525.Az

Şəmil Sadıq və Odərlər


 

Şəmil Sadıq və Odərlər <b style="color:red"></b>

Türkiyədə,  kifayət qədər olmasa da, Azərbaycan musiqisi şeiri bilinir, amma Azərbaycan romanı hekayəçiliyi az bilinməkdədir. Təəssüf ki, türk oxucusu İsa Muğannadan, Fərman Kərimzadədən, İsmayıl Şıxlıdan bixəbərdir. Halbuki Azərbaycan yazıçıları romanları, ssenariləriylə Sovetlər Birliyi dönəmində Azərbaycandan kənarda digər ölkələrdə böyük rəğbətlə oxunur mükafatlar alırdılar. Yuxarıda adlarını andığım üç yazıçıdan İsa Muğanna o dönəmdəki bəzi Sovet ədəbi mühiti tərəfindən dünyaca məşhur yazıcı Çingiz Aytmatovla müqayisə olunur pıçıltıyla bəzi ədəbi çevrələrdə Çingiz Aytmatovun onun təsiri altında yazdığı söylənilirdi. Onun əsərlərindəki təmiz dil, yetişkin dialoqlar, saf rəngli təsvirlər oxucular tərəfindən rəğbətlə qarşılanmış gənc yazıçıları uzun müddət təsiri altında saxlamışdı.

 

 Azərbaycan 1991-ci ildə baxımsızlığına qovuşar-qovuşmaz özünü acılı bir savaşın qarışıq bir keçid dövrünün içində gördü. İnsanlardakı bezmişlik, yorğunluq, yaralı ürəklər, bir milyonu aşmış savaş qurbanları, itirilmiş Vətən torpaqları ədalətsizliyə qarşı yüksələn üsyan istər-istəməz ədəbiyyatda da əksini tapdı. Kimi bu durumu şeirləriylə, kimi hekayə romanlarıyla dilə gətirdi. Amma bu əsərlər , təəssüf ki, türk oxucusu çevrəsindən uzaq qaldı. Türk oxucusu nəşriyyatları gözlərini bir dəfə qərbdən şərqə doğru çevirib o tərəfdə nələr baş verir deyə baxmadı. Amma onlar baxmır deyə şərqdə həyat ədəbiyyat  durmadı.Yaralar sarıldıqca,coşqular artdıqca Azərbaycanda həm düşüncə, həm ədəbiyyat yerli yerində oturmağa yeni məcralarla yoluna davam etməyə başladı.

 

İstədiyimiz kimi olmasa da, indi Türkiyədə yavaş-yavaş Azərbaycan ədəbiyyatından nümunələr çap olunmağa başlayıb. Son olaraq, önsözünü mərhum İsa Muğannanın yazdığı, gənc yazıçı Şəmil SadığınOdərlərkitabı İstanbulda “2023 Yayınlarıarasında çıxdı. “Odərlər romanı həm günümüzün, həm keçmişin hesabını aparan bir roman türkcə oxucusu üçün maraq yarada biləcək bir məzmuna sahibdir.

 

Jean FreteDəlilikadı ilə türkcəyə çevrilən əsərindəBöyük sənət hərəkatlarının ya əsərlərinin dərin ruhi toplumsal böhranlar dönəmində doğulduğunuyazmaqdadır.

 

Azərbaycan bu ruhi toplumsal böhran içərisində sonrasında bir-birindən usta şair romançılar yetişdirdi. Bunlardan biri gənc yazıçı Şəmil Sadıqdır. Şəmil Sadıq ustadı saydığı İsa Muğannadan dərin təsirlənsə , getdikcə öz üslubunu yaxalamağa başladı. OnunOdərlərisimli romanı Azərbaycan türkcəsində yeni bir söyləmə şəkli perspektiv təqdim etməsi baxımından önəmlidir. Romanı ilk oxumağa başladığınızda klassik xalq hekayəsinin dadını versə , oxuduqca fərqli bir söyləniş fərqli bir üslubla qarşı qarşıya olduğunuzu anlayırsınız. Cümlələr qısa vurucudur. Dialoqlar süni deyildir. Dil axıcı həyəcanlıdır. Uzun təsvirlər olmasa da bir cümlə içində verilən təsvir oxucuya geniş bir pəncərə açmağa nail olur:

 

Cırcıramalardan başqa kimsənin oyaq olmadığı bir gecə...”

