|
|
|
|
Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavab verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən 525.az-a verilən məlumata görə, AŞ Baş katibi məktuba cavabında 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib və razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.