızlıqlar daim mövcud olmuşdur, plebeylər patritsi qiyafəsində, qorxaqlar qəhrəmanlıq haləsində olduqda, özlərinin əvəzedilməz olduqları qənaətinə gəlirlər.

Böyük rus yazıçısı L.N.Tolstoy insanın özü barəsindəki qeyri-məhdud rəyini, özünəvurğunluğunu qamçılamaq üçün qəribə bir metaforadan istifadə etmişdir. İnsan ruhunun böyük tədqiqatçısı kimi, o, bəşər övladını riyazi kəsirə bənzədir, kəsirin surəti onun daxili aləmini, məxrəci isə özü haqqındakı rəyini bildirir. Surət böyüyəndə kəsirin qiyməti artır. Kəsirin məxrəci böyüdükcə, onun qiyməti azalır, bu böyümə hədsiz olduqda kəsirin qiyməti sıfıra yaxınlaşır. Həqiqətən, insan da belədir. Zənginlikdən xali daxili aləmə malik olanların özləri haqqındakı yüksək, izafi rəyi onların varlığının ictimai dəyərini az qala heçə endirir. Ona görə özü barədə yüksək fikirdə olanlar, buna təbliğat ruporu da əlavə olunsa, ictimai rəydə hökmən uduzmağa məruz qalırlar, can atdığı, daim gözlədiyi məhəbbət hisslərinin əvəzinə hətta nifrətlə mükafatlanmağa yaxınlaşırlar, bir şəxsiyyət kimi mənəvi iflasa uğrayırlar.

Şəxsiyyətin quruluşuna gəldikdə, bu anlayışın özü, fərd fərdiyyətçilik anlayışlarından xeyli genişdir. Şəxsiyyət adamın sosiallaşması, dünya ilə qarşılıqlı əlaqə prosesində formalaşmasıdır. Fərd isə ancaq genetik cəhətcə şərtlənən xüsusiyyətlərin daşıyıcısıdır. Yalnız sosial, mədəni, tarixi təcrübəni mənimsəmək prosesində insan şəxsiyyətə çevrilir.

Şəxsiyyətin psixiki strukturasına onun xüsusiyyətləri adlandırılan bütün fərdi özünəməxsusluqlar daxildir. İnsan üçün irrasional instinktlər üzərində nəzarət zərurəti yaranır. Belə nəzarəti icra etməyi bacarmayan, pis instinktlərə əsir olanlar heç vaxt şəxsiyyət səviyyəsinə yüksələ bilmirlər. Şüurlu fəallığın daimi səviyyəsi isə fərdi qıcıqlaşdırıcıların təsirinə daha yaxşı uyğunlaşmağı təmin edir.

İnsanın daxili aləmini tədqiq edən fəlsəfə o vaxt həqiqətən bu adı daşımağa layiq olur ki, onun köməyi ilə insanözü özünə”, şəxsi həyatındakı fəaliyyətinin formalarına, mənəvi dünyasına, onun zaman məkanla bağlı olmasına, əzablarla, uğursuzluqlarla, sevinc xoşbəxtliklərlə dolu olmasına diqqət verməklə, özünü, heç bir güzəştə getmədən təhlil edir.

Fəlsəfə - fikrin mikroskopudur. Özünün satılmayan baxışı ilə şəri təqib edir onun izsiz yox olmasına yol vermir.

Fəlsəfəyə gəldikdə, elə cərəyanlar mövcuddur ki, onlar nəhayətsizliyi, günəşi inkar edirlər. Fəlsəfə təsirli, kəsərli olmalıdır. Onun səyi məqsədi insanın kamilləşməsi olmalıdır.

Fəlsəfə həqiqəti etiraf etməlidir, onu təkzib etmək yollarını aramalıdır. Əgər ideal olan, nümunə simvoludursa, təəssüf ki, elə alçaq ruhlu adamlar vardır ki, onlar həzzi mənəvi prinsipə çevirirlər, iyrənc maddi nemətlərə vurulurlar. Bəzən cəmiyyətlərdə pozğunluq yayan xüsusiyyətlər vulkanın ağzından çıxan lava axını kimi onun bütün məsamələrinə yayılır.

İnsan ali məxluq olub, əmək qabiliyyəti ilə heyvanlardan fərqlənir. Bununsa nəticəsi nemətlər yaratmaqdır. Bu nemətlər isə tələbatları ödəmək üçün istifadə edilir.