 

ya

 

 Bir yanda mavi suları ilə insana gəl-gəl deyən Sərsəng su anbarı, digər tərəfdə sıra-sıra ağaclardan ibarət sonu görünməyən meşəkimi təsvirlər oxucunu bir anlıq dastan havasından ayırıb yeni bir səhnə təqdim edir.

 

Romanın quruluşu ustalıqla Qarabağ savaşı, günümüzün gerçəkliyi əfsanələrlə - içə keçirilmişdir. Əslindəat nalı toplayıcısıolaraq yola çıxan roman qəhrəmanı keçmiş türk tarixindən əfsanələrindən bir gerçəyə varmaq istəyir. Bu gerçəyə varma yolunda əngəllər olduqca çox, amma ona görə bu çətinlikləri aşmanın bir tək yolu vardır, o da türk tarixini fəlsəfəsini yaxşı başa düşməkdir. Milləti məğlubiyyətlərə uğradan, onu günümüzdəki acizliyə sövq edən bağrında saxladığı xəzinədən xəbərdar olmaması öz keçmişinin, dininin gələcəklərinin yorumunda yanlış mühakimələrə varmasıdır. Türk , İslam, Şərq kimi isim qavramlardan bəhs edildiyində gerçək yorum mühakimələr ortaya çıxdığında xalqın zəfəri elan edilmiş olacaqdır. Bu səbəblənal toplayıcısının məqsədi əslində naldan çox xalqın ürəyindəki gerçəktürkü tapmaqdır.

 

Bu gerçəktürksadəcə qəhrəmanlığı qurduğu imperatorluqlarıyla deyil, dili, dini fəlsəfəsiylə ortaya çıxmalıdır. Onun dininin bütün sirləri əslində dilində gizlənib. O sirləri ərəbcə deyimlər verə bilməməkdir. Məsəlçün,”yer haqqı”, “göy haqqı”, “işıq haqqı”, “Tanrı haqqıkimi qavramlar dərin bir ədalət paylaşma hüququndan bəhs etməkdədir. O biri yandan İslam öncəsi türk tarixi Odərdilindədir bütün dinlərin ortaq söyləmlərini yüzillər öncəsindən xəbər vermişdir. Türk təkrarOdərdilini anlamağa başladığında zehinsəl əskikliyi ortadan qalxmış olacaq öz yolunu tapacaqdır.

 

Şəmil Sadıq bir-birindən maraqlı fərqli mövzuları oxucunu yormadan romana köçürməyi  bacarıb. Günümüzün gəncliyinin problemləri ilə keçmiş insanların problemlərini yan-yana gətirmiş özünəxas üslubda güncəl bir qarşılaşdırma edib. Hər oxucunun bu fərqli  fikirlərdən özünə görə ayrı bir məna çıxaracağ şübhəsizdir. Hələ dinə baxışdakı fərqli söyləmlərlə qarşılaşıldığında diksinmə, etiraz da olacaqdır. Amma romanın üslubundakı istiqanlılıq axıcılıq o etirazları xoş görülü bir münasibətə doğru götürəcək. Zatən bir yazıçının məqsədi bilinəni təkrar etmək deyil, onu fərqli bir üslub fərqli bir mənada söyləməsidir. İnsanların inandıqları ya yüzdə yüz doğru sandıqları bəzi mövzuların müzakirəyə açılması hər dönəmdə çətin ağrılı olub. Amma mübahisələr sona çatdıqdan sonra bəzən bizi hiddətləndirən etirazın gerçəyin özü olduğunu da görmüş oluruq.

 

 Türklüklə, Turanla bağlı bütün yeni bizə kimlik qazandıran söyləmlər Şərqdən, yəni ana yurd Türküstandan gəlib. Latın əlifbasını ilk olaraq İstanbulda saraya təqdim edən Mirzə Fətəli Axundov, turan fikrini sistemləşdirən Əli bəy Hüseynzadə, Cümhuriyyətin quruluşuna möhür vuranlardan Əhməd Ağaoğlu, Yusuf Akçura kimi aydınlar bizə Türküstandan gəldilər.

 

Məncə, türk oxucusu üzünü bir dəfə başqa tərəfə, yəni öz qardaşlarının olduğu yönə çevirə bilsə, təkrar yepyeni fikirlərlə üz-üzə gələcək getdikcə itirilən kimliyi mövzusunda yeni mühakimələrə varacaqdır. Şəmil Sadıq kimi yazıçıların bu mövzudakı əsərlərdə öncül rollar oynayacaqları şübhəsizdir.
 





01.12.2014    çap et  çap et