525.Az

Sufi donu...


 

Sufi donu... <b style="color:red"></b>

 

Fəzilətdən rəzalətə

Bəşər tarixində paradoksal çox sərt, hətta qəddar bir qanunauyğunluq var: bir millət öz sərvətinin qədrini bilməyəndə, ağılla idarə etməyəndə, həmin sərvət onun bəlasına çevrilir. Buna nümunə kimi çağdaş dünyamızdan ərəb ölkələrini göstərmək bəsdi. Öz qara nefti ilə qara günə qalmış ərəblər barədə xüsusi danışmağa ehtiyac yoxdur, çünki istər İraqın, istərsə Liviyanın faciəsi göz qabağındadı.

 

Maddi sərvətə aid olan bu qanunauyğunluq, təbii ki, mənəvi sərvətə şamil edilir. Müharibələrdə uduzan ölkənin alimlərini, sənətkarlarını at döşündə sürgün edirdilər uzaq ellərə ki, onlar üçün yazıb-yaratsınlar. Dövrlər dəyişdi. İndi sənətkarlar şəraitinə, mühitinə görə başqa dövlətlərəuduzandoğma vətənlərindən yad ellərə üz tuturlar ki, ideyalarını həyata keçirib, yaradıcı şəxsiyyət kimi öz potensiallarını reallaşdıra bilsinlər. Əbu Turxan təsadüfən demir ki, “Var-dövlətHaqq yolunda xərclənəndə fəzilətə, əks halda rəzalətə vəsilə olur”.

 

Sərvətin bəlaya çevrilməsinin ən bariz nümunəsini İslam aləmində görmək mümkündür: elm texnikada ən nadir kəşfləri edən, ilk universiteti açan, ensiklopedik mütəfəkkirləri, filosofları ilə bütün dünyanın ideya mənbəyi, inkişaf təkanı olan İslam Şərqi bu gün yazıq durumdadı. Niyə? Çünki ən böyük sərvəti olan İslam dinini düzgün anlamadı, düzgün tətbiq etmədi, çünki malik olduğu fəlsəfi təfəkkürü düzgün istiqamətləndirmədi, maddi cah-cəlala uyub mənəvi sərvətini unutdu, var-dövləti fikir sahibindən, allimdən yüksək tutdu. Bunin nəticəsidir ki, bu gün amansızca ədalətsizcə terrorçu, geridəqalmış damğası vurulan İslamı ilk növbədə müsəlmanın özünün qəniminə çeviriblər.

 

Son illər Şərqin Qərbdən geri qalması, hətta təfəkkürlərinin bir-birinə zidd olması haqqında çox yazırlar. Yaranmış get-gedə dərinləşən qarşıdurmanın səbəblərini axtarırlar, çıxış yolları təklif edirlər, dini günahlandırıb, qloballaşmadan yapışırlar daha nələr. Bəlkə Qərb bu problemi özü üçün artıq həll edib artıq müəyyən addımlar da atır, ancaq Şərq təfəkkürü mücərrədliyə meylli olduğundan problemi hələ konkretləşdirib, həllini dəqiq göstərə bilmir.

 

Mən bu məqalədə təsəvvüf fəlsəfəsinin tədqiqi vasitəsilə Şərqin Qərbdən geri qalmasının heç cür onun yedəyindən xilas ola bilməməsinin sadəcə bir səbəbini göstərməyə çalışacağam. Bunun üçün Şərqdə Qərbdə bu istiqamətdə aparılan tədqiqatların qısa müqayisəsini verməklə, don vurmuş təfəkkürləri canlandırmaqdansa, əyninə sufi donu geyindirilmiş şablon yazıların sayının durmadan artması hallarının mənfi təsirlərindən bəhs edəcəyəm.

 

 

Təkrar zaman biliyin anası olur?  

