525.Az

Əkrəm Əylisli və onun “Daş yuxuları”


 

Əkrəm Əylisli və onun “Daş yuxuları” <b style="color:red"></b>

Əkrəm ƏylislininDaş yuxuları Azərbaycanda son günlərin ən çox qalmaqal yaradan, ən çox mübahisələr doğuran bir əsər halına gəlib. Bunun da, heç şübhəsiz, bir çox səbəbləri var.

Yazıçı əsərin janrınıroman-rekviyemkimi göstərir. LatıncasıRequiem aeternam dona eis, Domineolan bu termin xüsusilə katoliq kilsələrində matəm yas mərasimlərində xorla ifa edilən  musiqi janrının adıdır. Ədəbiyyatda bu janrdan  nadir hallarda   istfadə olunur. Məsələn, ünlü rus şairi Anna Axmatova Stalin rejimi tərəfindən öldürülən insanlara həsr etdiyi əsəriniRekviyemadlandırıb.

Əkrəm ƏylisliDaş yuxuların əvvəlində yazır ki, əsər  özlərindən sonra ağlanılmamış acılar qoyub gedən həmyerlilərimin xatirəsinə həsr olunur”. (Posvəhaetsə paməti zemləkov moix, ostavivşix posle sebə neoplakannuö bolğ.) Kitabı oxumağa başlamazdan öncə bir sualla qarşılaşırsangörəsən onunağlanılmamış acılar qoyub gedən həmyerlilərikimlərdir? O  kimlərə rekviyem oxuyur?

1988-1989-cu illərdə etnik təmizləmə nəticəsində Ermənistanda öldürülənlərəmi, namuslarını, şərəflərini qorumaq üçün özlərini qayalardan atan gız-gəlinlərimizəmi,  qışın qarlı-boranlı vaxtında təqibdən qaçdıqları zaman dağlarda həlak olan soydaşlarımızamı,  ata-baba torpaqlarından qovulan   hələ indiyə qədər çoxlarının yersiz-yurdsuz qaldığı insanlaramı, zəbt edilmiş, əsirlikdə qalan  7 rayonumuzdan   didərgin düşmüş insanlaramı, yoxsa Qarabağ müharibəsində həlak olmuş 20 mindən çox şəhidlərimizə rekviyem oxuyur Əkrəm Əylisli?  Bəlkə Dağüstü parkda günahsız uyuyan 20 Yanvar qırğının qurbanlarına rekviyem yazır Əkrəm Əylisli?

Əsəri oxuyanda görürsən ki, Əkrəm Əylislivəhşi azərilər türklərtərəfindən öldürülmüş ermənilərə – “insanlıqlarını itirmiş şəhərliləringözləri önündə  Parapetdəyerazlartərəfindən öldürülən hovuza atılan qoca erməniyə, azərbaycanlı qadınları tərəfindən döyülən, ölümcül hala salınan  14-15 yaşlı erməni qızına, “şuşalı yekəpər, əxlaqsız  Şahqacar Ərmağanovun balkondan atdığı Qreta Sərkisovnaya, vəhşi müsəlmanlar tərəfindən Əylisli kəndində dağıdılmış 7-8 kilsəyə rekviyem yazır.

Sual oluna bilər: azad yaradıcılıq prinsipi yazıçıya istədiyi mövzuda janrda yazıb-yaratmaq imkanı vermirmi? Əlbəttə, verir. Niyə verməsin ki. Ancaq bir şərtləyazıçının mənəvi-etik prinsiplərə  uyması şərtiylə.

1988-1989-cu illərdə Ermənistanda Qarabağda azəri türklərinə qarşı ermənilərin qəddarcasına misli görünməmiş soyqırımı, eləcə Bakıda Azərbaycanın digər yerlərində ermənilərə qarşı baş vermiş hadisələri heç kim inkar etmir. Bu gün 20 faiz torpağı işğal altında olan,1 milyondan çox qaçqını, köçkünü  olan, bu qədər şəhidləri olan, ana-bacıları hələ əsirlikdə qalan, itkin düşmüşlərindən hələ bixəbər olan azərbaycanlıların taleyinə biganəlik təəssüf hissi doğurur. Bu acı bir həqiqətdir. Birmənalı  olaraq öz  doğma xalqını aşağılamaq, amma Azərbaycana qarşı uzun əsrlər boyu olmazın vəhşiliklərini etmiş, qırğınlar törətmiş torpaqlarını işğal etmiş bir xalqı əzilən, döyülən, məzlum yazıq  tərəf kimi göstərmək doğru yanaşma deyil. Ancaq iki milləti qarşılaşdıraraq birini yüksəltmək, o birisini, həm öz millətini təhqir etmək, aşağılamaq yolverilməzdir. Ermənistanda aparılan etnik təmizləmə siyasəti nəticəsində ata-baba torpaqlarından vəhşicəsinə qovulan 200 mindən çox insana ikrah hissiyləyerazdamğası vuraraq aşağılayan yazıçıya demək olar? Əkrəm Əylislinin əsərinin əsas qəhrəmanlarındantanınmış komik rollar ustasıNüvariş Qarabağlının dilylə bu zavallı insanların ünvanına işlədilən təhqiramiz sözlər bizim insanlarımızın heysiyyatna, mənliyinə toxunmurmu?   Ə je qovoril vam, doktor: erazı. Eti sukinı bejenüı (?), pribıvşie iz Armenii. ( Mən burada,  könüllü olaraq gəlmək mənasında daha çox rəsmi dildə  işlənənpribıvşie  sözünə diqqəti çəkmək istəyirəm.  Bu cümlədən belə çıxır ki,”bu köpək uşaqları qaçqınlarqovulmamuş , öz arzularıyla gəlmişlər Azərbaycana. Əsərin başqa bir yerində Nüvariş,  Saday Sadıqlını müalicə edən həkiminə deyir:” Doktor, gəlin içək arzu edək ki, o (Saday Sadıqlı) bir daha hissiyyatsız(?) yerazlar kimi heyvanların pəncəsinə düşməsin” (Da, da, vıpğem, doktor, pojelaem, çtobı on bolğşe ne popadalsə v lapı zverey, podobnıx tem besçuvstvennım erazam.”)