İnsanın həyatı fəaliyyəti sosial faktorun aparıcı rolu şəraitində bioloji sosial faktorların birliyi qarşılıqlı təsiri ilə şərtlənir. Çünki təfəkkür, nitq digərləri adamlara bioloji irs şəklində çatdırılmır, bütün ömür boyu ərzində formalaşır. İnsan başqaları ilə birgə fəaliyyət ünsiyyət nəticəsində şəxsiyyətə çevrilir. İnsan öz fəaliyyətinə girdiyi ünsiyyətə davranışının mühüm orientirlərini daxil edir, hər şeydə onun etdiyini yoxlayır. Şəxsiyyətin özəyi, dəyər - dünyagörüş istiqamətləri kimi çıxış edir, bunlar isə fərdin tərbiyə edilməsi həyat təcrübəsi prosesində meydana gəlir. O, müxtəlif alternativlər imkanlar arasında şüurlu surətdə seçim edir. Bunun hesabına insan öz şəxsiyyətinin istiqamətini müəyyən edən müvafiq şərtlərdən yuxarı qalxmağa öz hərəkətlərinin xarakterini dəyişdirməyə qadir olur.

Şəxsiyyət həm açıq şüurlu fəaliyyət subyekti kimi insanın sosial təbiətini əks etdirmək üçün irəli sürülən anlayışdır. İnsan bəşər nəslinin nümayəndəsi (Homo sapienc) olmaqla, cəmiyyətin bir hissəsi kimi fərddir. Fərd bir orqanizm kimi insanı ümumi xüsusiyyətləri vasitəsilə ifadə edir. Şəxsiyyət kimi isə insan öz daxilindəki sosial arakəsmələrin öhdəsindən gəlməyi bacarır.

Çox vaxt ələ keçirdiyi sosial yüksəkliyə, tutduğu vəzifəyə görə adamlara əlçatmazlıq qiyafəsi geyindirilir, onlar bütləşdirilirlər. Təəssüf ki, bəzən mühit, ətrafdakıların az qala sitayişə bənzər münasibəti zülmkarları belə layiq olmadıqları səviyyəyə qaldırır. Tarixdə elə səfeh adətlər mövcud olmuşdur ki, xalqlar öz igidliyini kralların adına yazmış, saysız-hesabsız qüsur sahibi olanları az qala bütə çevirmişlər. Avropada ardı-arası kəsilməyən müharibələr gedəndə, daim vuruşan xalqın özü olsa da qələbə şərəfi krala çatırdı. Xalqın vergi şəklində ödədiyi pulu kral istədiyi kimi xərcləyirdi. Xalqa da elə bil ki, kralın varlı olması, dəbdəbəsi xoş gəlirdi. Xalqa qəpik qaytarılanda kral əliaçıq hesab edilirdi. Elə bil ki, piqmeylərdən düzəldilən pyedestal üzərində kolossun qaməti ucalırdı. Bədbəxtlikdən, həm karlikin xalq adlanan nəhəngdən yüksək olmaq imkanı meydana gəlir, bunun üçün o, yalnız nəhəngin çiyinləri üzərinə dırmaşmalıdır. Qəribəsi odur ki, həmin nəhəng nəinki bununla razılaşır, hətta karlikin əzəmətindən vəcdə gəlir. etmək olar, adamlar olduqca sadəlövh olurlar hətta acı taleləri ilə barışırlar.

Bəzi hakimiyyət həvəskarları öz məqsədlərinə çatmaq üçün hər şeyə, hər cür əclaflığa belə əl atmağa hazırdır. Şekspir belələrini özününIII Riçardpyesindəki kral III Riçard obrazında ifşa edir: “Taxt-tac üçün niyə andını pozmayasan? Bir gün hökmranlıq etmək üçün mən onların yüzünü pozaram”. Belələri iezuitlərinməqsəd vasitələrə haqq qazandırırkredosundan istifadə etməyə üstünlük verirlər. Terrorun görkəmli təbliğatçısı S.Q.Neçayev deyirdi ki, “inqilabın zəfərinə kömək edən hər şey əxlaqi hesab edilməlidir”. Pozulmuş cəmiyyətlərdə yalançı qəhrəmanlar, saxta dahilər çox asanlıqla meydana gəlir mikroorqanizmlər, amyoblar kimi çoxalırlar. Cəmiyyətin tələbləri aşağı düşdükcə, ümumən zövqlər korlanmağa üz tutur.

A.S.QriboyedovunAğıldan bəlapyesində Skalozub deyirdi ki, “Mən feldfebelə Volter adını verərəm”. Böyük filosofla kapralı ayırd edə bilməyən cəmiyyətlərdə dəyərlərin baş-ayaq olması heç təəccüblü deyildir. Həqiqi dahilər isə az qala cahil hesab edilməyə başlayır. Rusiya sinodunun ober-prokuroru K.P.Pobedonostsev irticaya xidmət naminə dahi yazıçı L.N.Tolstoyu az qala təqib etmək istəyirdi.