 

Şərq ədəbiyyatında bir ənənə var: əhəmiyyətli, vacib bir həqiqət hər imkan düşən kimi təkrarlanır. Məsələn, Rəhman surəsindəRəbbinizin hansı nemətlərini yalan sayırsınız?” ayəsi 31 dəfə təkrarlanır, yaxudSiz bunu düşünmürsünüzmü?” sualı müxtəlif şəkildə bütün Qurani-Kərim boyu dəfələrlə verilir. Eyni üslub bədii əsərlərdə mövcuddur. Quranşünaslar, ədəbiyyatşünaslar buna müxtəlif səbəblər göstərə bilərlər. Birini mən deyim: elə həqiqətlər var ki, onları unutmaq olmaz, onlar daim şam kimi yanmalıdır ki, insanın düşüncəsi qaranlığa qərq olub azmasın. Təəssüf ki, insanın fitrətində elə bir unutqanlıq var ki, hətta bir əsərin əvvəlindən axırına çatana qədər əsas ideyanı, hikməti unuda bilir. İnsan unutqan olmasaydı, Allah-Təala ona dörd dəfə eyni niyyətli, ümumi prinsipləri təkrarlanan müqəddəs kitabları nazil eləməzdi, bu kitabları təbliğ eləməkinsanlara xatırlatmaq üçün 124 min peyğəmbər göndərməzdi. İnsan hər dəfə bu həqiqətləri ilk dəfə eşidirmiş kimi təəccüblənib, öz yalanlarını, cəfəngiyatını eyni kor inadla müdafiə edib, peyğəmbərlərini incidib, diyarından didərgin salıb. Hərdən adama elə gəlir ki, yalan nəsildən nəsilə ötürülə bilir zamana daha dayanıqlıdır, həqiqət isə zərifdi, hər dəfə təzələnməyə, yeni enerji almağa ehtiyacı var.

 

Digər tərəfdən, həqiqət gözəldirsə, müqəddəsdirsə, niyə onu təkrar etməyək ki? Məsələn, bir rəvayətə görə, Hz. Əli ona yamanlıq eləyən bir insana yaxşılıqla cavab verir. Adam yenə pislik edir, Hz. Əli yenə yaxşılıqla cavab verir bu hal bir neçə dəfə təkrarlanır. Hz. Əlidənbu nankora yaxşılıq etməkdən yorulmadınmı?” – deyə soruşurlar. Hz. Əli: “O, pislik eləməkdən yorulmursa, mən niyə yaxşılıq eləməkdən yorulum?” – cavabını verir. Həqiqətən, Allah rəhimli sonsuz səbir sahibidir ki, belə unutqan məxluqunuinsanı hər dəfə bağışlayır, yenidən haqqa gəlməsi üçün imkan yaradır, bələdçilər göndərir.

 

Təəssüf ki, Şərqdə təkrarçılığa meylin bir mənfi tərəfi, daha doğrusu, onun yanlış tətbiqi formalaşıb, hətta ənənə halını alıb. Neçə illər, əsrlərdir ki, İslam fəlsəfəsində eyni həqiqətlər, bəzən hətta ikinci, üçüncü dərəcəli məsələlər təkrar-təkrar müzakirə edilir, hər yeni gələn köhnəni yenidənkəşf edir mübahisə yenidən qızışır. Hər dəfə bu mübahisələr eyni trayektoriya eyni ssenari üzrə gedir deyə, düşüncələrdə bir çərək irəliləyiş hiss olunmur.

 

Sanki bir paradoks yaranır: bir tərəfdən təkrarın xeyrindən danışırıq, digər tərəfdən, onu inkişaf üçün bir maneə hesab edirik. Əslində heç bir paradoks yoxdur.

 

Bir var konsentrik çevrələr, bir var sadəcə çevrə. Birinci halda, bir nöqtədə yalnız başlanğıcı sonu birləşən çevrələr get-gedə böyüyürhər son yeni inkişafın, yeni səviyyənin başlanğıcı olur. Bu inkişaf trayektoriyasına daha böyük miqyasda baxanda, həmin nöqtənininsanməninin mərhələ-mərhələ açılıb yüksəlməsi onu hətta spirala da bənzədir.

 

İkinci halda bu, çarxın içində dələnin fırlanmasına bənzəyir inkişaf var, irəliləyiş. 

