Tahirə Məmmədin “Türk ədəbiyyatı” dərgisində məqaləsi çap olunub.
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmmədin Türkiyədə yayımlanan “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may nömrəsində məqaləsi çap olunub.
Məqalə millət vəkili, AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə həsr olunub.
“İsa Həbibbəyli misyonu: Azerbaycancılık, analitik zeka ve yaratıcılık” adlı məqalədə görkəmli akademikin fəaliyyət missiyası təhlil və təqdim edilib.