Bu əsərdəinsanlıqdan uzaq olan, insanlıq sifətiniitirmiş yüz minlərlə bakılı da öz paylarını alırlar.” Odnako jiteli gtoqo qoroda, slovno sqovorivşisğ, staralis derjatğsə podalğşe ot toqo, çto nazıvaetsə çeloveçnostğö. Kazalos, im daje i nevıqodno stalo soxranətğ çeloveçeskoe liüo.”(Üslub baxımından nöksanlı olduğu üçün  alıntını-sitatı rusca olduğu kimi verirəmT.M.)

1988-1989-cu illərdə meydana toplaşan, küçələri dolduran sovet rejiminin milli daxili siyasətinə etiraz səslərini yüksəldən insanların ünvanına deyilən bu sözləri necə dəyərləndirmək olar: “Seyças lödi xodili tolpami, stadami. İ polnovlastnoe pravo qovoritğ, kriçatğ i slavoslovitğ bılo dano lişğ gtim tolpam. İ ehe strannee bılo to, çto koliçestvo slov, kotorıe vıkrikivali gti suhestva, bılo ravno koliçestvu slov, kotorıe, navernoe, ispolğzovali vo vremə oxotı pervobıtnıe lödi.” Minlərlə insanı ova çıxmış ibtidai məxluqa bənzətmə, sən demə, təhqir deyil, tərif imiş Əylislinin aləmində.

Xalqın hər təbəqəsinə nifrət, kin püskürən Əkrəm Əylislinin hər müsahibəsindəromanda Azərbaycan xalqını aşağılayan heç bir ifadə yoxdur”(“Yeni Musavat” 01.02.2013) sözlərini necə qiymətləndirmək olar? Yazıçı görünür ya aşağılamağın, təhqirin olduğunu bilmir ( bəlkə özünü o yerə qoyur!), ya da əsəri oxumayanları yanıltmaq istəyir. Bəlkə özünün yazdıqlarından xəbəri yoxdur, bəlkə işlətdiyi  sözlərin semantik mənalarını unudub?  Bütün bunları yazıçı bədii ədəbiyyatın özəllikləri kimi qələmə verir: “Bədii əsəri bədii əsər kimi oxumaq lazımdır. Bunu oxuya bilməyənlər sözsüz ki, bədii əsəri bədii əsər kimi qəbul etməyənlər bu əsərə qarşı hücuma keçirlər”. Bu sözlərdən belə çıxır ki, mətni doğru oxuya bilsəydik, aşağılamağı, təhqiri xoş sözlər kimi qəbul edər, azərilərin, türklərin erməniləri vəhşicəsinə öldürdüyü fikrini tam tərsinə ermənilərin bizlərə soyqırımı uyquladığı kimi anlayardıq. Əylislinin sözlərinə görə, əks təqdirdəyaradıcı əməyin məhsulunu düşmən mövqe kimi qələmə verməyin adı siyasətdir. Bunun ədəbiyyata heç bir dəxli yoxdur”. Mirzə Cəlil demiş, “Bu boyda qələt olmaz!” Əkrəm Əylisli mətnə rəy yazan Lev Annenskiyin bu sözlərini görəsən necə dəyərləndirir: “Əkrəm ƏylislininDaş yuxularroman-rekviyemi sadəcə bədii mətin deyil, bu, xalqının namusu qüruru naminə acı həqiqətləri qorxmadan dilə gətirən əsl vətənpərvər yazıçının çox cəsur hərəkətidir”. (“Roman-rekviyem Akrama AylisliKamennıe snı” — ne prosto xudojestvennıy tekst, gto isklöçitelğno smelıy postupok pisateləistinnoqo patriota, radi çesti i dostoinstva svoeqo naroda ne straşaheqosə qovoritğ qorğkuö pravdu”.) Bu, yazıçının ünvanına deyilən yalançı tərif, siyasət deyil, bəs nədir? 50 ildir ədəbiyyatın içində olan yazıçı  məgər bilmir ki, “özlərindən sonra ağlanılmamış acılar qoyub gedən həmyerlilərinərekviyem yazmağın özü başdan ayağa siyasətdir?