 

Birinci hala bariz nümunə kimi Qərb, hətta Türkiyə alimlərini göstərmək olar. Onlar təsəvvüfün uca həqiqətlərini nəinki təkrar edirlər, hətta əzbərləyirlər ... ki, öz həqiqətlərini bu işıqda təqdim edə bilsinlər. Məsələn, Oksfordda yerləşən mənim üzvü olduğum Mühyiddin İbn Ərəbi Cəmiyyəti İbn Ərəbinin əlyazmalarını, nadir nüsxələri alıb yığır, bu əsərlərin tərcüməsini, müzakirəsini təşkil edir, hər il İbn Ərəbiyə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar, seminar simpoziumlar keçirir, bu sahədə başqa ölkələrlə əməkdaşlıq edir, dərgi nəşr edir, gündən günə güclənən bir İbn Ərəbi məktəbi formalaşdırır. Hətta üç il qabaq Azərbaycanda da belə bir beynəlxalq simpozium təşkil etmişdilər. Eyni sözləri yenə Oksfordda yerləşən Mövlana cəmiyyəti barədə demək mümkündür.

 

İkinci hala nümunə kimi isə, maləsəf, bizimtədqiqatçılarıgöstərmək olar: hələ sufi”, “arifsözlərinin etimologiyasından yazırlar, hal-məqamları sadalayıb təsvir edirlər, əsrlər boyu yazılmış mövzuları yenəçeynəyirlər”. Ən yaxşı halda, təsəvvüfdə isəkəşf etmək”, “yeni söz deməkistəyəndə bir Qərb tədqiqatçısının yazdıqlarını təkrar edirlər. Təəssüfedici hal isə odur ki, Qərbin sıravi bir tədqiqatçısının təkrarlanan fikirləri arasında öz vətənində yaranmış orijinal ideyalar ya itib-batır, gözə dəymir, ya dayerli malkimi diqqətə layiq görülmür. beləcə çarxın içində fırlana-fırlana işgüzar görkəm alıb, alimlik dərəcələrinə layiq görülürlər. 

 

Hikmət payının bölgüsü...  

 

Təsəvvüfinsanın fitrətən malik olduğu həqiqət axtarışının İslam dini zəminində təzahürüdür. O, islam hikmətinin eşqlə, yüksək hisslərlə bəşəriyyətə bəyan edilməsidir. Təsadüfi deyil ki, İslam dini coğrafi baxımdan ən ucqar yerlərə məhz təsəvvüf vasitəsilə çatıb. İslamın ən ülvi, ən ecazkar tərəfiniYaradana onun yaratdıqlarına sevgini tərənnüm edən təsəvvüf öz məzmun məramına müvafiq vasitə seçibobrazlı, rəmzlərlə dolu bir dil, poetik üslub. Bu hikməti çatdıran isə əsasən dərvişlər olub. Düzdür, sonralar dərvişlik özü müstəqil, öz nizam-intizamı olan bir təriqətə, hətta daha da böyüyərək ümumiyyətlə təsəvvüfün simvoluna çevrilib, amma əsl mahiyyət, məqsəd dəyişməz qalıb: islam hikmətini çatdırmaq. Daşıdığı missiyanın gözəllik malik olduğu yüksək mahiyyət təsəvvüfün özünün pay-püşk olunmasına səbəb olub hər kəs öz payını götürüb.

 

Qərb təsəvvüfün mahiyyətini götürdü: aparılan ciddi tədqiqatlar, yazılan dünyamiqyaslı monoqrafiyalar, keçirilən beynəlxalq konfranslar buna nümunədir. Təsəvvüf sanki Qərb təfəkkürünə nəfəs verir: istər psixologiya, istər arxitektura, istər musiqi, istərsə ilahiyyat sahəsində yeni proyektlər, mövzular, müzakirələr açılır. Ən vacibi isə sufi klassiklərinin əsərlərini Qərb dillərinə tərcümə edib öz şərhləri ilə təqdim edirlər. Bəli, Şərq bu gün öz hikmətini Qərbin təqdimatında, Qərb təfəkkürünün işığında tanımaq məcburiyyətindədir! bu, artıq qanunauyğunluğa çevrilib. Əlbəttə, danılmaz bir faktdır ki, Qərb təfəkkürü yalnız müasir dövrə deyil, ümumiyyətlə fəlsəfə tarixinə nüfuz edib elə İslam fəlsəfəsinin özünün öyrənilməsində xüsusi rola malikdir.

