525.Az

Müharibə şəraitində insan faktoru problemi


 

Müharibə şəraitində insan faktoru problemi<b style="color:red"></b>

Azərbaycan  Respublikasının Prezidenti yanında  QHT-yə  Dövlət Dəstəyi Şurasının  dəstəyilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Ermənistan-Azərbaycan münaqişəsinin  insan  faktoruna vurduğu  ziyanla bağlı tədqiqatların aparılması  və  innovativ təşəbbüslərin artırılması”  layihəsini həyata keçirir.

Bu məqsədlə pilot layihə şəklində  Ağdam  rayonundan olan məcburi köçkünlərə Ermənistanın işğalı nəticəsində dəymiş ziyanın araşdırılması  həyata keçirilib. Bu hesabat  19 iyun tarixində   BBM-də keçirilən geniş tədbirdə  müzakirə edilib. Hesabatda  qeyd olunan  bəzi rəqəmləri  diqqətinizə  çatdırırıq.

1993-cü ildə  Ağdam rayonun 79 faiz ərazisinin işğalı nəticəsində rayona 16 milyard dollardan artıq  ziyan dəyib. Təxmini hesablamalara görə,  20 il müddətində işğal olunan ərazilərdən itirdiklərimiz 6 milyardan manatdan artıqdır. Deməli, Ağdama dəyən ziyanın, ümumilikdə,  ilkin olaraq 22 milyardan artıq hesablamaq mümkündür. İşğal Ağdam iqtisadiyyatını 50-60 il geri salıb.  Onu da qeyd edək ki,  bu gün Ağdamın  21 faizlik ərazisində illik məhsul istehsalı 100 milyon civarındadır. Əgər işğal faktı baş verməsəydi rayonun illik gəliri 500 milyondan artıq olardı. Təbii ki, əldə olunan gəlirlərin aşağı düşməsi insanların həyat şəraitinin aşağa düşməsinə təsir edib.

Araşdırmalar nəticəsində məlum olub ki, işğaldan sonrakı  dövrdə, xüsusilə, son  4 ildə 2090 nəfər şəkər  xəstəliyindən əziyyət  çəkir. Bu xəstələrin sayı hər ay 20-30 nəfər artır. Şəkər xəstələri arasında 10 azyaşlı uşaq da var. Uşaqlarla bağlı bir faktı qeyd etmək yerinə düşər.  1989-cu  ildə  Ağdam  rayonunda 1-2 uşaqda qıcolma baş verirdisə, hal-hazırda doğulan uşaqların təxminən 60%-ində  bu xəstəlik  baş qaldırır.

Əvvəlki, dövrdə Ağdamın xəstəxana problemi olub. Belə hallar da  insanların müalicə işlərinə mənfi təsir göstərib. Onu qeyd lazımdır ki,  yeni  xəstəxananın tikintisinə  2008-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə başlanılıb və  2009-cu ildə bu iş başa çatıb. Quzanlıda, digər yerlərdə  belə səhiyyə ocaqları  tikilib istifadəyə verilib.  Təbii ki, belə şərait həmin ərazidə  yaşayan əhalinin müalicə almasına şərait yaradır.

 





25.06.2013    çap et  çap et