../img/pics/medium/182583_t9q9sn3kbd.jpg "525-ci qəzet"in 26 yanvar sayında nələr var? - ANONS
../img/pics/medium/182559_oofwxbgntu.jpeg Füzuli rayonunun Dövlətyarlı kəndi - Video
../img/pics/medium/182546_8arj05j7i8.png Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - Sərəncam
../img/pics/medium/182533_vmi9blrjdn.jpg FHN vətəndaşlara müraciət edib - VİDEO
search
26 Yanvar 2021
25 Yanvar 2021

Maradona vəfat etdi

Maradona vəfat etdi <b style="color:red"></b>

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.

525.az "Report"a istinadən xəbər verir ki, argentinalı veteran hücumçu 60 yaşında vəfat edib.

Bu gün qəflətən ürəyi dayanan Maradona ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əfsanəvi oyunçu bir neçə gün öncə beyin əməliyyatı keçirmişdi.

Qeyd edək ki, Dieqo Maradona son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edirdi. Futbolçu karyerasında ölkəsinin "Arxentinos Xuniors", "Boka Xuniors", "Nyuell Old Boyz", İspaniyanın "Barselona", "Sevilya" və İtaliyanın "Napoli" komandalarının formasını geyinmiş forvardın klub yarışları səviyyəsində əsas uğuruı məhz Neapol təmsilçii ilə bağlıdır. Yığmada 91 oyun keçirmiş Maradona 34 qol vurub. O, 1986-cı ildəki dünya çempionatınatının qalibi, 4 il sonrakı mundialın isə gümüş mükafatçısı olub..

2008-ci ildən məşqçiliyə başlayan Maradona 2008-2010-cu illərdə Argentina millisinə rəhbərlik edib.

Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.