 

Təbii ki, fikir sahibləri bu faktı qəbul etməklə yanaşı, inkişaf yolu da göstərirlər. Məsələn, Səlahəddin Xəlilov yazır: “Qismətə bax! Babalarımız o qədər uca olublar ki, onların səviyyəsinə qalxmağın yolu Qərb fəlsəfəsinin dərkindən keçir. Biz bu gün onlara qayıtmaq üçün, onların səviyyəsini anlamaq üçün əvvəlcə Qərb fəlsəfəsinə, onun ən parlaq nümunəsi olan klassik alman fəlsəfəsinəKanta, Hegelə, Feyerbaxa qayıtmaq məcburiyyətindəyik”. Burada əhəmiyyətli bir məqam var: söhbət heç , indicə dediyimiz kimi, islam fəlsəfəsini Qərb şərhində qəbul etməkdən getmir. S.Xəlilov bu gün Qərbin tətbiq elədiyi təcrübəni Şərq üçün təklif edirŞərqə öz hikməti ilə yeni bir nəfəs vermək, öz hikmətini özünə xatırlatmaq, Qərb təfəkkürünün sütunları üzərində Şərq hikmətinin öz doğma məbədini tikmək.

 

Bəs reallıqda baş verir? Bu məbəd tikilirmi?

 

Təsəvvüfün pay-püşkündə Şərq yerdə qalanıhissləri, dərvişliyi götürdü. əsrlərdir təsəvvüfə məxsus yüksək hisslər, emosiyar eyni möhtəşəmliklə, bənzərsiz ifadələrlə tərənnüm olunur. Düzdür, Həllac, Yəsəvi, Yunus, Mövlana, Füzuli daha neçə Şərq müdriki öz hikmətini poetik dillə, nəzmlə çatdırıb. Lakin əhəmiyyətli incə bir məqam var. Bu mütəfəkkirlərdə hikmət dili üstələyib. Sonralar isə dilin gözəlliyi, oynaqlığı hikməti görünməz eləyib. Nəticədə eyni hikmət fərqli ifadələrlə, fərqli üslublarla illərdir təkrarlanıb durur. Şərqdə dolub-daşan yeni-yenifüzulilər”, “irfan şairləriQərbin ümmanlarda ideya hücumlarından bixəbər öz gölməçələrindətufanlarqoparırlar.

 

Təsəvvüfün Şərqdə ekzotik bir obyektə çevrilməsinin ən gözəl nümunəsi isə, şübhəsiz, səmadır. Bu gün bütün dünyanı dolaşan, heyran qoyan, əsl Şərq sənətinin nümunəsi olan səma! Ezoterik islam hikmətini insanları əyləndirmək üçün ekzotik teatr tamaşasına döndərən səma!       

 

 Daha bir paradoks! Bu gün yüksək hisslər, ruhani yüksəliş, dərvişlik deyəndə Şərq, bu hikmət haqqında ciddi tədqiqat deyəndə Qərb yada düşür! Halbuki, bir vaxtlar bunların ikisi elə Şərqə məxsus olub.

 

    

 

Hər axtaran tapmır, amma tapanaxtarandır!  