Əsərin bədii özəllikləri birmənalı deyil. Romanın baş qəhrəmanı – “Azərbaycan teatrının bir nömrəli dahi ustası”, “əlli yaşında olmasına baxmayaraq, özünü 10 yaşında uşaq kimi aparan teatrda, çayxanada həmişəermənilər yox, biz özümüz pisikdeyən  Saday Sadıqlı obrazının  təhlili ayrı bir yazının mövzusudur.

Rekviyem, roman janrının daxili strukturuna, kompozisiyasına  çətin uyduğuna görə Əkrəm Əylisli müxtəlif ədəbi priyomlaracilovsuz şuur axınına, yuxulara, sayıqlamalara, kinometoqrafiyada istifadə olunan üslublara   baş vurur. Bununla da yazıçı əsərın emosional təsirini artırmağa çalışır. Ancaq istifadə etdiyi priyomların balansını saxlaya  bilmədiyi, sayıqlamaların ölçüsünü qaçırdığı üçün, yazıçı istədiyinə  nail ola bilmir.  Qreta Sərkisovnanın ölümündən məyus olan Nüvariş Qarabağlının yuxusu bu baxımdan çox maraqlıdır: “Qreta Sarkisovna, kak malenğkiy çerepaşonok, tolğko çto vılupivşiysə iz əyüa i toropəhiysə k vode, vıpolzla iz luji sobstvennoy krovi. Ee mertvoe i v to je vremə jivoe, s obodrannoy kojey obnajennoe telo bılo tak urodlivo i straşno, çto, bıtğ mojet, s samoqo sotvoreniə mira nikto i ne videl stolğ jutkoqo zreliha. Qreta Sarkisovna polzla i polzla po zemle, izvivaəsğ, kak zmeə... İnoqda ona, podnimaə qolovu, bormotala: “Spasibo, sınok, oqromnoe vam spasibo!” — i vnovğ v nevınosimıx boləx i mukax prodoljala putğ k svoey smerti...”

Mən burada bir məsələyə toxunmaq istəyirəm. Kitabın rusca tərcüməsi, ehtiyatla desək, bir o qədərdə yaxşı deyil, bəzi yerləri isə bərbad şəkildədir. Yuxarıda bu məsələyə bir balaca toxunsam da, sözlərimi isbatlamaq üçün bir necə örnək vermək istəyirəm. “No odnajdı, koqda mladenüu ne bılo ehe i trex mesəüev, vo vremə noçnoqo kormleniə Djulğetta krepko zasnula, a prosnuvşisğ, obnarujila posinevşee telo rebenka, zadoxnuvşeqosə mejdu ee qrudey. Djulğetta ne moqla sebe gtoqo prostitğ, umerşiy rebenok ne umolkal, plakal, prosil moloka. İ matğ perestala estğ, pitğ, spatğ.”   – “Ölmüş uşaq susmaq bilmirdi, ağlayırdı, süd istəyirdi” – siz deyin, bu necə olan işdir?

Əsərin başqa bir yerində oxuyuruq: “Bannoy vodiçkoy sebe druzey zarabatıvaet”. Bu, sən demə, “Hamam suyuyla dost tutmaqfrazeologiyasıymış.  Belə bir tərcümədə rus oxucusunun bunu başa düşməsi imkansızdır.

Əsərin əvvəlində verilən məlumata görə, mətni ruscaya Hüseynzadənin redaktəsində  müəllifin özü tərcümə edib. Məni bir məqam maraqlandırır. Hər yerdə, hər çıxışında başqa dillərdən rusçaya edilən tərcümələrin səviyyəsinə olduqca böyük əhəmiyyət verdiklərini söyləyənDrujba narodovjurnalının baş redaktoru A.Ebonaidze onun işçiləri əsər doğru-dürüst redaktə olmadan, üçün onu tələm-tələsik çap ediblər?  Mənə elə gəlir ki, “Daş yuxuların mövzusu onlar üçün o qədər gözlənilməz, o qədər ürəklərindən olub ki, tərcümənin səviyyəsinə, estetik dəyərinə məhəl goymadan çap ediblər. Yuxarıda sitat gətirdiyim Annenskinin sözləri bunu təsdiqləyir.

Əkrəm ƏylislininDaş yuxuları, heyiflər olsun ki, bir yazıçının haradan haraya  gəldiyini, tənəzzülünü göstərən uğursuz bir əsər kimi yaddaşlarda qalacaq.

 





11.02.2013    çap et  çap et