|
|
|
|
“Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə hər kəsi təbrik edirəm”.
525.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr əmin olduğunu bildirib ki, dekabrın 1-dək Laçın rayonu da işğaldan azad ediləcək:
“Laçın rayonunda da Azərbaycan bayrağı dalğalanacaq. Eşq olsun Ali Baş Komandan İlham Əliyevə! Eşq Olsun Azərbaycan Ordusuna!”