 

Təsəvvüf insana düşüncə azadlığı verən bunun üçün geniş imkanlar açan, eyni zamanda insanın mənəviyyatını, müqəddəslik duyğusunu qoruyan bir fəlsəfədir. Təsəvvüf yaradıcılıq axtarışıdır. Bunu təsəvvüf fəlsəfəsini həqiqətən araşdıran hər bir tədqiqatçı dərk edir. MöhtəşəmŞərq-Qərb divanınınmüəllifi, dahi alman mütəfəkkiri İ.V.Goethe Ruminin dünyagörüşünü belə təsvir edir: “Onun niyyəti ruhu öyrənmək, yüksəltməkdir; bütövlükdə isə o, özünün vəhdət haqqında təlimi ilə hər cür üzgünlüyü, əziyyəti təqdir etməsə , bu üzgünlüyə heç olmasa icazə verməklə hər kəsin əvvəl-axır ilahi varlığın dərinliyinə qərq olduğunu işıqlandığını göstərir”. Goethe onu da əlavə edir ki, “reallığın şübhəli etibarsız əsasa dayanması Cəlaləddin Ruminin ürəyincə deyil; o, daxili xarici hadisələrin sirrini mənəvi baxımdan müəyyən etməyə can atır, onları iti ağılla həll etmək istəyir”. İngilis şərqşünası A.Arberri isə Mövlana fəlsəfəsinin cəmiyyətin həyatına təsiri barədə belə yazır: “Mövlana yeddi yüz il əvvəl dünyanı böyük bir qarışıqlıqdan qurtarmışdır. Günümüzdə Avropanı qurtaracaq tək şey onun əsərləridir, fikirləridir. Bundan sonra həyatımı Mövlananın əsərlərini tədqiq etməklə keçirəcəm; çünki onlarda çağımızın xəstəlikləri üçün ruhani əlac təsəlli tapmaq mümkündür”.

 

Bunlar dəryada iki damladır. Bəli, Qərbin təsəvvüfə marağı çox böyükdür. Bunu ən azından onların Mövlananı İslamdan kənarlaşdırmaq, onun düşüncələrinin heç İslam hadisəsi olmadığını sübut etmək, özününküləşdirmək istəyində görmək mümkündür.

 

Təsəvvüf ideya mənbəyidir. Bu mənbənin açarı isə vəhdət əl-vücuddurtəsəvvüfün özəyi mahiyyəti. ÖzününTəvasinkitabında Həllac çoxlu oxşar nöqtələrin rəsmini verib yazır: “Bu nöqtələrdən ancaq biri Haqqdır, qalanları batildir.” Vəhdət əl-vücud həmin nöqtədir onu fərqləndirmək çətin olsa da, vacibdir.

 

Bir həqiqəti tədqiqatçılar unutmamalıdır. Vəhdət əl-vücud hardansa kənardan gətirilib təsəvvüfə birləşdirilməyib, onu kimsə kəşf eləməyib. Düzdür, bir termin kimi o, məhz Mühyiddin İbn Ərəbinin tələbəsi Sədrəddin KonəvininQeybin açarı” (“Miftəhu-l-ğeyb”) onun müasiri olmuş İbn Səbinin əsərlərində xatırlanır bu səbəbdən bir çox hallarda vəhdət əl-vücud İbn Ərəbiyə məxsus bir təlim kimi təqdim olunur. Vəhdət əl-vücud fəlsəfəsi İbn Ərəbidən neçə əsrlər əvvəl yaşamış Cüneyd Bağdadinin risalələrinin, Həllac Mənsurun şeirlərinin, Şihabəddin Yəhya Sührəvərdinin işraqiliyinin kökü, mahiyyətidir. Bir sözlə, vəhdət əl-vücud təsəvvüfün özüdür.

 

Əslində, bu, məsələnin çoxdan keçilmiş bir mərhələsidir. Lakin bu, məhz düşüncələri azmaqdan qoruyan işıqdır təkrarlanmalıdır. Vurğulanmalı olan daha bir əhəmiyyətli məqam: vəhdət əl-vücud bir çox hikmətlər üçün, yaradıcılıq üçün sehrli açardır. Böyük alman filosofu Hegelin sözləri ilə desək: “Əgər Vahid olanın dərkini... onun ən gözəl saflığı ucalığında nəzərdən keçirtmək istəyirlərsə məhəmmədilərə müraciət etmək lazımdır”.

