../img/pics/medium/182278_mvham0syhm.jpg "525-ci qəzet"in 22 yanvar sayında nələr var? - ANONS
../img/pics/medium/182161_2wi7zt10th.jpg Əminliyin gücü - Şahanə Müşfiqin yazısı
../img/pics/medium/182178_6rjtcqyboz.jpg Sosial şəbəkələrin qələbəsi - Xaqani Cəfərlinin yazısı
../img/pics/medium/182252_bst1xhn4h5.jpg Daha bir yaralı hərbçimiz şəhid oldu
search
21 Yanvar 2021

Avrokuboklara qatılacaq komandalara bölgələrdə məşq etməyə icazə veriləcək

Avrokuboklara qatılacaq komandalara bölgələrdə məşq etməyə icazə veriləcək<b style="color:red"></b>

Avrokuboklara qatılacaq komandalarımız "COVİD-19" testi verdikdən sonra sərt karantin rejimi tətbiq olunmayan rayonlarda məşq etməsinə icazə veriləcək.

Bunu Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun mətuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, avrokuboklara hazırlaşan komandaların məşq məsələsi AFFA tərəfndən Gənclər və İdman Nazirliyinə təqdim olunub. Artıq şifahi razılıq alınıb: "Belə ki, avrokuboklara hazırlaşan komandalar karantin rejiminin tətbiq olunmadığı rayonlara səfər edib məşq edə bilərlər, amma bunun üçün ilk növbədə həmin komandalar "COVİD-19" testi verməlidirlər. Test nəticələri təqdim olunduqdan sonra komandalara rayonlara getmək üçün icazə verilə bilər".

N.İbrahimov bildirib ki, "Qarabağ" klubu olaraq, bu qaydalar çərçivəsində Qəbələdə avrokuboklara hazırlaşmaq planlaşdırılır: "Artıq işlər başlayıb, Avrokuboklara hazırlığı Qəbələdə keçirməyi düşünürk".

Qeyd edək ki, bu il Azərbaycanı avrokuboklarda "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları təmsil edəcək.

Bölmənin digər xəbərləri
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.