Avropada atlı heykəl monarxiyanın simvolu kimi yalnız krallara qoyulurdu. At, əslində belində ağır yükü daşıdığına görə, xalq demək idi. Lakin bu at da tədricən öz şəklini dəyişir, bəzən kiçilir , axırda isə şirə çevrilir. Bu vaxt gözlənilməz hadisə baş verir, o atlını belindən atır. Şir atlını udur. Tarixə müraciət etsək, bunu 1649-cu il İngiltərəsində, 1793- il Fransasında, 1917-ci il Rusiyasında görə bilərik.

Bəzən mürgüləmiş xalq belə çiynində gəzdirdiyinin buna layiq olmadığını anlamağa başladıqda, hansısa sirrli təkanın təsiri ilə oyanır, ona yük heyvanı kimi baxanı nəinki öz üzərindən atır, hətta onun cəzasını vermək fikrinə düşür.

Şəxsiyyətin atributlarına iradə, sərbəstlik, zəka hisslər daxildir. İradə fəaliyyətin məqsədində daxili cəhdlərdə seçim etmək xüsusiyyəti bacarığıdır, bunlar isə onun icra edilməsi üçün vacibdir. İradə hansısa fiziki ya emosional fəaliyyət deyildir həm həmişə heç insanın sosial fəaliyyəti deyildir. Lakin elə fəaliyyətdir ki, o, həmişə əxlaq prinsiplərini şəxsiyyət normalarını əks etdirir. İradə (hüquq) şəxsin öz hərəkətlərinə rəhbərlik etmək bacarığıdır.

Hər bir şəxsiyyət hisslərə malik olmaqla yanaşı, onları cilovlamağı da bacarmalıdır. Səbirsiz, ehtiyatsız adam birinci növbədə özünə zərbə vurmuş olur. Viktor Hüqo özündən tez çıxan belələrini, bişiriləndə südün köpməsinə, daşmasına bənzədir. Süd köpəndə bircə damcı soyuq su onun köpünü yatırdır. Fransız dilində idioma kimis`emporter comme une soupe au laitifadəsi hərfi qaydadasüd şorbası kimi qızışanmənasını versə , “tündməcazlıqkimi işlədilir. Dildən gələn bu ifadəyə böyük fransız yazıçısı belə izah vermişdir.

Şəxsiyyət düşdüyü şəraitdən asılı olmayaraq özünəməxsus ləyaqətini daim qoruyub saxlamalıdır. Onun bəşəri dəyərlərə münasibəti belə anlarda sınağa çəkilsə , öz möhkəmliyini qoruyub saxlamalıdır. XIII əsrdə yaşayıb yaratmış böyük Şərq şairi Cəlaləddin Rumi şəxsiyyət məsələsində güzəştə getməməklə, oriyentirləri qələmə alır: “Şəfqət mərhəmətdə Günəş kimi ol! Sadəlikdə yardım etmədə axar su kimi ol! Başqalarının qüsurunu örtməkdə gecə kimi ol! Ya göründüyün kimi ol, ya olduğun kimi görün”. Həqiqətən , şəxsiyyət heç vaxt maskaya ehtiyac duymamalıdır, baxmayaraq ki, latın dilindəpersonasözü həmmaska”, “teatr rolu”, həm şəxsiyyət”, “şəxsmənasını verir, ancaqşəxsiyyətsözünün mahiyyətində maska ilə heç bir əlaqə yoxdur.

İnsanlara zülm etmək, onları bədbəxtliklərə düçar etmək heç sağlam iradədən xəbər vermir. İradə mənfur qərarlar verməyə, həyatda cəhənnəm əzablarını bərqərar etməyə xidmət etməməlidir, belə iradə yalnız bəla simvolu ola bilər. İradə əməldə düşüncədə irrasional cəhətlərdən kənarda dayanmalıdır. İnsan şəxsiyyət kimi özünü, yalnız iradəsini sərbəst ifadə etmək yolu ilə təsdiq edə bilər.

 Atributlardan digəri olan sərbəstlik hadisənin mümkün sonu variantlarını seçmək imkanıdır. İradə sərbəstliyi isə insan üzərinə məsuliyyət qoyur. Zəka yeni ideyalar meydana gətirən sintez edilmiş yaradıcı fəaliyyətin əsasıdır. Hiss isə, açıq gerçəkliyə öz münasibətini aşılamaqdır.

Şəxsiyyətin sabit komponentləri toplusuna temperament, xarakter, motivasiya daxildir. Temperament psixikanın xüsusiyyətidir. Xarakter isə insanın tipik davranışıdır. Motivasiya insan davranışını idarə edən planın dinamik prosesidir, bu onun istiqamətini, təşkilatlanmasını, fəallığını dayanıqlığını müəyyən edir. Şəxsiyyətin motivasiya özəyi hər bir adam üçün müəyyən edilmişdir dayanıqlığı ilə xarakterizə olunur.

(Ardı gələn şənbə sayımızda)

 





21.10.2012    çap et  çap et