 

Vəhdət əl-vücud islam fəlsəfəsi tarixinin məhz orijinal bir səhifəsi, islam dininin mahiyyətini bütün gözəlliyi olğunluğu ilə çatdıran bir fəlsəfədir. O, müasir dövrdə az qala bütün dünyanı bürüyən pessimizmdən, nihilizmdən xilasdır. O, insanın yüksək mahiyyətini kamilləşmək qüdrətində olduğunu xatırlatmaqdır. O, Yaradanını tanıyıb, Onun mülkü hüdudunda özünün bir yaradan olduğunu dərk eləməkdir. 

 

Bəs Şərqdə, xüsusilə Azərbaycanda bu hikmətə münasibət necədir? Təsəvvüflə axtarırlar? 

 

Bizdə təsəvvüf axtarışdır, amma fərqli istiqamətdə. Belə məlum olur ki, təsəvvüfdə tədqiqatçının dəb axtarışı, ekzotika həvəsi, həqiqi tədqiqatçıların çoxdan bildiklərini mistik müəmma kimi təqdim edib onu yenidənkəşf etməküçün meydan var imiş. Bunun üçün fəlsəfənin mürəkkəb dərinliyinə baş vurmağa ehtiyac da yox imişməşhur deyimləri təkrarlamaq, sufi şeirlərinin təsvirini vermək kifayət imiş. Maraqlıdır ki, budəbləayaqlaşan tədqiqatların aşıb-daşmasına baxmayaraq İslam Şərqində ideya müstəvisində bir monotonluq, durğunluq hökm sürür. Düzdür, çox sanballı mütəfəkkirlər olmuş yenə var. Məsələn, təsəvvüf vasitəsilə İslam düşüncəsini yenidən ayağa qaldırmaq istəyən Məhəmməd İqbalı, təsəvvüf zen-buddizm vasitəsilə İslam Şərqini uzaq Şərqlə birləşdirməyə cəhd edən Seyid Hüseyn Nəsri, təsəvvüfün işığında fəlsəfə tarixinin prinsipial məqamlarını müqayisəli təhlil edərək bir zamanlar Şərqdən Qərbə keçmiş ideyaların yenidən Qərbdən Şərqə qayıtmalı olduğunu bir zərurət kimi göstərən Səlahəddin Xəlilovu, təsəvvüfü ekzistensializm fəlsəfəsi ilə qarşılaşdırıb Şərq Qərb arasında ortaq nöqtələr axtaran Kənan Gürsoyu daha neçə mütəfəkkirləri, tədqiqatçıları danmaq, onların düşüncələrini görməmək ən azından günahdır. Ancaq maraqlıdır, sal daşa bənzəyən fikir monotonluğunu tərpətməyə bir-iki mütəfəkkirin gücü çatarmı? Əgər bu mütəfəkkirlərin özlərinin yaradıcılığına bir etinasızlıq varsa, hər hansı bir hərəkətə ümid etmək olarmı? Təkrar təqlid dolu yazıların altına imza qoyan bunu əsl elm hesab edən tədqiqatçılarla Şərq hansı inkişafdan danışa bilər?

 

 

Sonluq  

 

Bəli, bu gün Şərqdə təsəvvüfün donmuş mərmər heykəli göz oxşayır. Amma bu donu əritmək üçün yenə kamal eşqi, yaradıcı təfəkkür, qaynar zəka tələb olunur, ənənəvi sufi şeirlərindən bu mərmər heykələ don tikmək vasitəsilə görüntü yaratmaq yox. Biz o zaman bu irsin həqiqi varisləri olduğumuzu isbata yetirə bilərik ki, onun müasir donu üçün yararlı olan yeni ideya istiqamətlərini yeni nümunələrini yaradaq. bizim indi yaratdıqlarımız daha bir sufi təriqəti olmayıb, əksinə, təriqətçilikdən azad, ümumbəşəri fəlsəfi fikir postamenti üzərində qurulmuş müasir təsəvvüf təlimi olmalıdır. Şərq Qərb təfəkkürünün vəhdətindən qaynaqlanan zəngin bir ideya çələngi, ancaq bu zaman sufi donunun da yenidən biçilməsi tikilməsi aktuallaşmış olar.   
 





11.01.2013    çap et  çap et