https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

“Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam”

“Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam”
“Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. “Makkabi”nin yaxşı oyun fəlsəfəsi var”.
 
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Təl-Əviv “Makkabi”si ilə keçiriləcək oyun barədə danışarkən deyib.
 
Sabah İsraildə baş tutacaq qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşən Qurbanov rəqibin son oyunlarını izlədiyini söyləyib: “Makkabi”nin həm "Dinamo" (Brest, Belarus), həm də "Zalsburq"la (Avstriya) matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır”.
 
Təcrübəli mütəxəssis Dağlıq Qarabağda gedən döyüşlərə görə hazırda bütün fikirlərinin Azərbaycan Ordusunun yanında olduğunu gizlətməyib: “Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə, fikrimizin əsgərlərimizin yanında olması normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir”.
 
Qurbanov səfərdən uğurlu nəticə ilə dönməyə çalışacaqlarını əlavə edib: “Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
 
Qeyd edək ki, Təl-Əvivdə baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.