|
|
|
|
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç ilə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsini yad edib.
Bu barədə APA-ya Ombudsman Aparatından bildirilib.
Qeyd olunub ki, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin məzarları üstünə gül dəstələri qoyub.